Yolda görünən boşluq həmişə təhlükəsiz deyil XƏBƏRDARLIQ VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sürücülərin yol hərəkəti zamanı yol verdiyi ən təhlükəli səhvlərdən biri iki avtomobilin arasında hərəkət etməyə çalışmaqdır. Belə manevr ilk baxışdan təhlükəsiz görünsə də, gözlənilməz yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, sürücülər iki avtomobilin arasında qaldıqları zaman tələsməməli, vəziyyəti düzgün qiymətləndirməlidirlər.
Onun sözlərinə görə, xüsusilə soldakı avtomobilin qarşısında boşluq yaranıbsa və ya sürücü zolağını dəyişməyə hazırlaşırsa, həmin boşluğa daxil olmağa çalışmaq düzgün deyil.
"Belə vəziyyətlərdə tələsmək olmaz. Ola bilər ki, siz sağ zolağa keçmək istəyirsiniz. Eyni anda soldakı sürücü də sağa, sağdakı sürücü isə sola hərəkət etmək qərarı versin. Nəticədə hər iki avtomobilin arasında qalan nəqliyyat vasitəsi toqquşma riski ilə üz-üzə qalır", – deyə o qeyd edib.
Belə məqamlarda ən doğru davranış avtomobillərin sürətinə uyğun hərəkət etmək, məsafəni qorumaq və vəziyyətin dəyişməsini gözləməkdir.
"Ola bilər ki, bir qədər sonra avtomobillərdən biri irəli keçsin və ya digəri geridə qalsın. Bu zaman təhlükəsiz məsafə yaranacaq və manevri rahat şəkildə etmək mümkün olacaq. Əsas məsələ tələsməmək və iki avtomobilin arasında sıx vəziyyətdə hərəkət etməyə çalışmamaqdır", – deyə məşqçi vurğulayıb.
Aqil Rəhimov əlavə edib ki, sürücülərin səbirli davranması və hərəkəti əvvəlcədən proqnozlaşdırması bir çox qəzaların qarşısını ala bilər.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 02 İyul 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















