Icma.az
close
up
RU
Yollar var, amma yolçu olmaq çətindir... Xəritədə hamar, realda ziqzaqlı yollar həyati təhlükə meydanıdır

Yollar var, amma yolçu olmaq çətindir... Xəritədə hamar, realda ziqzaqlı yollar həyati təhlükə meydanıdır

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Rayonlara gedən yollar... Xəritədə hamar, realda isə ziqzaqlı.

Gözlə görünən hər bir çat, hər bir çuxur təkcə avtomobilin yox, insan həyatının təhlükəyə atıldığının göstəricisidir. Sürətli hərəkət nəzərdə tutulan bu yollarda sürət cəsarət deyil, riskin sinonimidir.

Yolların əsas funksiyası bir nöqtədən digərinə təhlükəsiz və rahat keçid təmin etməkdir. Amma bizdə bəzi rayon yollarında avtomobil sürmək sanki mina sahəsində gəzməyə bənzəyir. Bir anlıq diqqətsizlik, bir təkər çaşması ağır nəticə verə bilər. Qəza, yaralanma, bəzən də ölüm.

Ən acınacaqlısı isə odur ki, bu yollar bəzən əsas magistral, bəzən kəndlərə gedən tək yol olur. Yaşlı insanlar, uşaqlar, hamilə qadınlar hamı o çalalarda tullanaraq, sarsıntılarla, təhlükə ilə gedib-gəlir. Sanki yol insan üçün deyil, insan yolun öhdəsindən gəlmək üçün yaşayır.

Məsul qurumlar susur, "plana salınıb" deyir, illərlə bərpası gözlənən yollar isə hər yağışdan, hər qışdan sonra bir az da dağılır.

Amma unutmayaq yol sadəcə asfalt deyil, o həm də bir can təhlükəsidir. Bir maşın nasazlıqla dayananda yalnız texnika sıradan çıxmır, arxasında bir ailənin həyatı da dayanır. Və bu, sadəcə texniki məsələ deyil, ictimai məsuliyyətdir.

Biz insan həyatını bu qədər ucuz saymamalıyıq. Çünki həyat bir yoldur, amma bizim yollar bu həyatın qarşısına daş qoyur.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 İyul 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri