Icma.az
close
up
RU
Yüksək təzyiqlə bağlı TƏHLÜKƏLİ MİFLƏR. Onlar sizin həyatınızı qısaldır!

Yüksək təzyiqlə bağlı TƏHLÜKƏLİ MİFLƏR. Onlar sizin həyatınızı qısaldır!

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsanların bir çoxu arterial təzyiqin artmasını ciddi simptom kimi hesab etmirlər və bu səbəbdən özündə təziyiqin artmasını müşahidə etdikdə həkimlərə müraciət etməyə tələsmirlər.

Lakin bu çox səhv yanaşmadır. Məhz arterial təzyiqin artması insult və infarkt kimi ağır pozulmaların ilk səbəbidir. Statistikaya əsasən, 100 infarktdan 68-i, 100 insultdan isə 75-i məhz təzyiqin yüksəlməsi fonunda inkişaf edir.

İnsanlar arasında arterial təzyiqlə bağlı bir çox həqiqətə uyğun olmayan əfsanələr yayılmaqdadır. Məsələn,

- Yüksək təzyiqdən əziyyət çəkən insan özünü daim  qorumalı, uzanmalı, yatmalı, az hərəkət etməlidir ki, təzyiq qalxmasın. Bu tam yanlış fikirdir. Bəli, həddən artıq fiziki yükləmələr hipertoniyadan (tibbi dildə - "arterial hipertenziya") əziyyət çəkən insanlar üçün ziyanlıdır. Lakin belə yükləmələr hətta tam sağlam insana da ziyan gətirə bilər.

Sağlamlığını qorumaq istəyən insan mütləq fiziki aktiv olmalıdır. Hətta infarkt keçirmiş insanlara reabilitasiya (bərpa) dövründə həkimlər xüsusi fiziki məşğələlər təyin edir.

Hərəkətsizlik isə əksinə mübadilə proseslərin pozulmasına, damarların tutulmasına, bədən çəkisinin artmasına, qanda durğunluğun yaranmasına, ürəyin daha zəif işləməsinə səbəb olur.

Saglamolun.az bildirir ki, azhərəkətlilik hipertoniya xəstəliyinin daha ağır keçməsinə gətirib çıxardır.

- Bir çox hipertoniyadan əziyyət çəkən insanlar fikirləşir ki, müəyyən həbi qəbul etməklə arterial təzyiqi daim normada saxlamaq mümkündür. Lakin bu belə də asan iş deyil. Effektli dərmanın seçimi uzun və çətin prosesdir. "Təzyiq dərmanları" çoxdur və hər bir  xəstəyə dərman fərdi şəkildə həkim tərəfindən seçilir. Bir çox hallarda vaxt keçdikcə dərmanı, onun dozasını, qəbul rejimini dəyişmək lazım olur. Bunu da yalnız həkim etməlidir. Heç bir halda qonşu, qohum və s. qəbul etdiyi "təzyiq dərmanı"nı  özbaşına qəbul etməyin! Bu lazım olan effekt verməyəcək!

Bundan əlavə yalnız təzyiq dərmanının qəbulu hipertoniyanı müalicə etmir. İnsan düzgün qidalanmalı, ziyanlı vərdişlərdən imtina etməli, dincəlməli, tez-tez havada olmalıdır, bədən tərbiyəsi ilə məşğul olmalıdır.

- Bəzi insanlardan "təzyiqim hətta 180-200-ə qalxanda, özümü normal hiss edirəm, bu mənim "raboçi" təzyiqimdir" kimi ifadələri eşitmək olur. Bu insanlar fikirləşir ki, əgər hər şey normaldırsa, heç bir yer ağrımırsa, müalicə etməyə də ehtiyac yoxdur! Bu çox təhlükəli yanılmadır. Tibbdə "raboçi" təzyiq kimi termin yoxdur.

Yüksək təzyiq özünün heç bir əlamətlə büruzə verməsə belə, xəstənin orqanizmində geriyədönməz patoloji dəyişikliklərə səbəb olur ki, bunların nəticəsində insan əlilə çevrilə bilər. Bundan əlavə yüksək arterial təzyiq infarkt və insultun əsas risk faktorudur.

- Hipertoniya yalnız 40 yaşından sonra inkişaf edir. Bu da çox səhv fikirdir. Bütün digər xəstəliklər kimi, hipertoniya da xeyli "cavanlaşıb". Əgər hətta 30 yaşlı insan özündə təzyiqin tez-tez artmasını müşahidə edirsə (139/89-dan yuxarı), o, mütləq kardioloqa müraciət etməlidir və lazım olduqda müalicə almalıdır.

- Yüksək təzyiq özünü baş ağrısı ilə büruzə verir. Bu da səhvdir. Bəli, bir çox hallarda yüksək təzyiq özünü başın ənsə hahiyəsində ağrılarla, ürəyin tez-tez döyünməsi ilə, barmaqların keyiməsi ilə və s. əlamətlərlə büruzə verir. Lakin bəzən arterial hipertenziya tam simptomsuz keçir. Məhz bu səbəbdən 1 ildə 2 dəfədən az olmayaraq həkimin profilaktik müayinəsindən keçmək lazımdır. Belə profilaktik müayinələr orqanizmdə mövcud olan pozulmaları vaxtında aşkar etməyə imkan verir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri