Icma.az
close
up
RU
Zakir Həsənov Qazaxıstana başsağlığı verdi

Zakir Həsənov Qazaxıstana başsağlığı verdi

Icma.az bildirir, Bakupost portalına istinadən.

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qazaxıstan müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkova başsağlığı ünvanlayıb.

Bakupost.az xəbər verir ki, başsağlığında deyilir: "Qardaş Qazaxıstan Respublikasının Aktobe vilayətində baş vermiş helikopter qəzası nəticəsində ekipaj üzvlərindən bir nəfərin həlak olması və digərlərinin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Noyabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri