Icma.az
close
up
RU
Yusif Cabbarov: Transxəzər Kabel Xətti regionda texnoloji inkişafa töhfə verəcək

Yusif Cabbarov: Transxəzər Kabel Xətti regionda texnoloji inkişafa töhfə verəcək

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan ilə Qazaxıstan arasında ilk fiber-optik bağlantının qurulmasını nəzərdə tutan Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi üzrə növbəti əhəmiyyətli mərhələ artıq tamamlanıb.

"APA-Economics" xəbər verir ki, layihənin icraçıları “AzerTelecom” və “Kazakhtelecom” kabelin dəniz dibi ilə çəkilməsi üzrə işlərə başlamaq üçün zəruri Layihə Tədqiqatının (Desktop Study) uğurla bitməsini elan ediblər.

Bu tədqiqat dəniz dibi mühitinin öyrənilməsi və kabel xəttinin potensial marşrutunun müəyyənləşdirilməsi üçün aparılmış ilkin və detallı mühəndislik təhlilini əhatə etməklə tikinti işlərinin başlanması baxımından xüsusi önəm daşıyır.

Layihə Tədqiqatının nəticələrinə əsasən hazırlanmış hesabat Xəzər dənizinin xəritələrinin, dəniz dibinin və ekoloji xüsusiyyətlərinin, o cümlədən potensial marşrut risklərinin ətraflı təhlilini təqdim edir. Hesabat, həmçinin layihənin növbəti mərhələləri olan dəniz dibinin tədqiqatı və kabel marşrutunun layihələndirilməsi üçün vacib olan məlumatları əks etdirir.

Layihəyə texniki nəzarət və məsləhət dəstəyi ABŞ-nin “Pioneer Consulting” şirkəti tərəfindən təmin edilir. Şirkət layihənin bütün mərhələlərinin və əldə olunan nəticələrin beynəlxalq standartlara və qabaqcıl sənaye təcrübələrinə uyğunluğunu təmin edir. “Pioneer Consulting” Layihə Tədqiqatı mərhələsində əsas texniki məlumatların nəzərdən keçirilməsi və ekspert rəylərinin təqdim edilməsində iştirak edərək, hesabatın “AzerTelecom” və “Kazakhtelecom” tərəfindən qəbul olunmasına dəstək göstərib.

Bu mərhələnin tamamlanması göstərir ki, təklif olunan fiber-optik kabelin marşrutu beynəlxalq mühəndislik standartlarına cavab verir və yüksək təhlükəsizlik və keyfiyyət göstəricilərinə uyğundur.

Azərbaycanın magistral internet provayderi “AzerTelecom” şirkətinin daxil olduğu “NEQSOL Holding”in sədri Yusif Cabbarov qeyd edib ki, Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi regionda rəqəmsal əlaqəni və texnoloji inkişafı gücləndirməklə yanaşı, regional iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.

“Bu layihə “NEQSOL Holding”in strateji “Rəqəmsal İpək Yolu” təşəbbüsünün əsas hissəsidir və regionda dayanıqlı rəqəmsal gələcəyin qurulmasını hədəfləyir. Bu məqsədə çatmaq üçün biz beynəlxalq səviyyədə tanınan qabaqcıl həlləri tətbiq edərək Asiya ilə Avropa arasında daha sürətli, etibarlı və yüksək keyfiyyətli bağlantı dövrünə keçidi təmin edirik”, – deyə Yusif Cabbarov əlavə edib.

“Kazakhtelecom” şirkətinin strategiya və xarici aktivlər üzrə baş direktoru Nurlan Meirmanov bildirib: “Bu il biz Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər fiber-optik kabel xəttinin tikintisinə dair müqavilə imzaladıq və artıq dəniz marşrutunun tədqiqi üçün zəruri olan Layihə Tədqiqatı mərhələsini uğurla başa çatdırdıq. Sevindirici haldır ki, bütün fəaliyyətlər müəyyən olunmuş cədvələ uyğun həyata keçirilir. Layihənin miqyasını və unikallığını nəzərə alaraq, “Kazakhtelecom” tərəfindən layihəyə fokuslanan xüsusi işçi qrupu formalaşdırılıb”.

“Pioneer Consulting” şirkətinin layihə meneceri və müştəri həlləri üzrə direktoru Deyv Mari layihə barədə öz fikirlərini paylaşıb: “2024-cü ilin yanvar ayından komandamız Transxəzər sualtı kabel sisteminin layihələndirilməsi və satınalma mərhələsində dəstək göstərib. “AzerTelecom” və “Kazakhtelecom” ilə əməkdaşlıq edərək region üçün böyük önəm daşıyan yüksəksürətli və etibarlı fiber-optik sistemin qurulmasında iştirak etməkdən qürur duyuruq”.

Transxəzər Fiber-Optik Kabel Xətti Layihəsi çərçivəsində Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Bu xətt çoxterabitli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır.

“AzerTelecom” haqqında

AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla topdansatış operatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal və digər xidmətlər təqdim edir. “AzerTelecom” müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding”in tərkibində olan “Azerconnect Group”a daxildir. Şirkət yerli, regional və beynəlxalq istiqamətlərdə sürətlə inkişaf edir, həmçinin cəmiyyətin və İKT sektorunun dayanıqlı inkişafını təmin etmək üçün daim qabaqcıl texnologiyaları və innovasiyaları tətbiq edir.

“Kazakhtelecom” haqqında

Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.

“Pioneer Consulting” haqqında

Pioneer Consulting” sualtı fiber-optik telekommunikasiya sistemlərinin qurulması sahəsində müştərilərə məqsədlərini reallaşdırmaqda dəstək verən aparıcı konsaltinq şirkətidir. Şirkət layihələndirmə, texniki dizayn, gəmidə nəzarət, həmçinin layihələrin bütün mərhələlərində texniki və kommersiya istiqamətləri üzrə əhatəli məsləhət xidmətləri təqdim edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 İyun 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see438

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see273

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see175

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see172

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see152

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see151

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see141

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri