Yuxu rejimini bərpa etməyin effektiv yolu açıqlandı
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Qış aylarında bir çox insanın müxtəlif səbəblərdən yuxu rejimi pozulur. Onu bərpa etmək üçün yatağa getmə vaxtını tədricən dəyişmək vacibdir. Bu barədə somnoloq həkim Maksim Novikov məlumat verib.
BAKU.WS "Gazeta.ru"ya istinadla xəbər verir ki, mütəxəssisin sözlərinə görə, yuxunu normallaşdırmağın ən effektiv yolu mərhələli şəkildə əvvəlki rejimə qayıtmaqdır.
"Hər gün 15–30 dəqiqə daha erkən yatmaq və oyanmaq lazımdır," – deyə Novikov izah edib.
Həkim əlavə edib ki, yatmazdan 2–3 saat əvvəl yalnız yüngül axşam yeməyi qəbul edilməli, təxminən yatağa girmədən bir saat öncə isə parlaq ekranlarla təmasdan (telefon, televizor, planşet və s.) uzaq durmaq lazımdır.
Bu, sinir sisteminin gərginliyini azaldır və asan yuxuya getməyə kömək edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 12 Yanvar 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















