Yumurtanın sarısı yaşıl rəng alıbsa, onu yemək olar? FOTO
Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yumurta ən çox istehlak etdiyimiz məhsullardan biridir. Yumurta çox faydalı və müalicəvi məhsuldur.
Onun tərkibində olan vacib maddələr insan sağlamlığına çox ciddi müsbət təsir edir, xroniki xəstəliklərdən qorunmağa yardım edir.
Bəzən yumurta uzun müddət ərzində qaynayanda sarısı yaşıl rəng alır. Bəzi insanların fikrinə görə, belə yumurtanı yemək olmaz. Lakin bu belə deyil. Yumurta sarısının yaşıl rəng alması bişirilmə zamanı baş verən kimyəvi reaksiyanın nəticəsidir. Bildiyimiz kimi, yumurta dəmirlə zəngindir. Yumurta uzun müddət ərzində qaynayanda yumurtanın ağı ilə sarısı arasında dəmir sulfidi əmələ gəlir ki, nəticədə yumurtanın sarısı yaşıl rəng alır.
Saglamolun.az bildirir ki, dəmir sülfidi ziyanlı deyil. Lakin uzun müddəd ərzində qaynayan yumurtanın faydası azalır. Mütəxəssislər yumurtanı təxminən 3-5 dəqiə ərzində qaynatmağı və kərə yağı ilə yeməyi tövsiyə edirlər.

Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 16 Noyabr 2024 08:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















