Icma.az
close
up
RU
“Azərbaycan təyyarələrinin Rusiya səmasında uçması çox təhlükəlidir” Ekspertlərdən ŞOK XƏBƏRDARLIQ

“Azərbaycan təyyarələrinin Rusiya səmasında uçması çox təhlükəlidir” Ekspertlərdən ŞOK XƏBƏRDARLIQ

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsini vuran rusiyalı kapitan Dmitri Paladiçuka məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Bu barədə rusdilli “Minval.az” saytı məlumat yayıb. Səs yazısında ağır xidmət şəraiti, komandirlər tərəfindən göstərilən sistemli təzyiqlər və istirahət imkanlarının olmaması əks olunub. Bildirilir ki, audioyazılar 2024-cü il dekabrın 17-də, Qroznıda döyüş növbətçiliyi zamanı qeydə alınıb. Məlumatlara görə, bu açıqlamaları Azərbaycan sərnişin təyyarəsini vuran kapitan Dmitri Paladiçuk şəxsən səsləndirib.

Sayt bildirir ki, redaksiyanın əlində həmin gün Paladiçukun şəxsi telefonu ilə çəkdiyi videogörüntülər də var. Kadrlarda hava hücumundan müdafiə sisteminə cəlb olunmuş heyətin hansı şəraitdə xidmət etdiyi açıq şəkildə görünür.

Azərbaycan təyyarəsinin vurulması ilə bağlı hadisə bir daha sübut edir ki, Rusiya səmasında heç bir hava gəmisi tam təhlükəsiz deyil. Belə görünür ki, rus hərbçiləri istədikləri vaxt istənilən təyyarəni hədəfə ala bilirlər.

Ortaya çıxan yeni faktlar Rusiya səmasının boykot edilməsinə səbəb ola bilərmi?

Globalinfo.az-a danışan AZAL-ın keçmiş prezidenti, birinci dərəcəli təyyarəçi, professor Ədalət Əliyev bildirib ki, Rusiyanın daxili siyasəti bərbaddır və heç bir texniki imkanlardan istifadə etməklə təhlükəsizliyi təmin etmir.

Onun sözlərinə görə, Rusiyada anarxiya hökm sürür:

“Orada dövlət səviyyəsində idarəetmə çox pis vəziyyətdədir. Aviasiya ilə bağlı məsələlər texniki cəhətdən geridə qalıb. Rusiya siyasəti dərin tənəzzül yaşayır. Təəssüf ki, dövlət strukturlarına ən savadsız, təcrübəsiz və yaramaz şəxslər rəhbərlik etməyə başlayıb. Onların tək fikri rus xalqı daxil olmaqla bütün xalqları əzmək və nəzarət altında saxlamaqdır. Azərbaycan təyyarələrinin Rusiya səmasında uçması olduqca təhlükəlidir. Kreml hakimiyyəti bütün pislikləri həyata keçirib”.

Ədalət Əliyev

Professor qeyd edib ki, aviasiya çox incə sahədir:

“Bu sahəyə belə münasibət qəzaların sayını artırır. 2014-cü ilin iyul ayında Malayziya təyyarəsini vurmuşdular, 300-ə yaxın insan həlak oldu. Polşanın prezidentini daşıyan, sonra da bizə məxsus təyyarə qəsdən vuruldu. Artıq öz nasaz təyyarələri də sıradan çıxır. İki gün öncə qəzaya uğrayan Rusiya təyyarəsinin istismar müddəti bitmişdi. Amma görün nə vəziyyətdədirlər ki, hələ də bu cür təyyarələrdən istifadə edirlər. Bilərəkdən vətəndaşlarını ölümə göndərirlər. Kadr siyasətləri tamamilə iflasa uğrayıb. Öz general-polkovnikləri belə Putin rejiminin iç üzünü açıb göstərir”.

Ədalət Əliyev əlavə edib ki, Rusiya yaxşılıq bilmir:

Həmçinin oxuyun:

AZAL təyyarəsini vurmağı əmr edən generalla bağlı qərar – FOTO

“Kreml anlamır ki, 1941–45-ci illərdə milyonlarla azərbaycanlı, qırğız, qazax, özbək, türkmən Rusiya azadlığı uğrunda canından keçib. Amma bu gün həmin xalqlara qarşı çıxırlar, əzab verirlər, deportasiya edirlər. Bunlar yaxşılıq anlamır. Bütün xalqları özlərinə düşmən edirlər. Elə bir zaman gələcək ki, bir parça çörəyə möhtac qalacaqlar, hər kəs onlarla əlaqəni kəsəcək. Rusiya hər şeyə möhtac qalacaq. Bir yol qalır – bütün dünya birləşib bu rejimi dayandırmalıdır. Başqa çıxış yolu yoxdur”.

AZAL-ın sabiq prezidentinin sözlərinə görə, Rusiya törətdiyi əməllərə görə cavab verməlidir:

“Hazırda Rusiya qida təhlükəsizliyini təmin edən azərbaycanlı və türk xalqlarını incidib, ölkədən çıxarır. Günahsız insanları sıxışdırırlar. Polis orqanları biabırçılıq içindədir. Yekaterinburqda azərbaycanlılara qarşı törədilən vəhşiliklər göz önündədir. Bu cinayətin üstü açılmalı, səbəblər araşdırılmalıdır. İki soydaşımızın ölümü ürək çatışmazlığı kimi təqdim olunur. Bu isə həmin ölkədə qayda-qanunun olmadığının göstəricisidir. Mən yalnız bir şey deyə bilərəm: Rusiya ərazisinə mülki aviasiya uçuşları dayandırılmalıdır. Çünki orada təhlükəsizlik təmin olunmur”.

Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Rusiya səması uçuşlar üçün çox təhlükəlidir və bu ölkədə mülki aviasiya sahəsində daha ciddi kataklizmlər qaçılmazdır:

Ədalət Verdiyev

“Rusiyanın Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət şəraitinin ağır olması, komandirlər tərəfindən heyətə qarşı sistemli təzyiqlər, şəxsi heyətin döyüş növbətçiliyindən sonra istirahət imkanlarının olmaması yeni məsələ deyil. Hələ sovet dövründə də Rusiyada belə bir deyim var idi: “Harada hava hücumundan müdafiə başlayırsa, orada nizam-intizam qurtarır”. Nizam-intizamın və döyüş təchizatının aşağı səviyyədə olması Azərbaycanın mülki sərnişin təyyarəsinin vurulması ilə nəticələndi”.

Ekspertin fikrincə, Azərbaycan təyyarəsinə atəş açan kapitan Dmitri Paladiçuk bu halları səs yazısı ilə təsdiqləyir:

“Çəkilən görüntülərin də həmin hadisə ilə bağlı olduğu ehtimal edilir. Azərbaycan mediasında yaxın günlərdə bununla bağlı daha geniş materiallar yayıla bilər”.

Ədalət Verdiyev əlavə edib ki, bu, Rusiyanın mülki sərnişin təyyarələrinə qarşı ilk belə hadisəsi deyil:

“Bütün bu faktlar onu göstərir ki, Rusiya səması heç bir sərnişin təyyarəsi üçün təhlükəsiz deyil. Ümumiyyətlə, bu ölkədə mülki şəxslərin həyatı heç bir önəm daşımır. Bunu Çeçenistanda, Suriyada, Moldovada, Baltikyanı ölkələrdə, hətta Bakıda və Xocalı soyqırımı zamanı müşahidə etmişik. Hesab edirəm ki, bu məsələ Azərbaycan mediası tərəfindən geniş şəkildə işıqlandırılmalı və beynəlxalq ictimaiyyətin diqqəti Rusiyanın törətdiyi qeyri-insani hərəkətlərə yönəldilməlidirr”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see170

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see135

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see134

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see130

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see129

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see127

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see126

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see126

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see125

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see124

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see124

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see124

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see123

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see123

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see123

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see122

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see122

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see120

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see119

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri