Icma.az
close
up
RU
Yola çıxan, yolundan dönən, özünə qayıdan Siddhartha: Orxan Saffari yazır...

Yola çıxan, yolundan dönən, özünə qayıdan Siddhartha: Orxan Saffari yazır...

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Herman Hesse yaradıcılığın fəlsəfə tərəfi budur desək, yanılmarıq:

“Siddhartha”.

Dəqiq desək, bu əsər Budda fəlsəfəsinin mahiyyətinə, Şərq fəlsəfəsinə yönəlik bir romandır.

Lori desək, bu roman özünü tapmaq, tanımaq romanıdır.

Fəlsəfə nədir? Həm də sual etmək, sorğulamaq, yolda olmaq. Bu romanın da təməl prinsipləri məhz bunlardır.

Ailəsindən uzaqlaşaraq Samanalara qoşulan Siddhartha uzun bir yola çıxır. Roman da məhz bu cür başlayır. O, belə demək olarsa, dərviş olur.

Özünü ruhani olaraq təmizləmək, həqiqi mənini tapmaq istəyən Siddhartanın axtarışları da bu yöndə olur.

Romanın bu məsələlərdən əlavə də tərəfləri var. Məsələn, Siddhartha evi tərk etmək qərarı verəndə atası ilə dialoqu, nəhayətində isə atasının oğlunun azadlığına mane ola bilməməsini anlaması və romanın sonlarında Siddharthanın oğlu ilə aşağı-yuxarı mahiyyətcə eyni problemi. Deyərdim, romanın verdiyi mesajlar həm də bu sujet xəttlərində gizlənib.

Beləliklə, yaxın dostu Qovindayla birlikdə yola çıxan, Samanalara qoşulan Siddhartha və dostu, bununla yetinməyərək daha sonra onları tərk edərək Buddanın səfərinin şahidi olmaq üçün yola çıxırlar.

Nirvanaya çatmaq istəyən Siddharthanın daxili həmişə təlatümlərlə dolu olur. O, hətta aşiq olduğu Samanaların ideyası ilə dı yetinə bilmir. Yenə də nələrinsə yarımçıq qaldığını düşünür.

Hətta bu barədə deyir, “Əyyaş biri necə ki, özünün problemlərini içkiylə uyuşdurur, eləcə də, Samanların meditasiya etməsi və hər şeydən arınaq Nirvanaya çatma fikri eyni mahiyyətdədir”

Romanın digər bir qayəsi də üsyankarlıqdır. Bu, həm romanın verdiyi mesaj üçündür, həm də müəllifin özünün təbiətcə üsyankar olduğunun göstəricisidir. Bunu həm də Hessenin həyatına baxanda bilmək olur.

Siddhartha Buddanın təliminin nə qədər böyük olduğunu əsla danmır və heyranlığını qətiyyən gizlətmir. Amma o, bununla yetinməyərək davam edəcəyi halda buradan o tərəfə yüksələ bilməyəcəyini düşünür.

Bu isə bunu bildirir:

“Yeni bir yola çıxmaq”

Elə bu cür də edir. Artıq zamanı gələndə tərk etməyi həyat fəlsəfəsinə çevirən Siddhartha, bu dəfə də həm yaxın dostunu, həm də müəllimini tərk edir.

Bununla da onun axtarışlarının istiqaməti tamamilə başqa cür olur və həyatı dəyişir. O, Kamala adında bir qadınla tanış olur. Hansı ki, onların bu tanışlığı Siddharthanın ömrünün sonunda çatacağı həqiqətə hesablanır.

Siddharthanın Kamala ilə tanışlığı onun əsas ideyası olan “Düşünmək, gözləmək, oruc tutmaq”-dan çəkindirir, onu daha real, zəngin, həzz dolu bir həyata gətirir. O, Kamala vasitəsi ilə tanış olduğu bir tacirinin yanında işləyərək özünə nifrət də edir, həqiqi mənindən ayrıldığını düşünür. Bir növ, nədən qaçırdısa, ona qayıdır, o adam olur və buna “uşaq insanlar” adı verir. Çoxlu pullar qazanır, qadınlarla əylənir, Kamalanı sevir, qumar oyanır, lakin günün birində bunlar da bitir.

Doğrudur, Siddhartha bütün ideyalarına qarşı çıxır, amma bütün bunlar həm də yolda olmaq olur.

Siddhartha, Kamalanı da tərk edir. Amma tərk edərkən ondan oğlu olacağını da bilmir. Lakin o, qadından sevməyi öyrənir. Hansı ki, qadın da Siddharthaya məhz sevə bilmədiyini deyirdi.

Siddharthanın növbəti axtarışı başlayır. O, yenə yola çıxır, amma bu dəfə Samana kimi yox. Hətta elə olur, ömrün elə yerinə gəlir ki, yaxın dostu da onu ilk dəfə tanımır. Siddhartha daha sonra əvvəllər rastlaşdığı qayıqçının yanına gəlir. Ömrün hər üzünü görən o, bu dəfə də qayıqçı olmaq istəyir.

Bəli, budur. Qayıqçı Vasudeva-Siddharthanln növbəti çatacağı həqiqət.

O, burada Mən-ini öldürür və kamilləşmə mərhələsinə çatır. Siddharthanın ömür uzun etdiyi axtarışların mahiyyəti bu hissədə başa çatır. Əvvəlki səfərdən qazandığı həqiqətlərə istinadən Siddhartha, hər şeydə, hamıda bir sevgi görür. O, məhz qayıqçı Vasudevanın yanında olanda indiyə qədər öyrəndiklərinin onu yanıltdığını düşünür. Qayıqçı Vasudeva həqiqətləri ona çox sadə çatdırır. Daha dəqiq, o, bütün bildiklərinin yaşadığı çaydan öyrəndiyini, çayın səsinə qulaq asdığını deyir. Siddharthaya da məhz bunu öyrədir.

Əsərin sonunda isə artıq Siddhartha Kamaladan olan oğlu ilə qarşılaşır. Hansı ki, Kamala da yola çıxmışdı və onu axtarırdı. O da sahib olduğu hər şeydən imtina etmişdi.

Sonda Siddhartha dostu Qovinda ilə qaşılaşması və onların arasındakı dialoq, daha dəqiq, dostunun Siddharthadan nə öyrəndiyini soruşanda onun cavabları əsərin bütün mahiyyətini açır.

Qısaca olaraq, Siddhartha öyrəndiklərinin öyrədilə biləcək bir şey olduğunu düşünmür. O, hesab edir ki, nələrisə, bilgini kəşf də etmək olar, öyrənmək də. Amma başqasına öyrətmək olmur. Bu cəhdlərin hamısı insanı özünə gedən yoldan yayındırır.

Bir sözlə, gec, ya tez, insan hər zaman öz daxili “Mən“inə geri dönəcək.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Yanvar 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri