Icma.az
close
up
RU
Zahid Orucdan Məleykə Abbaszadəyə dəstək: DİM yetərincə ədalətli və mükəmməl bir sistem qurub

Zahid Orucdan Məleykə Abbaszadəyə dəstək: DİM yetərincə ədalətli və mükəmməl bir sistem qurub

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Zahid Oruc: Məleykə Abbaszadə Azərbaycanın dövlətçilik tarixində özünün parlaq imzası və adıyla yaşayacaq


Bəzi təhsil ekspertləri, alimlər və ictimai xadimlər Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda sualların düzgün olmadığı ilə bağlı yanaşmalar ortaya qoyublar. 

Onlardan biri də AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadədir. 

Ramin Əlizadə öz facebook hesabında yazıb ki, DİM-in Tarix fənnindən təqdim etdiyi sual tarix elminə məlum deyil:

"DİM rəhbərliyinin göstərişi ilə Qəbul imtahanında Qaraqoyunlu dövlətinin tarixini bilməyən şəxs, Qaraqoyunu hökmdarı Cahanşahın daxili və xarici siyasəti ilə bağlı sual tərtib edib. Bu sualda Cahanşah Baharlıdan bəhs edilir, halbuki Azərbaycan tarixində nə Baharlı adlı dövlət, nə bu dövlətin Baharlı adlı hakim sülaləsi, nə də Cahanşah Baharlı adlı hökmdarı olmayıb. DİM-in qəbul imtahanına düşən sualardan biri Qaraqoyunlu hökmdarı Cahanşahın fəaliyyəti ilə bağlıdır. Mənim övladım da bu il III qrup imtahanında iştirak etdi. DİM-in rus bölməsi üçün təqdim etdiyi III qrup C variantının sual kitabçasında 42-ci sualda Cahanşah Baharlının daxili və xarici siyasətinə aid olunanları müəyyən etmək soruşulur. Ay DİM rəhbəri Məleykə Abbaszadə, Cahanşah Baharlı kimdir, tarixdən xəbəri olmayana Qəbul imtahanı sualını tərtib etməyi tapşıranda onun savadını niyə yoxlamırsan, niyə minlərlə abituriyentin taleyini məhv edirsən, illər boyu çəkdiyi əziyyəti məhv edirsən? 

DİM və Azərbaycan tarixi fənnindən savadı olmayan rəhbərliyi bilsin ki, Cahanşah Baharlı yox, Qaraqoyunlu dövlətində hakim sülalənin mənsub olduğu Baranlu (Baranlı) tayfasına mənsubdur. Baharlı başqa tayfadır. DİM yenə də abituriyentlərə səhv sual təqdim etməklə özünü ifşa etdi. Mən DİM-i övladıma və minlərlə vətəndaşlarımızın övladlarına səhv sual təqdim etdiyi üçün məhkəməyə verəcəm. O sualı tərtib edən kimdirsə DİM rəhbəri ilə birlikdə mütləq həmin məhkəmədə iştirak etməlidir!!!

P.S. DİM rəhbərliyi Tarix fəninndən buraxdığı səhvə görə Tarix fənninin imtahanını yenidən və ödənişsiz təşkil etməlidir”.



Deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc Sherg.az-a bildirib ki, Məleykə Abbaszadə uzun illər əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, indi isə Dövlət İmtahan Mərkəzinə rəhbərlik edir: 

“Ötən dövr ərzində ölkəmizin təhsil həyatında baş verən mühüm dəyişikliklərə rəğmən, ən çevik beynəlxalq qəbul sistemlərində mütərəqqi qaydaları tətbiq edən və elmdəki mühüm dəyişiklikləri çevik nəzərə alan, bunun mühüm və mükəmməl data bazalarını yaradan, hər bir tələbənin biliyinin obyektiv qiymətləndirilməsinə imkan verən bir sistemi formalaşdıran şəxs məhz Məleykə Abbaszadədir. Uzun illər parlament üzvü kimi biz Milli Məclisdə ölkənin təhsil həyatı ilə bağlı geniş müzakirələr aparıldıqda, o cümlədən hökumətin hesabatları qəbul olunduqda  hər zaman qeyd edirdik ki, birinci növbədə biliyin qiymətləndirmə meyarları ədalətli olsun. İkinci tərəfdən isə öz üzərində işləyən və o tələblərə uyğun olan insanlar sosial şəraitindən asılı olmayaraq tələbə adını qazana bilsin. Sonrakı dönəmdə də özünün karyera həyatını uğurla qurmağı bacarsın. Bu istəyimizin və  məqsədimizin tam doğrulduğunu deyə bilərik. Yəni Dövlət İmtahan Mərkəzi yetərincə ədalətli və mükəmməl bir sistem qurub. Nəzərə alsaq ki, ötən 10 il ərzində, xüsusilə də dövlət içərisində müxtəlif qurumlara qanunsuz təsirləri və təzyiqləri edən Eldar Mahmudov kimi Milli Təhlükəsizlik Orqanlarının cinayətkar fəaliyyətləri fonunda Dövlət İmtahan Mərkəzi özünün uğurlu fəaliyyətini apara biliblər. Yəni bu təzyiqlərə, təsirlərə, müqavimət göstərməyi bacarıblar. Digər tərəfdən, vətəndaşlarımızın özünün də bir sıra hallarda qeyri-obyektiv tələbləri qarşısında həm ədalətli apellyasiya mexanizmləri formalaşdırıblar. Düşünürəm ki, məhz orta məktəblərdə tədris olunan dərsliklərin əsasında tərtib olunan sualların üzərindən biliklərinin dəyərləndirilməsi həyata keçirilir. Lakin istəyərdim ki, ədalətli, yaxşı çalışan sistemi kiminsə subyektiv tələblərinə və basqılarına uyaraq məhv etməyək. Hesab edirəm ki, Məleykə Abbaszadə Azərbaycanın dövlətçilik tarixində özünün parlaq imzası və  adıyla yaşayacaq. Hər həftə aparılan imtahanlar ölkənin kadr bazasının formalaşmasına imkan verib. Bunun əsasında biz dövlət siyasətinin quruculuğunda önəmli bir datalar əldə etmişik. Bölgələr üzrə kadrların yerləşməsi siyasətində həmin o qeyd etdiyimiz məlumat bazalarından faydalanmaq mümkündür. Bizim təhsil sferasında çalışan ekspertlərin mövqelərinə anlayışla yanaşaraq onları dəyərləndirmək olar. Mən əminəm ki, Dövlət İmtahan Mərkəzi həmişə bu çağırışlara açıq olub”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 May 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri