Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Yubileyə zəngin təcrübə və yeni yanaşma ilə gedirik

Yubileyə zəngin təcrübə və yeni yanaşma ilə gedirik

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

3 may Ümumdünya Mətbuat Azadlığı Günüdür. Azərbaycan media ictimaiyyəti də bu təqvimi qeyd edir. Bu il Azərbaycan həm də milli mətbuatımızın yaradılmasının 150 illik yubileyinə hazırlaşır. Bu iki təqvim milli medianın fəaliyyətinin təhlilini dəyərləndirmək zərurətini yaradır. Azərbaycan mediası yubileyə hansı nailiyyətlərlə gedir?

“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamda media ictimaiyyətinin ötən dövrdəki fəaliyyəti də qiymətləndirilir. Bu kontekstdə jurnalistlərimizin Vətən müharibəsi dövründəki fəaliyyətinə xüsusi diqqət yetirilir. Qeyd olunur ki, Azərbaycan mediası Vətən müharibəsində şanlı Zəfərin qazanılmasında, ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunmasında əsl vətənpərvərlik, həmrəylik nümunəsi sərgiləyib. Haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün yüksək səy göstərib.

Prezident sərəncamında yer alan bu cümlələr mediamızın həm peşəkar, həm də vətənpərvər olduğunu göstərir. Onun keçmiş fəaliyyəti barədə dolğun təsəvvür formalaşır. Sərəncam Azərbaycan jurnalistikasının tarixi fəaliyyətini qiymətləndirməklə yanaşı, həm də ondan gələcək gözləntiləri ifadə edir.

Mediadan gözləntilər

Azərbaycan media məkanında beş il əvvəl – 2020-ci illərdən etibarən həyata keçirilən islahatlar dalğası spesifik xüsusiyyətlərə malikdir. Öncəki proqramlardan əsas fərqi budur ki, sonuncu dəyişiklər kompleks xarakterlidir, media üzrə bütün komponentləri əhatə edir.

Beynəlxalq mərkəzlər ölkələr üzrə media mühitini dəyərləndirərkən 4 mühüm istiqamətə birlikdə diqqət yetirirlər. Media qanunvericiliyinə, KİV-lərin maliyyə müstəqilliyinə, jurnalist təhlükəsizliyinə və nəhayət, etik standartların tətbiqi imkanlarına kompleks şəkildə yanaşılmasını zəruri sayırlar. Media mühitinin normal olması üçün, bu istiqamətlərdən hər birinin normativlərə uyğun gəlməsi vacibdir. Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Media sahəsində islahatların daha da dərinləşdirilməsi haqqında” Fərmanı bu prinsiplərin hər birini özündə cəmləşdirir. Sənəd ayrı-ayrı istiqamətlərin deyil, ümumilikdə, media mühitinin yeniləşdirilməsini ehtiva edir. Paralel olaraq, jurnalistlərin sosial durumunu və statuslarını da diqqətə alır.

Son islahatların nəticəsi olaraq, Azərbaycan informasiya məkanı həm də struktur tərtibatı baxımından yenilənir. Dəyişiklik dövlətin kommunikasiya işinə cavabdeh olan müvafiq strukturlarından başlayaraq, medianın özünütənzimləmə qurumlarına qədər ən geniş spektiri əhatə edir. “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmana əsasən, 2021-ci ildə Medianın İnkişafı Agentliyi qurulub. Agentliyinin yaradılmasında məqsəd dövlət tərəfindən medianın inkişafı üzrə zəruri dəstəyin effektiv formada çatdırılımasıdır. 5 oktyabr 2002-ci il tarixdə isə Prezident İlham Əliyev Azərbaycan Respublikası Audiovizual Şurasının yaradılmasına Fərman verib. Şura televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir.

Bəllidir ki, adıçəkilən təsisatların hər biri özlərindən əvvəl mövcud olmuş müvafiq qurumların bazasında, yeni adlar altında formalaşdırılıb. Amma dəyişiklik təkcə adlarla məhdudlaşmayıb. Səlahiyyət, məsuliyyət, öhdəlik, informasiya işinə yanaşma, media mühitinə baxış fərqlidir.

Belə fərqlilik Medianın İnkişafı Agentliyi ilə yanaşı, yenidən qurulmuş digər təsisatlar üçün də xarakterikdir. İslahatlar fonunda yeniləşdirilmiş bu qurumlar çevik funksionallıq mexanizmlərinə malikdirlər. Proseslərə, tendensiyalara, problemlərə reaksiyaları operativdir. KİV-lərdə, sosial media platformalarında müzakirə olunan istənilən məsələyə, məlumatlara çevik reaksiya verə bilirlər.

Media təhdidlərdən qorunur

“Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmana uyğun olaraq, bu sahəni tənzimləyən qanun dəyişdirilib. 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət və media münasibətlərinin hüquqi mənzərəsini aydınlaşdırır.

Yenin qanunu əvvəlkindən fərqləndirən əsas məqamlardan biri də budur ki, o, media subyektlərinin dəqiq təsnifatını verir. Çap, onlayn, audiovizual media subyektlərinin, informasiya agentliklərinin standartlarını, fəaliyyət çevrəsini müəyyənləşdirir. Qanun rəqəmsal transformasiya dövründə media subyektlərinin tiplərinin qorunub saxlanılmasını təmin edir.

Yeni qanun media subyektləri ilə yanaşı, jurnalistlərin də statuslarını, hüquq və vəzifələrini dəqiq ifadə edir ki, bu da yeni media alətlərinin inkişaf etdiyi bir dövrdə son dərəcə zəruridir.

Sosial şəbəkə platformalarının sürətli inkişafı xəbər istehsalçılarının çeşidini artırıb. Analitik mərkəzlər qeyd edirlər ki, hazırda dünya əhalisinin yarıdan çoxu sosial media istifadəçisidir. Statista.com-un hesablamalarında bu göstərici təqribən 5.7 milyard nəfərdir. Dünya əhalisinin 62,6 faizi sosial şəbəkə platformaları üzərindən xəbər alır və yayır. Yəni, xəbər istehsalçısı rolunda çıxış edir. Azərbaycan seqmentində də mənzərə oxşardır. Son məlumatlara əsasən, ölkə əhalisi arasında sosial media istifadəçilərinin sayı 50 faizi ötüb.

Bu dinamika bir tərəfdən alternativ informasiya mənbələrinə çıxış imkanlarını artırmaqla fayda verirsə, digər yandan xəbərin keyfiyyətinə təsir göstərir. Etimadlı xəbərin kəmiyyətini azaldır, “feyk xəbər”in çəkisini çoxaldır. Öz növbəsində, peşəkar xəbər istehsalçısı olan jurnalistlərin vəziyyətinə da ciddi təsir göstərir. Onların hüquq və səlahiyyətlərinin qorunması üçün tədbirlər görülməsini zərurətə çevirir.

Mövzu beynəlxalq jurnalist təşkilatlarının gündəmində yer tutur. Peşəkar medianın qorunub saxlanması, jurnalistlərin hüquq və səlahiyyətlərinin dəqiq müəyyənləşdirilməsi üçün təkliflər hazırlanır. Keyfiyyətli Jurnalistika Uğrunda Beynəlxalq Hərəkat (KJUBH) da bu səbəbdən təsis edilib. KJUBH jurnalistikanı sosial medianın yaratdığı təhdidlərdən qorumağa çalışır

Bu tendensiyalar kontekstdə yanaşsaq, Azərbaycanda hazırlanaraq tətbiq edilən “Media haqqında” Qanun ölkəmizdə fəaliyyət göstərən jurnalistlərin səlahiyyətlərini müəyyənləşdirmək, haqlarını qorumaq üçün faydalıdır. Eyni zamanda, peşəkar jurnalistikanı qoruyub yaşatmaq istəyən dünya ölkələri üçün bir örnəkdir. Yeni qanun sosial media istifadəçiləri, həvəskar xəbər istehsalçıları ilə peşəkar jurnalistlər arasındakı sərhədləri çox dəqiq şəkildə müəyyənləşdirir. Konvergensiya olunmuş ənənəvi media qurumları ilə sosial şəbəkə platformaları üzərindən xəbər yayan həvəskarlar arasındakı fərqi göstərir. Jurnalistlərin hüquq və səlahiyyətlərini qoruyur, inkişaf etdirir. Bir cümlə ilə ifadə etsək, “Media haqqında” Qanun Azərbaycanda peşəkar medianın inkişafına təminat verir.

Azad medianın inkişafı üçün güzəştlər

Sərhədlərin müəyyənləşməsi peşəkar media üçün güzəştlərin və imtiyazların tətbiq olunmasına şərait yaradır. Təsadüfi deyil ki, “Media haqqında” Qanun imzalandığı gün – 2022-ci il fevralın 8-də Prezident İlham Əliyev həm də İpoteka qanunvericiliyi üzrə dəyişiklikləri təsdiqlədi. Beləliklə, jurnalistlərə dövlət təminatlı, güzəştli ipoteka kreditindən istifadə etmək hüququ verilib. Qanunun qəbulundan 3 ay sonra, 13 may 2022-ci il tarixində isə Azərbaycanda kütləvi informasiya məhsullarıının ərsəyə gəlməsi üçün kağızın idxalı və satışı ƏDV-dən azad edilib.

2021-ci ilin sonlarından etibarən, medianın müstəqil biznes modelinə keçidinin sürətləndirilməsi üçün sistemli addımlar atılır. Prosesin davamı olaraq, 2023-cü il yanvarın 1-dən ölkə mətbuatına vergi güzəştləri tətbiq olunub. Çap və onlayn media subyektləri gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən, eyni zamanda, əlavə dəyər vergisindən 3 il müddətinə azad edilib.

Bu dövr ərzində media subyektlərinin inkişafını təmin etmək üçün verilən dövlət dəstəyinin həcmi artırılıb. Məlumat üçün bildirək ki, 2009–2020-ci illərdə ölkədə dövlət hesabına yalnız çap media subyektlərinə – qəzetlərə dəstək göstərilirdisə, indi həmin dəstək həm də onlayn media subyektlərinə aid edilir. Son 3 ildə hər il üzrə 39 xəbər saytına (xəbər portalına) müsabiqəli yardımlar göstərilib. 39 xəbər saytı, 17 qəzet redaksiyası olmaqla ümumilikdə il ərzində 56 media subyektinə iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki təminatlarının yaxşılaşdırılması, faliyyətinin təkmilləşdirilməsi və keyfiyyətin artırılması məqsədilə maliyyə yardımı ayrılır. Bu, ölkədə KİV qollarının paralel inkişafını təmin edir. O cümlədən, onlayn media subyektlərinin qurulmasını, inkişafını və peşəkarlaşmasını stimullaşdırır.

Onlayn media subyektlərinin statusu tanınıb

Yeri gəlmişkən qeyd edək ki, son islahatlar fonunda qəbul edilmiş “Media haqqında” Qanunun gətirdiyi yeniliklərdən biri də onlayn media subyektlərinin statuslarının tanınmasıdır. 1999-cu ildə qəbul edilmiş “KİV haqqında” Qanunda bu sahədə boşluq olub. Düzdür, həmin qanunun 3–cü maddəsi “İnternet informasiya ehtiyatları”nı da “kütləvi informasiya xidməti” kimi təsbit edib. Amma bu müddəa sonrakı bəndlərdə inkişaf etdirilməmişdi. Xəbər portallarının, internet TV-lərin statusları tanınmırdı. İnternet KİV-lərin standartları barədə aydın təsəvvür yaradılmırdı. 2022-ci ildən qüvvəyə minmiş “Media haqqında” Qanun isə qeyd edilən boşluğu aradan qaldırır. İnternet media resurslarının strukturunu və statusunu müəyyən edir. 14 oktyabr 2022-ci ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Respublikasının Media Reyestri ölkənin bütün ciddi media resursları kimi, onlayn media subyektlərini də uçota alır.

Media reyestrində qeydə götürülmək üçün xəbər saytları qarşısında orijinal məzmun yaradıcılığı tələbinin qoyulması bu seqmentdə keyfiyyət göstəricilərini xeyli yüksəldir. Saytlar keyfiyyətli, etimadlı, məzmun müxtəlifliyi olan xəbərlər yaymaq üçün daha çox çalışır və nəticədə özləri də peşəkarlaşırlar. Media Agentliyinin qurduğu monitorinq sistemi real dataları (orjinal kontent, istinad sayları və s.) ortaya qoyur və bunun nəticəsində sayt vitrini yenilənir. Onlayn mediaya dövlət dəstəyinin göstərilməsi bu platformada qeyri-şəffaflıq meyillərini də azaldır.

(ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 May 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri