Icma.az
close
up
RU
Yoxa çıxan adalar, külə dönən meşələr: Dünya liderləri təcili iqlim tədbirləri görməyə çağırırlar

Yoxa çıxan adalar, külə dönən meşələr: Dünya liderləri təcili iqlim tədbirləri görməyə çağırırlar

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 25 sentyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası sentyabrın 24-də iqlim sammiti keçirib. AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, dünya liderlərinin ortaq qənaətinə görə, iqlim dəyişikliyi artıq uzaq təhlükə deyil, daha cəsarətli qlobal öhdəliklər tələb edən fəlakətdir. Onların səviyyəsi qalxan dənizlər, bərəkətini itirən torpaqlar və yoxa çıxan ekosistemlər fonunda çağırışları Baş katib Antonio Quterreşin iqlim sammitində dünyanın artıq “yeni enerji erasının” astanasında olduğu barədə xəbərdarlığını təkrarlayıb - təmiz enerji qazıntı yanacaqlarını əvəz etməli, maliyyə sahəsində ədalət təmin olunmalıdır.

2015-ci ildə bütün dövlətlər tərəfindən razılaşdırılmış iqlim dəyişikliyi üzrə Paris Sazişinin 1,5°C hədəfinə nail olmağın zəruriliyini vurğulayan Baş katib qeyd edib: “Bunun etmək mümkündür. Braziliyada keçiriləcək COP30 bizi doğru yola yönəltmək üçün etibarlı qlobal cavab planı ilə yekunlaşmalıdır”. O, temperaturun artmasını məhdudlaşdırmaq üçün qlobal səyləri sürətləndirmək, emissiyalar, uyğunlaşma və iqlim maliyyəsi ilə bağlı öhdəlikləri irəli sürmək məqsədi həmin tədbirin ümid mənbəyi olduğunu əlavə edib.

BMT rəhbərinin bu fikirləri Baş Assambleyanın illik ümumi müzakirəsinin ikinci günündə dünya liderlərinin iqlim təhlükəsi və vədləri ilə bağlı inandırıcı hesabatlar təqdim etməsi fonunda səsləndirilib.

İclasda COP30-a ev sahibliyi edən Braziliyanın Prezidenti Luis İnasiu Lula da Silva bildirib ki, enerji keçidi Sənaye İnqilabı ilə müqayisə edilə bilən məhsuldar və texnoloji transformasiyaya qapı açır və MDM-lər hər bir ölkədə bu dəyişikliyə rəhbərlik edəcək yol xəritəsidir”. Onun sözlərinə görə, Braziliya bütün istixana qazları emissiyalarını iqtisadiyyatın bütün sektorlarını əhatə etməklə 59 faizdən 67 faizə qədər azaltmağı öhdəsinə götürüb və 2030-cu ilə qədər meşələrin qırılmasına son qoymaq üçün səyləri davam etdirir.

Çinin Sədri Si Cinpin elan edib ki, onun ölkəsi 2035-ci ilə qədər iqtisadiyyatda xalis istixana qazı emissiyalarını pik səviyyələrdən 7-10 faiz azaldacaq. Çin lideri videomüraciətində bildirib ki, Pekin qeyri-mədən yanacaqlarının ümumi enerji istehlakında payını 30 faizdən çox artıracaq, külək və günəş enerjisi tutumlarını 2020-ci il səviyyələri ilə müqayisədə altı dəfə genişləndirəcək və avtomobil satışlarında elektromobillərə üstünlük verəcək.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen emissiyaların 1990-cı ildən bəri təxminən 40 faiz azaldığı Avropa Birliyində təmiz keçidini davam etdiyini vurğulayıb. “Avropa ölkələri də qlobal tərəfdaşlıqları ikiqat artırır və dünyanın ən böyük iqlim maliyyəsi təminatçıları olaraq qalacaq, eyni zamanda, təmiz enerji keçidini dəstəkləmək üçün 300 milyard avroya qədər vəsait səfərbər edəcək”, -deyə o qeyd edib.

İqlim sammitində Azərbaycanın COP29 Sədrliyinin iştirakı ilə ötən il Bakıda keçirilən iqlim konfransında irəli sürülmüş təşəbbüslər və götürülmüş öhdəliklər də müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri