Yunan jurnalistin Ərdoğanla bağlı sərsəmləməsinə sərt reaksiya: Cəsarət edən varsa, hodri meydan!
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
CHP lideri Özgür Özel ABŞ-ın Venesuela prezidenti Maduro və xanımının qaçırılması və ardınca yunan jurnalistlərdən birinin "bir gün Ərdoğan da belə götürüləcək", - deyə sərsəm fikirinə çox sərt reaksiya verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, partiyasının iclasında çıxış edən Özel Maduro və xanımının həbsini beynəlxalq hüququn ayaq altına atılması kimi qiymətləndirib.
O bu əməliyyatı quldurluq sayaraq, ABŞ-ı tənqid edib: "Bu quldurluğa qarşı səssiz qalmamalıyıq. Dünya bu dəliliyə qarşı ortaq mövqe tutmalıdır. Əgər dünya indi səssiz qalarsa, sonradan hər şey daha pis olacaq. Tramp administrasiyası beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə məhəl qoymadan başqa bir ölkəyə gedib hərbi müdaxilə edib. Maduro həyat yoldaşı ilə birlikdə yataq otağında saxlanılıb, pis rəftara məruz qalıb, onları sürüyüb ABŞ-a aparıblar. Dünən bir dövlət başçısı Nyu-York küçələrində avtomobilin arxasında parad keçirilib. Bir ölkənin şərəf və qüruru ilə oynanılıb. Biz bütün dünya nizamını təhdid edən bir quldurluğa qarşıyıq."
Özgür Özel daha sonra yunan jurnalistin Prezident Ərdoğana qarşı sayaqlamasına sərt münasubət bildirib: "Orada durun! Buraxın Türkiyə Respublikasının Prezidentini, heç kim heç bir vətəndaşımızı beə Prezident sarayının qarşısından götürə bilməz! Buna cəsarət edən varsa, hodri meydan!".
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 07 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















