Icma.az
close
up
RU
Yuxuda bayquş görmək nə deməkdir? Həqiqətənmi bədbəxtlik gətirir?

Yuxuda bayquş görmək nə deməkdir? Həqiqətənmi bədbəxtlik gətirir?

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yuxuda bayquş görmək sıxıntı, qəm və ağrıya yozulur. Bayquş nidası ölümə, bayquşu öldürmək düşmənlərə qalib gəlməyə, bayquşu həbs etmək təhlükə təhlükəsi altında olduğunuza və ehtiyatlı davranmağınıza, evinizdə bayquş görmək o evdə birinin xəstələnəcəyinə və sağalmasının çox çətin olacağına işarədir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də bayquşdur.

Bəs, yuxuda bayquş görmək hansı mənaya gəlir?

Lent.az yuxuda bayquş görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda bayquş görmək nədir?

Yuxu yozucuları, adətən yuxuda bayquş görməyi yaxşı əlamət kimi yozmurlar. Bəzi yuxu təbircilərinə görə, bu yuxu yuxu sahibinin eqoist və mənfəətçi biri olduğunu göstərir. Digər təbircilər isə ətrafının mənfəətpərəst və pis niyyətli insanlarla dolu olduğunu bildirirlər. Yuxuda bayquş görmək hər nə qədər mənfi yozulsa da, bu vəziyyət insanın yaşadığı şəraitlə bağlıdır. Ona görə də əvvəlcə öz daxilinizə baxmaq, ətrafınızdakı insanları diqqətlə müşahidə edib ona uyğun hərəkət etməniz tövsiyə olunur. Bayquş yuxularda tez-tez görünən bir heyvan deyil. Çoxları tərəfindən uğursuzluq əlaməti kimi qəbul edilsə də, bu yuxu həyatınızı düşünmək, problemləri müəyyən etmək və nə etməli olduğunuz barədə ipucları verir. Əgər yuxuda bayquşun uçduğunu görmüsünüzsə, bu, məqsədləriniz üçün hərəkətə keçməyin vaxtı gəldiyinə işarədir.
Yuxuda ağ bayquş görmək nədir?

Yuxuda ağ bayquş görmək, insanın məqsədləri üçün artıq fəaliyyətə başlamalı olduğuna yozulur. Bu şəxs ətrafında düşüncələri qəbul edilən, sevilən və hörmət edilən biri kimi tanınacaq. Ağ bayquş həm də sağlam və uzun ömür kimi də şərh olunur.

Yuxuda bayquşu sevmək nədir?

Yuxuda bayquş sevmək, ilahi bir işarə kimi qəbul edilir. Sülhü və mənəvi tarazlığı simvolizə edir. Bu yuxu, şərəf, siyasət, şöhrət, yüksək məqam və gücə işarə ola bilər. Bayquşu sevən insanın daha yaxşı həyat şəraitinə qovuşacağı və qorxularının aradan qalxacağı bildirilir. Bəzi İslam təbircilərinə görə, bu yuxu günahlardan arınmaq üçün tövbə və istiğfar edilməsinə işarədir. Əgər yuxu sahibi real həyatda bayquşlara qarşı mənfi fikirdədirsə və onu yuxuda sevibsə, bu, sevmədiyi bir insanla öz mənafeyi naminə münasibət saxlamalı olacağına işarə edir. Ancaq bunun nəticəsində zərərə uğrayacağı bildirilir. Əksinə, əgər yuxu sahibi bayquşlara qarşı müsbət fikirdədirsə, bu zaman uğurlu və məlumatlı biri olaraq həyatında uğurlar əldə edəcək və mənəvi inkişaf yaşayacaq.

Yuxuda bayquş öldürmək nədir?

Yuxuda bayquş öldürmək təhlükəyə işarə edir. Yuxu sahibi bir təhlükəni sovuşduracaq və buna görə də atacağı addımlara diqqət etməlidir. Diqqətli davranarsa, düşmənlərini məğlub edə biləcək.Bəzi yuxu təbircilərinə görə isə, bu yuxu yuxu sahibinin gözünün açılacağı və ətrafındakı pis niyyətli insanlardan qurtulacağı anlamına gəlir.

Yuxuda bayquş yemləmək nədir?

Yuxuda bayquş yemləmək, insanın səhv bir ortaqla iş görəcəyinə işarədir. Saxtakar biri ilə qurulan ortaqlıq nəticəsində ziyana düşəcəyi və peşman olacağı bildirilir.

Yuxuda bayquşun ötüşünü eşitmək nədir?

Yuxuda bayquşun ötüşünü eşitmək adətən mənfi yozulur. Bu, pis xəbərlərə və bəzi hallarda ölüm xəbərinə işarə ola bilər. Əgər bir insan yuxuda bayquşun səsini eşidirsə, bu, onun ətrafında ona zərər vermək istəyən insanlar olduğuna, lakin yuxu sahibinin bunu bildiyi halda səssizcə izlədiyinə işarədir.

Yuxuda bayquş tutmaq nədir?

Yuxuda bayquş tutmaq, yuxu sahibinin yardımsevər biri olduğuna işarə edir. Bu şəxs haqsızlığa və zülmə məruz qalan birinə kömək edəcək və onu böyük bir bəladan qurtaracaq. Həmin şəxs isə ona ömür boyu dua edəcək.

Yuxuda bayquş yavruları görmək nədir?

Yuxuda bayquş balaları görmək, insanın hayırsız (xeyirsiz) bir övladı olacağına işarə edir. Yuxu sahibi, övladı səbəbilə bir çox problem yaşayacaq və rahatlığını itirəcək. Uşağın çox dəcəl olması üzündən ailəyə bir çox mənfi hadisələr yaşanacaq. Bayquş qədimdən bəri müxtəlif mədəniyyətlərdə həm hikmət, həm də gizli təhlükə ilə əlaqələndirilən simvolik bir heyvandır. Yuxularda onun görünməsi də həyatınızda daha dərindən düşünməniz lazım olan situasiyalara işarə ola bilər. Əgər belə bir yuxu görmüsünüzsə, ətrafınızdakı insanlara, planlarınıza və daxili dünyanıza qarşı daha ayıq olmanız faydalı olar. Hər yuxu insanın hal-hazırkı psixoloji və sosial vəziyyəti ilə əlaqəlidir, ona görə də şəxsi hisslərinizi və həyat şəraitinizi də nəzərə alaraq yozum aparmaq daha doğru olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 May 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri