Icma.az
close
up
RU
Zaman gəlir, ya gedir? Şahanə Müşfiq yazır

Zaman gəlir, ya gedir? Şahanə Müşfiq yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Şahanə MÜŞFİQ

Yaşanan, yaşanmayan hər şeyin günahını kiminsə üstünə atmaq insana rahatlıq gətirir çox vaxt. Bəzən o "kimsə"ni tapmayanda, özünü müdafiə edə bilməyəcək, bizə cavab verməyəcək "zaman"ı hədəf alırıq. "Vaxtı deyil", "zaman göstərəcək", "görərsən, zamanla düzələr", "zaman hər şeyin dərmanıdır" - bu cür ifadələr sanki bizi məsuliyyətdən azad edən sehrli cümlələrdir. Elə bil zaman adlı görünməz bir məxluq var, o da gec-tez gəlib bütün səhvlərimizi düzəldəcək, bütün haqsızlıqları aradan qaldıracaq. Halbuki zamanın bizə qarşı nə günahı var, nə də borcu. O, sadəcə keçib gedir - biz olsaq, olmasaq da. Biz isə onun içində ya dəyişirik, ya da eyni yerdə qalırıq.

İnsan çox vaxt "vaxtı deyil" deyərək cəsarətsizliyini, tənbəlliyini, qorxusunu gizlədir. Gənclər arzularını təxirə salanda deyirlər ki, "hələ tezdir". Yaşlılar itirdiklərinə baxıb "belə yazılmışdı" deyirlər, ya da ürəklərindən keçəni reallaşdırmağa tənbəllik edəndə "bizim zamanımız keçdi" kimi cümlələrin arxasına gizlənirlər. Cəmiyyət dəyişiklikdən qorxanda "zamanı gələcək" ifadəsini işlədir. Amma bu "gələcək zaman" anlayışı çox zaman heç gəlmir. Çünki hər kəs onun gəlişini gözləyir, amma heç kim onu gətirmək istəmir.

Bəzən elə bilirik ki, zaman bir müəllimdir - səhvlərimizi düzəldəcək, bizə dərs verəcək. Əslində isə zaman sadəcə bir lövhədir, biz onun üzərinə nə yazırıqsa, o da onu saxlayır. O, bizə nə öyrədir, nə də xəbərdarlıq edir. Sadəcə nəticəni göstərir. Dünən əkmədiyimiz toxumun bu gün cücərməməsinə görə zamandan inciməyimiz nə qədər məntiqlidir?!

Bəlkə də bu, milli psixologiyamıza həkk olunmuş bir tənbəllik formasıdır: gözləmək, təxirə salmaq, "bir az da keçsin" demək. "Zaman özü həll edəcək" düşüncəsi bizə rahatlıq verir, yəqin. Axı onda məsuliyyəti öz üzərimizdən atmış oluruq. Halbuki zaman heç kimin adından qərar qəbul etmir. Hər şeyi həll edən zamandır deyənlər, əslində, özləri heç nə həll etmək istəməyənlərdir.

Ədəbiyyatımızda da bu anlayışın izlərini çox görmək olar. Mirzə Cəlilin satirik qəhrəmanları illərlə "vaxtı deyil" deyə-deyə nə dəyişirlər, nə də dəyişməyə imkan verirlər. Zaman onlara bir dərs vermir, çünki onlar dərsi dinləmək istəmirlər. Həyatda da belədir: zaman kimə xidmət edir? Gözləyənə yox, hərəkət edənə.

Zaman bir çay kimidir, axır gedir. Amma biz bəzən sahildə oturub düşünürük ki, o su özü gəlib bizi aparacaq. Hərçənd, axına qoşulmaq üçün ayağa qalxmaq, addım atmaq lazımdır. Zaman bizi aparmır, biz onun içində irəliləməyə məcburuq. Çünki zaman keçmir, biz keçirik, biz gedirik. Zaman min illərdir var, min illər də olacaq. Bizik onun içindən keçdiyimiz halda onu özümüzə tabe etməyə çalışan. Zamanı özünə tabe etməyə çalışıb da, bunu bacaran, başqa sözlə, zamana qalib gələn isə hələ olmayıb.

Bu gün də çoxları "zaman dəyişəcək, hər şey düzələcək" deyə inanır. Amma düzəlmək üçün əvvəlcə dəyişmək lazımdır. Zaman düzəltmir, sadəcə göstərir: kim öz payına düşən işi görüb, kim yox. Ona görə də bəzən "zaman göstərəcək" demək, əslində, "mən indi heç nə etmirəm" deməyin başqa formasıdır.

Ən maraqlısı odur ki, biz zamandan borc da istəyirik. "Vaxt verin, düzələrəm", "bir az zaman keçsin, öyrəşərəm", "zaman mənim tərəfimdədir", "zamanı gəlsin, edərəm". Amma heç kim düşünmür ki, kim kimə borcludur, zaman bizə, ya biz zamana?

Əslində, zamanın bizə borcu yoxdur. Biz onun hər anına borcluyuq. Çünki onun bizə verdiyi tək şey - möhlətdir. Həyat, seçim, fürsət, səhv, düzəliş - hamısı zamanın içində, amma bizim əlimizdədir. Zaman nə yaxşılıq edir, nə pislik. O, sadəcə ədalətlidir. Kim ondan istifadə etməyi bacarırsa, o da qazanır.

Bu dünyada ən çox işlənən, amma ən az dərk edilən cümlə budur: "Zaman göstərəcək". Əslində, zaman heç nə göstərmir, biz özümüzü göstəririk. Zaman yalnız şahiddir, hakim yox. O, susur, amma hər şeyi yazır. Bəlkə də həyatın ən böyük ədaləti də elə bundadır - zaman danışmır, sadəcə nəticəni bizə qaytarır.

Anlamaq lazımdır ki, zamanı gözləmək mənasızdır. O, gəlmir, ancaq gedir. biz isə ya onunla gedirik, ya da oradaca qalırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Oktyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri