Icma.az
close
up
RU
Yırtıcı heyvan, zəhərli ilan, ekstremal şərait Fotoqraf Saleh Baxşıyevin gözündən təbiətə baxış

Yırtıcı heyvan, zəhərli ilan, ekstremal şərait Fotoqraf Saleh Baxşıyevin gözündən təbiətə baxış

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Təbiət insanın ruhunu sakitləşdirən, eyni zamanda ona ilham verən möhtəşəm bir aləmdir. Hər mövsüm öz gözəlliyi ilə fərqlənir - yazın oyanışı, yayın hərarəti, payızın rəngarəngliyi və qışın sakitliyi.

Bu əsrarəngiz aləm özündəki gözəlliklərlə sirlərini gizlədir.

Təbiətin sirlərini duyan, onunla harmoniya yaradanlardan biri də vəhşi təbiət fotoqrafiyası ilə məşğul olan Saleh Baxşıyevdir.

Bu gün Oxu.Az fotoqraf Saleh Baxşıyev ilə həmsöhbət olub.

Əvvəllər hərbçi olan Saleh Baxşıyev 8 ilə yaxındır ki, ekstremal şəraitdə sağ qalma və vəhşi təbiət fotoqrafiyası ilə məşğuldur. Sağ qalmaq bacarıqlarını həm məktəbli uşaqlara, həm də böyüklərə təlim şəklində öyrədir.

Onun "Wild Game Azerbaijan" adlı təbiətdə sağ qalmaq layihəsi var və bunun ilk versiyasını artıq həyata keçirib.

Müxtəlif vaxtlarda ekstremal şəraitdə sağ qalmaq düşərgələri, təlimləri təşkil edən fotoqraf zamanının qalan hissəsini vəhşi təbiətdə ekspedisiyalar aparmaqla keçirir.

Əməkdaşlıq etdiyi müxtəlif yerlərdə uşaqlara, böyüklərə və müəllimlərə ekstremal şəraitdə sağ qalmaq, xəritə ilə hərəkət etmək və təbiətdə düzgün davranış qaydaları üzrə təlimlər keçir. Məqsədi, insanlara həm təbiətə uyğun yaşamağı, həm də ekstremal hallarda həyatda qalmağı öyrətməkdir.

- Saleh bəy, vəhşi təbiət çəkilişlərinə nə zaman başlamısınız?

- Vəhşi təbiət çəkilişlərinə təxminən 7-8 il əvvəl başlamışam. Uşaqlıqdan təbiətə marağım olub və zamanla bu maraq peşəyə çevrilib. Əvvəlcə sadəcə müşahidə aparırdım, daha sonra kamera ilə bu gözəllikləri çəkməyə başladım.

Bu sahədə fəaliyyət göstərmək üçün spesifik ali təhsil almamışam, amma illərlə topladığım bilik və təcrübə ilə öyrənmişəm. Ekspedisiyalar, müşahidələr və müxtəlif vəhşi təbiət mütəxəssisləri ilə işbirliyi mənə bu sahədə inkişaf etməyə kömək edib.

- Fəaliyyət sahənizdə hər hansı təhsilinizin olmadığınızı söylədiniz. Təhsil almadan bu işin öhdəsindən necə gəldiniz?

- Mən ekstremal şəraitdə sağ qalma sahəsinin Azərbaycandakı ilk yaradıcılarından biriyəm. Ölkəmizdə bu sahədə rəsmi təhsil və ya mütəxəssis olmadığı üçün özümü illərlə təkmilləşdirərək peşəkar səviyyəyə çatdırmışam. Azərbaycanda "Forest school Azerbaijan" kimi təşkilatlarda xüsusi təlimçi kimi iştirak edirəm.

Məqsədim, yalnız ölkə daxilində yox, həm də xaricdə Azərbaycanı təmsil edərək, dünyanın vəhşi təbiətini çəkmək və ekstremal mühitlərdə sağ qalma bacarıqlarımı təkmilləşdirməkdir. Orada öyrəndiklərimi isə izləyicilərimlə bölüşərək bu sahəyə maraq göstərən insanlara faydalı olmaq istəyirəm.

- Qeyri-adi çəkilişləriniz var. Müxtəlif heyvanlarla, demək olar ki, yaxın təmasda olursunuz. Təbiət çəkilişləri etmək marağı sizdə necə yarandı?

- Vəhşi təbiət fotoqrafiyasına marağım təkbaşına keçirdiyim sağ qalma düşərgələri zamanı yarandı. Təbii mühitdə, sakitliyin içində möhtəşəm heyvanları müşahidə edərkən düşündüm ki, bu gözəlliyi insanlara da göstərməliyəm. Dünyanın müxtəlif yerlərində olduğu kimi, ölkəmizdə də vəhşi təbiəti video formatında sənədləşdirib, həm sağ qalma düşərgələri təşkil etmək, həm də bu canlıların yaşayışını çəkərək insanlara göstərmək istədim.

Bunun əsas səbəblərindən biri də ölkəmizin vəhşi təbiətinin təhdid altında olmasıdır. İnsanlar bəzən bilərəkdən, bəzən isə bilməyərəkdən canlıları məhv edirlər. Mən isə çəkilişlərim və maarifləndirici fəaliyyətim vasitəsilə onların təbiətimizə və ekosistemə nə qədər faydalı olduğunu izah etməyə çalışıram. Bu da öz təsirini göstərib - məsələn, bəzi zəhərli ilanların öldürülməsinin qarşısını almışam, insanlara müxtəlif canlıları sevdirmək və qorumaq üçün əlimdən gələni etmişəm. Məqsədim təkcə vəhşi təbiəti çəkmək deyil, həm də onu qorumaq və insanlara bu mövzuda bilik verməkdir.

- 8 ilə yaxındır vəhşi təbiətdən çəkilişlər edirsiniz. Bu günə qədər hansı bölgələrdə olmusunuz?

- İlk çəkilişlərimə Astradan başlamışam. O vaxt peşəkar kameram yox idi, sadəcə telefonla çəkiliş edirdim. Daha sonra bu görüntüləri "YouTube"da paylaşdım və insanların müsbət marağı məni daha da həvəsləndirdi.

Zamanla özümü inkişaf etdirərək peşəkar avadanlıqlar əldə etdim və illər ərzində Azərbaycanın bütün bölgələrində - xüsusilə milli parklar və qoruqlarda çəkilişlər aparıram. Hazırda məqsədim Qarabağda daha yüksək səviyyədə ekspedisiyalar təşkil edib, oranın heyranedici vəhşi təbiətini lentə almaqdır. Əlbəttə ki, yaxın günlərdə bu da baş verəcək. Azərbaycan təbiətini tam sənədləşdirdikdən sonra isə dünya təbiətinə çıxmağı və ən ekstremal mühitlərdə çəkilişlər aparmağı planlaşdırıram.

- Təbiətdə sizi təəccübləndirən hər hansı bir şey olubmu?

- Təbiətə daxil olduqda insan onun hüzurunu və heyranedici gözəlliyini dərhal hiss edir. Əlbəttə ki, bu, hər kəsin baxış bucağından asılıdır. Mən isə təbiətə dərin bağlandığım üçün onun hər detalını görə bilirəm.

Öz bacarıqlarımı inkişaf etdirmək üçün 4-5 günlük sağqalma ekspedisiyalarına çıxıram. Hətta qışın sərt soyuqlarında, -15, -20 dərəcədə təkcə bir bıçaqla sağ qalmağa çalışmışam.

Belə ekstremal şəraitdə insan öz iradəsinin gücünü dərk edir və həqiqətən nə qədər güclü olduğunu hiss edir. Bu təcrübələr mənim üçün çox dəyərlidir, çünki onları yaşamaq adi bir macəra deyil. Məqsəd qoyub, yalnız təbiətdəki resurslardan istifadə edərək 5 gün sağ qalmağa çalışmaq, yeməyi və suyu təbiətdən əldə etmək möhtəşəm bir hissdir.

Təbiətdə ən yaddaqalan anlarımdan biri ayı və balaları ilə üz-üzə gəlməyim olub. Eyni zamanda, canavarların izini günlərlə, həftələrlə təqib edib, onlarla üzbəüz anlar yaşamışam. Ancaq belə qarşılaşmalar təkcə bir neçə saatlıq və ya bir günlük deyil. Bəzən aylarla həmin əraziyə gedib-gəlmişəm və heç bir nəticə əldə edə bilməmişəm.

Bundan başqa ölkəmizin ən zəhərli ilanlarına çox yaxın məsafədən baxmaq, onları insanlara tanıtmaq riskli olsa da, mənim üçün çox dəyərlidir. Çünki insanların bu canlıları səhv tanıyıb, onlara qarşı düşmən münasibəti bəsləməsinin qarşısını almağa çalışıram.

Ümumiyyətlə, təbiət və vəhşi heyvanlarla düzgün davranıldıqda, onların heç bir zərəri olmur. Əsas məsələ onları anlamaq və hörmətlə yanaşmaqdır.

- Təbiətdə çəkilişlərin, yəqin ki, özünəməxsus çətinlikləri var. Heyvanlara yaxınlaşmaq, onları qorxutmadan kameranın yaddaşına həkk etmək bacarıq tələb edir. Təbiətdə çəkilişlər zamanı nələrə diqqət etməliyik? Necə davranmalıyıq ki, qarşılaşdığımız heyvanı çətinlik çəkmədən lentə alaq?

- Təbiətdə olduğum müddətdə bütün heyvanların davranışları mənim üçün fərqli təcrübələr yaradıb. Hər heyvanın özünəməxsus xüsusiyyətləri var və onlara düzgün yaxınlaşmağı bacarsaq, onları ürkütməsək, insan və heyvan arasında inanılmaz bir bağ yarana bilər. Əslində heç bir heyvanın insanlara hücum etmək kimi bir məqsədi yoxdur. Onlar yalnız özlərini, balalarını, ailələrini və yuvalarını qorumaq üçün müdafiə mövqeyi seçirlər.

Vəhşi təbiətdə heyvanların hansı dövrdə balaladığını, yuvalarının harada yerləşdiyini və ümumi davranış qaydalarını bilmək çox vacibdir. Yanlış yerlərdə çadır qurmaq, düzgün olmayan istiqamətdə hərəkət etmək bəzi təhlükəli vəziyyətlərə yol aça bilər. Amma əslində vəhşi heyvanla qarşılaşmaq olduqca nadir hallarda baş verir. Gecələr yırtıcılar aktiv olur, gündüz isə adətən gizlənirlər.

Təbiətdə heyvanları ürkütməmək üçün onların davranışlarını düzgün təhlil etmək lazımdır. Xüsusilə quşları uzaq məsafədən izləmək, yırtıcı heyvanların ailəsi ilə olduğu zaman maksimum məsafəni qorumaq vacibdir. Mən xüsusi kamuflajdan istifadə edirəm, ətirlərdən uzaq dururam, çünki heyvanların iybilmə qabiliyyəti olduqca güclüdür.

Əsas məsələ budur ki, insan bir canlının davranışı haqqında nə qədər məlumatlı olsa, ona o qədər təhlükəsiz şəkildə yaxınlaşa bilər. Təbiətdə diqqətli və qaydalara uyğun davrandıqda heyvanların heç biri insan üçün təhlükə yaratmır. Mən uzun illərdir vəhşi təbiətdə çəkilişlər edirəm və bu müddət ərzində heç bir canlı mənə təhlükə yaratmayıb, çünki onların davranış sərhədlərini aşmıram. Təbiətə hörmətlə yanaşdıqda, o da insana eyni şəkildə cavab verir.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Mart 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see368

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see262

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see257

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see212

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see155

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see148

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see147

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see142

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see139

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see138

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see138

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see138

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see136

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see130

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see127

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see127

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see126

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see122

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri