Icma.az
close
up
RU
“Yuventus” artıq məğlubedilməz deyil

“Yuventus” artıq məğlubedilməz deyil

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

A seriyasının 22-ci turunda çoxdandı təsadüf edilməyən hadisə baş verdi: “Yuventus” uduzdu! Bu hadisəni turinlilərə yaşadan “Napoli” liderliyini qorudu. Neapolluların əsas izləyicisi “İnter” də qalib gəlməklə xal fərqinin artmasına imkan vermədi.

Turun mərkəzi oyunu Neapolda baş tutdu. Həftəiçi Çempionlar Liqasında “Brügge” ilə səfər matçını (0:0) keçirən “Yuventus”un bu şəhərdə nəyə nail olacağı maraqla gözlənilirdi.
Avrokuboklarda çıxış etmədiyi üçün həftəyə bir oyun qrafiki ilə hərəkət edən Antonio Kontenin sabiq komandasına qarşı hansı sürprizi hazırladığı sual doğururdu. Əslində 55 yaşlı mütəxəssis start heyəti və ya taktiki olanda qeyri-adi seçim etməmişdi. Onun hazırkı komandası rəqibinin yorğunluğundan maksimum yararlandı. İlk hissədə topa nəzarət planında ev sahibləri bir qədər üstün olsalar da, qapı qarşısında real qol vəziyyətlərini turinlilər yaratdılar. Meretin ilk dəqiqələrdə Yıldızın hesabı açmağa mane olduğunu qeyd etməliyik.
Hissənin ortalarında Qonsalesin zərbəsi qeyri-dəqiq alınsa da, təhlükəli idi. Nəhayət, fasilə ərəfəsində qonaqlar hesabı açdılar: Zambo Angissanın topa uğursuz toxunuşundan yararlanan Kolo Muani ağ-qara formada keçirdiyi ilk oyunda qol hesabını açdı. Lakin fasilədən sonra meydandakı mübarizənin axarı dəyişdi. Lukakunun cavab qolunu vurmasına Di Qreqorio name oldu. Amma çox keçmədən Zambo Angissa ilk hissədəki səhvini düzəldərək Politanonun ötürməsi ilə hesabı bərabərləşdirdi. Bununla kifayətlənməyən ev sahibləri hücumları davam etdirməklə rəqibə həyəcan yaşatdılar. Qonaqlar yorğunluğun da təsiri ilə hücumların qarşısını almaqda çətinlik çəkirdilər. Bu səbəbdən Lokatellinin cərimə meydançasında Maktomineyə qarşı kobud oynamaqdan başqa çıxış yolu tapa bilmədi. Lukaku isə penalti ilə komandasını önə keçirdi. Belçikalı hücumçunun Avropanın aparıcı liqalarında vurduğu 200-cü qol neapolluların vacib qələbəsi üçün kifayət etdi. Kontenin komandası çempionatda ardıcıl 7-ci qələbə ilə liderliyini qorudu. “Yuventus” isə Tyaqo Mottanın başçılığı altında bu mövsüm çempionatdakı 22-ci oyununda ilk dəfə məğlub oldu.
Liderin əsas izləyicisi olan “İnter” səfərdə “Leççe”dən gözlənilən 3 xalı 4 cavabsız qolla aldı. İtaliyanın son çempionu bir oyun az keçirməklə əvvəlki kimi “Napoli”dən 3 xal geri qalır. Simone İnzaqi A seriyasında 200-cü qələbəsinə sevindi. 48 yaşlı mütəxəssis buna “Latsio” və “İnter” ilə ümumilikdə 332-ci sınağında nail olmaqla Massimiliano Alleqrinin rekordunu (o, 200 qələbəni 338 oyuna qazanıb) yenilədi.
Nəhayət, “Atalanta” çempionatdakı qələbəsiz oyunlar seriyasını 4-də dayandırdı. “Komo”ya 2:1 hesabıyla qalib gələn Can Pyero Qasperininin komandası liderdən 7 xal geri qalmaqla 3-cü yerdədi
Tur paytaxt təmsilçiləri üçün fərqli alındı. “Latsio” evdə “Fiorentina”ya 1:2 hesabı ilə uduzdu, “Roma” səfərdə “Udineze”yə eyni hesabla qalib gəldi. Yanvarda İtaliya Superkubokunun qalibi olan “Milan”nın “Parma” üzərində son dəqiqələrdə qazandığı əzmkar qələbəni xüsusi vurğulamalıyıq.
22-ci tur
Napoli – Yuventus 2:1
Zambo Angissa, 57. Lukaku, 69-p. – Kolo Muani, 43. (53589)
Napoli: Meret, Spinatsola, Juan Jezus, Rrahmani, Di Lorentso, Lobotka (Simeone, 89), Zambo Angissa, Maktominey, Politano (Matsokki, 89), Neres (Nqonq, 90+2), Lukaku (Gilmor, 89).
Yuventus: Di Qreqorio, Kambyaso (Savona, 65), Kalulu, Qatti, Makkenni, K.Türam, Lokatelli (Duqlas Luis, 74), Koopmeyners, Yıldız (Mbanqula, 65), Qonsales (Konseysao, 74), Kolo Muani (D.Vlahoviç, 82).
Komo – Atalanta 1:2
Pas, 30 - Retegi, 56; 72. (10366)
Atalanta: Karnesekki, Kolaşinats, Cimşiti, Skalvini (Breşianini, 56), Zappakosta (Bellanova, 46), Kuadrado (Rucceri, 55), Ederson, De Roon (De Ketelare, 68), Samarciç, Lukman (Toloy, 78), Retegi.
Empoli – Bolonya 1:1
Kolombo, 24 - Dominges, 44. (10321)
Bolonya: Skorupski, Likoyannis (Miranda, 76), Lukumi, Beukema, Holm, Moro (Ferqyuson, 74), Fröyler, Dominges (İllinq-Cunior, 84), Ndoy, Odqor (Fabbian, 74), Dallinqa (Kastro, 46).
Milan – Parma 3:2
Pulişiç, 38-p. Reynders, 90+2. Çukvueze, 90+5 – Kançelyeri, 24. Del Prato, 80. (72304)
Milan: Menyan, Ernandes (Bertezaqi, 46), Qabbya, Pavloviç, Kalabriya (Yoviç, 78), Reynders, Musa, Fofana (Çukvueze, 56), Pulişiç, Leao (Bennaser, 46), Morata (Abraham, 56).
Udineze – Roma 1:2
Lukka, 38 - Lorentso Pelleqrini, 50-p. Dovbik, 64-p. (23853)
Roma: Svilar, Ndika, Mançini, Çelik (Şomurodov, 46), Anxelinyo, Rensx (Zalevski, 70), Kone, Pizilli, Lorentso Pelleqrini (Kristante, 81), Baldantsi (Əl-Şaaravi, 58), Dovbik (Dibala, 81).
Leççe – İnter 0:4
Frattezi, 6. Lautaro Martines, 39. Dyumfris, 57. Taremi, 61-p. (27233)
İnter: Zommer, Bastoni, De Vrey (Bissek, 46), Darmian, Auqusto, Dyumfris (Byukenen, 62), Mxitaryan (Barella, 58), Zyelinski, Frattezi (Asllani, 75), Lautaro Martines (Taremi, 59), M.Türam.
Latsio – Fiorentina 1:2
Maruşiç, 90+2 – Adli, 11. Beltran, 17.
Latsio: Provedel, Luka Pelleqrini (Hüsay, 66), Xila, Romanyoli, Maruşiç, Genduzi, Dele-Başiru (Rovella, 46), İsaksen (Pedro, 46), Dia (Noslin, 80), Zakkanyi, Kastelyanos.
Fiorentina: De Xea, Qosens, Ranyeri, Ponqraçiç, Dodo (Parizi, 77), Adli (Komutso, 63), Mandraqora, Folorunşo (Riçardson, 86), Qudmundsson (Sottil, 77), Beltran, Ken.
Torino – Kalyari 2:0
Adams, 6; 61. (18992)
Venetsiya – Verona 1:1
Zerbin, 28 – Çaçua, 76.
Cenoa – Montsa 2:0
De Vinter, 61. Vaskes, 84.
1. Napoli 22 17 2 3 37-15 53
2. İnter 21 15 5 1 55-18 50
3. Atalanta 22 14 4 4 48-25 46
4. Latsio 22 12 3 7 38-30 39
5. Yuventus 22 8 13 1 35-19 37
6. Fiorentina 21 10 6 5 35-22 36
7. Milan 21 9 7 5 32-23 34
8. Bolonya 21 8 10 3 33-27 34
9. Roma 22 8 6 8 33-28 30
10. Torino 22 6 8 8 23-26 26
11. Udineze 22 7 5 10 25-34 26
12. Cenoa 22 6 8 8 20-30 26
13. Komo 22 5 7 10 27-36 22
14. Empoli 22 4 9 9 21-29 21
15. Kalyari 22 5 6 11 23-36 21
16. Parma 22 4 8 10 28-39 20
17. Verona 22 6 2 14 25-48 20
18. Leççe 22 5 5 12 15-40 20
19. Venetsiya 22 3 7 12 20-35 16
20. Montsa 22 2 7 13 20-33 13
Bombardirlər: Retegi (Atalanta) - 16, M.Türam (İnter) - 13, Ken (Fiorentina) - 12, Lukman (Atalanta) - 10.
Turun rəqəmi
29 – nəhayət, uzun müddətdən sonra “Yuventus”a qalib gələn tapıldı. “Napoli”dən xal ala bilməyən (1:2) turinlilərin çempionatdakı 29 oyunluq (10 qələbə, 19 heç-heçə) məğlubiyyətsiz seriyası qırıldı. “Yuventus” A seriyasında sonuncu dəfə ötən il martın 30-da səfərdə “Latsio”ya minimal hesabla uduzmuşdu.
Turun ulduzu
Mateo Retegi (Atalanta ) – 25 yaşlı hücumçu “Komo”ya qarşı oyunu yüksək səviyyədə keçirdi. Matçın nəticəsini böyük ölçüdə dubl edən Retegi müəyyən etdi. Bu mövsüm A seriyasındakı qollarının sayını 16-ya çatdıran Mateo bombardirlərin siyahısındakı lider mövqeyini möhkəmləndirdı.
Turun sitatı
Antonio Konte, “Napoli”nin baş məşqçisi:

“Çempionatda uduzmayan əla komandaya qarşı əla oyun sərgilədik. Nəticədən razı olmalıyıq, çünki əməyimizin bəhrəsini görürük. Bir sıra problemlərə baxmayaraq, komanda kimi gücümüz sayəsində çətinlikləri dəf edə bilirik. Mən oyunçularıma gözübağlı halda da inanıram. “Atalanta” və “Yuventus” üzərində qələbələr öz gücümüzə inamımızı bir qədər də artırdı. Futbolçulara həmişə ağlamaq və nədənsə şikayətlənmək lazım olmadığını deyirəm. Məndən komandada nəyin çatışmadığını soruşurlar. Lider nəyə qadir olması və onda olanları necə yaxşılaşdırmaq haqda düşünür. “Napoli” ötən mövsüm yekun cədvəldə “İnter”, “Yuventus” və bir çox başqa komandalardan sonrakı yeri tutmuşdu. İndi isə liderik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Fevral 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see362

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see269

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see267

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see259

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see222

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see222

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see212

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see196

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see190

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see190

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see173

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see171

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see168

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see164

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see163

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see161

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see159

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see159

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see156

Qazaxıstan seçkiləri: “Ədalət” 71,8% səslə liderdir

24 Avqust 2026 07:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri