Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXXV YAZI)

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXXV YAZI)

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Elçin Bayramlı

Seriyamızın bundan əvvəlki hissələrində insanın necə yaranması haqda maraqlı faktları təqdim etmişik. Ondan əvvəlki hissələrdə isə, bitkilərin, heyvanların, ümumiyyətlə həyatın necə yarandığı haqda elmi və dini dəlilləri vermişdik. Bu yazıda isə, həyatın mənbəyi haqda cəfəngiyyatın (təkamül nəzəriyyəsi) elm tərəfindən necə təkzib edildiyinə toxunacağıq.

əvvəli burada

https://sesqazeti.az/news/mia/1276107.html

Həyatın mənşəyi haqqında elm nə deyir?- MARAQLI FAKTLAR- 4

Burada onu da qeyd etmək lazımdır ki, qərəzsiz, heç bir ideologiyadan təsirlənməmiş, yalnız ağıl və məntiqdən istifadə edən hər kəs elmdən və sivilizasiyadan uzaq cəmiyyətlərin xurafatlarına bənzəyən təkamül nəzəriyyəsinin inanılması qeyri-mümkün bir iddia olduğunu asanlıqla anlayacaq.

Əvvəldə qeyd edildiyi kimi, təkamül nəzəriyyəsinə inananlar böyük bir çəlləyə çoxsaylı atomlar, molekullar və cansız maddələr doldurub bunları qarışdıraraq zaman keçdikcə insanların, həmçinin, müxtəlif heyvan və bitkilərin meydana çıxacağına inanırlar. Üstəlik, bu absurd iddiaya inananlar özünü alim, professor sayan mədəniyyətli, savadlı insanlardır. Buna görə də təkamül nəzəriyyəsini “dünya tarixinin ən böyük və ən güclü sehri” adlandırmaq yerinə düşərdi. Çünki dünya tarixində insanları bu qədər çaşdıran, onların rasional və məntiqli düşünməsinə mane olan, aydın həqiqətləri görməyə mane olan başqa bir inanc və iddia yoxdur.

Bu, qədim misirlilərin Günəş Tanrısı Ra-ya sitayiş etməsindən, bəzi Afrika qəbilələrinin totemlərə sitayiş etməsindən, Səba xalqının Günəşə sitayiş etməsindən, İbrahim qövmünün öz əlləri ilə düzəltdikləri bütlərə sitayiş etməsindən və ya Musanın qövmünün Qızıl buzova sitayiş etməsindən qat-qat ağır və anlaşılmaz bir korluqdur. Əslində bu, Allahın Quranda işarə etdiyi ağılsızlıqdır. Quranın bir çox ayəsində bəzi insanların ağıllarının zəifləyəcəklərini və həqiqəti görə bilməyəcəklərini bildirilir.

“...Onların qəlbləri var, onunla anlamazlar, gözləri var, onunla görməzlər, qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, daha da pisdirlər. Onlar qafildirlər”. (Əraf surəsi, 179)

Quranın başqa ayələrində bu insanların möcüzələr görsələr belə iman gətirməyəcək qədər sehrləndiklərini belə bildirilir:

“Əgər onların üzünə göydən bir qapı açsaq və onlar oradan yuxarı qalxsalar belə, mütləq: "Gözümüz aldandı. Ola bilsin ki, biz sehrlənmiş bir tayfayıq!" (Hicr surəsi, 14-15).

Bu sehrin bu qədər böyük bir insan qrupunu tutması, onların həqiqətdən bu qədər uzaq olması və 150 ildir ki, çox sayda elmi faktın ortaya qoyulmasına baxmayaraq bu sehrin pozulmaması sözlə ifadə olunmayacaq dərəcədə heyrət doğurur. Bir və ya bir neçə nəfərin qeyri-mümkün ssenarilərə, absurd və məntiqsizliklə dolu iddialara inanması başa düşüləndir. Halbuki, dünyadakı insanların şüursuz və cansız atomların birdən-birə bir araya gələrək, fövqəladə təşkilatçılıq, nizam-intizam, ağıl və şüur nümayiş etdirərək, qüsursuz fəaliyyət göstərən kainatı, həyat üçün uyğun hər cür xüsusiyyətə malik olan Yer planetini və saysız-hesabsız kompleks sistemlərlə təchiz olunmuş canlıları yaratdıqlarına dair inancının "sehr"dən başqa izahı yoxdur.

Bu gün bir tilsimin təsiri ilə elm pərdəsi altında tamamilə cəfəng iddialara inanan və ömürlərini onların müdafiəsinə həsr edənlər, bu iddialardan əl çəkmədikcə, həqiqət tam üzə çıxsa və “sehrini pozsa” rüsvay olacaqlar. Həqiqətən də, təxminən 60 yaşına qədər təkamülü müdafiə edən, lakin sonradan həqiqəti qəbul edən ateist filosof Malkolm Muggerridge, təkamül nəzəriyyəsinin yaxın gələcək vəziyyətini belə izah edir:

“Mən özüm əminəm ki, təkamül nəzəriyyəsi, xüsusən də tətbiq olunduğu sahələrdə gələcəyin tarix kitablarında ən böyük zarafatlardan biri olacaq. Gələcək nəsillər belə qeyri-müəyyən və qeyri-müəyyən bir fərziyyənin inanılmaz sadəlövhlüklə qəbul edilməsinə heyran qalacaqlar”. (Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, s. 43)

Bu gələcək uzaqda deyil; əksinə, çox yaxın gələcəkdə insanlar “təsadüflərin” ilahi ola bilməyəcəyini anlayacaq və təkamül nəzəriyyəsi dünya tarixinin ən böyük yalanı və ən güclü sehri kimi qələmə veriləcəkdir. Bu güclü sehr bütün dünyada sürətlə insanların əlindən çıxır. Təkamül yalanının sirrini öyrənən bir çox insan buna necə aldandıqlarını heyrətlə düşünür.

Həyatın cansız maddədən təsadüfən meydana gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda var olan möcüzəvi nizamın elmi sübutu və təkamülün əsla baş vermədiyini göstərən 300 milyona yaxın fosilin tapılması ilə təkzib edilmişdir. Beləliklə, təkamülün cəfəngiyyat olduğu elmi şəkildə sübuta yetirilmişdir.

Hazırda təkamül nəzəriyyəsini yaşatmaq üçün dünya miqyasında aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, qərəzli şərhlərə, elm pərdəsi altına alınmış yalanlara və saxtakarlığa əsaslanır. 1980-ci illərdən sonra aparılan araşdırmalar darvinist iddiaların tamamilə yalan olduğunu ortaya çıxarmış və bu həqiqət çox sayda alim tərəfindən etiraf edilmişdir. Xüsusilə də biologiya, biokimya və paleontologiya, kvant fizikası kimi müxtəlif sahələrdən çox sayda alim canlıların mənşəyini yaradılış həqiqəti ilə izah edir.

Qədim elmlərdə, dini kitablarda yaradılış həqiqətləri aydın şəkildə izah olunur və bütün mahiyyəti təsvir olunur. Ta qədimdən bütün alimlər yaradılışın Yaradan tərəfindən mükəmməl şəkildə yaradıldığını qəbul etmişlər. Mesopotamiya, Misir, Hindistan, Avropa mədəniyyətlərindən başqa, astek, ink, mayyalar kimi Amerika mədəniyyətlərinə də bu həqiqətlər qəbul edilmişdir. Dinlərdə də qədimdə belə qəbul olunub, lakin sonradan dinlər təhrif edilib.

Çoxtanrılı inancın içində tək Tanrı inancının gizli olduğunu aşkar edən ilk tədqiqatçılardan biri Oksford Universitetindən Stiven Lenqdon 1931-ci ildə əldə etdiyi məlumatları elm dünyasına agah edərkən bu məlumatların çox gözlənilməz olduğunu deyirdi, çünki bu tapıntıların daha əvvəlki təkamülçü izahlara tamamilə zidd olduğunu başa düşürdü. Lenqdon tapıntılarını belə şərh edirdi:

“Mənim zənnimcə, insanın ən qədim tarixi tək Tanrı inancından çoxlu sayda (dırnaqarası) tanrının və şər qüvvələrin varlığının inancına doğru çox sürətli bir təhrifi göstərir…”

Lenqdon 5 il sonra “The Scotsman” adlı jurnalda isə aşağıdakıları yazırdı:

“… Bütün dəlillər qəti olaraq başlanğıcda bir tək Tanrı inancının mövcud olduğunu göstərir. Sami mənşəli xalqların arxeoloji və ədəbi tapıntıları da ən qədim zamanlarda belə tək Tanrı inancının var olduğunu göstərir. Yəhudi dininin və digər Sami mənşəli dinlərin totemistik, bütlərə əsaslanan bir mənşəyə malik olması nəzəriyyəsinin tamamilə əsassız olduğu bu gün qəbul edilmişdir”.

Hazırkı dövrümüzdə Tel-Əsmər adlandırılan e.ə. 3000-ci ilə aid bir şumer şəhərində aparılan qazıntılarda da Lenqdonun dediklərini tamamilə təsdiqləyəcək tapıntılar əldə edildi. Qazıntılara rəhbərlik edən Henri Frankfort rəsmi hesabatında belə yazırdı:

“Qazıntılarımız bütün dəyərli tapıntılara əlavə olaraq, Babil dinləri haqqında bəzi çox vacib həqiqətləri aşkarladı. Bir sosial sistem içində dini dəyərlərin necə yerləşdirilmiş olduğuna ilk dəfə şahid oluruq.

Bir məbəd və bu məbəddə ibadət etməkdə olan insanların evlərinin qalıqları tapıldı. Bu səbəbdən ayrı-ayrılıqda məna ifadə etməyən tapıntıları bütöv şəkildə qiymətləndirə bilirik.

Məsələn, möhürlərin üzərindəki rəsmlərdə ümumi olaraq ilahlara sitayiş əks olunur. Lakin bu rəsmlərin hamısında həmin məbəddə sadəcə bir Tanrı inancının olduğu görünür. Bu səbəbdən də ən qədim zamandakı Şumer-Akkad etiqad sistemi içərisində bu tək İlahın fərqli xüsusiyyətlərinin ayrıca ilahlar hesab edildiyi aydın olur”.

Buna bənzər təhrif izlərini qədim Misirdə də görmək mümkündür. Tədqiqatçılar qədim Misirin, əvvəlcə, təktanrılı etiqad sisteminə sahib olduğunu, daha sonra bu təktanrılı etiqadın bəzi insanlar tərəfindən təhrif edilərək Günəşə sitayiş edən sabiliyə çevrildiyini aşkar etmişdilər. Antropoloq M. de Ruje bu barədə aşağıdakıları demişdir:

“Misir dininin əmələ gəlməsi çoxsaylı tanrının süzgəcdən keçərək tək Tanrıya çevrilməsi ilə olmamışdır. Əksinə, Misir dininin tək Allah inancına yaxın olduğu zamanlar bu sivilizasiyanın təsdiq edilən qədim zamanları ilə üst-üstə düşür. Misir dininin son mərhələləri isə bütün Misir dininin ən çox pozulmuş dövrü olmuşdur”.

Hind mədəniyyəti dünyanın ən qədim sivilizasiyalarından biri sayılır. Hindistanda saysız-hesabsız tanrılara tapınan batil inanclar var. Bu batil dinləri araşdıran tədqiqatçılardan biri Endrü Lenqdir. Lenq uzunmüddətli tədqiqatlar nəticəsində çoxtanrılı dinlərin Yaxın Şərqdə meydana gəlməsinə oxşar prosesin Hindistanda da baş verdiyini üzə çıxarmışdır.ğ

Eduard Makkreydi də hindlilərin “Veda” adlı külliyyatını tədqiq edərkən hind mədəniyyətinin erkən dövrlərində tanrıların bir üstün İlahın müxtəlif xüsusiyyətləri kimi şərh edildiyini yazır. Vedalarda ilahilərdə də açıq şəkildə təktanrılı tövhid inancının pozulmasının izlərini görmək mümkündür. Mövzunu təhlil edən tədqiqatçılardan Maks Müller əvvəlcə, tək İlah inancının olduğunu qəbul edir:

“Vedalarda tək Allah inancının çoxtanrılı inancdan daha əvvəl olduğunu görürük. Saysız-hesabsız tanrıya dualarında belə, tək və sonsuz Tanrının zikri göyü duman kimi örtmüş bütpərəst anlayışın arasından mavi səmanın görünməsi kimi üzə çıxır”.

Buradan bir daha məlum olur ki, dinlərin təkamülü baş verməmişdir, əksinə, insanların haqq dinə bəzi batil inanclar əlavə etməsi və ya bəzi əmr və qadağalara etinasız yanaşması ilə dini inanclar zaman ərzində təhrif edilmişdir.

Deməli, ta qədim zamanlardan insanlar, müdriklər, ruhanilər, alimlər yaradılışın tək bir Tanrı tərəfindən yaradıldığını bilmiş və müqəddəs kitablarda bu dəqiq təsbit olunmuşdur. Sonrakı dövrlərdə dinlər təhrif olunmuşdur, necə ki bu gü də elm açıq-aşkar təhrif olunur.

Ardı olacaq

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Avqust 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see517

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see335

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see287

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see214

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see197

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see157

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see156

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see149

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see140

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see138

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see132

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see130

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see128

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri