Icma.az
close
up
RU
Zamanın dörd rəngi ​​​​​​​ Bir rəsmin dedikləri

Zamanın dörd rəngi ​​​​​​​ Bir rəsmin dedikləri

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas, Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi Əfsanə Xudiyevadır. Onunla Xalq rəssamı, heykəltaraş Ömər Eldarovun "Zamanın dörd rəngi" əsərindən danışmışıq.

Ömər Eldarov 1927-ci ildə Özbəkistanın Daşkənd şəhərində anadan olub. 1930-cu illərin sonunda ailəsi ilə birlikdə Bakıya köçüb. O, 1940-cı illərin sonlarında Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb, daha sonra isə Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunu bitirib. 1950-ci illərdən etibarən Azərbaycan heykəltaraşlıq sənətində mühüm rol oynamış, portret, monumental və memorial heykəltaraşlıq sahələrində öz dəst-xəttini yaradıb.

Ömər Eldarov bir sıra görkəmli şəxsiyyətlərin heykəllərinin müəllifidir: Hüseyn Cavidin heykəli (Naxçıvan və Bakı), İmadəddin Nəsiminin abidəsi Nəriman Nərimanovun heykəli, Əli bəy Hüseynzadə abidəsi, Zamanın 4 rəngi - fəlsəfi kompozisiya Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün Şuşadakı abidələri.

- Ömər Eldarov yaradıcılığında bu əsərin yeri. İstərdim söhbətimizə buradan başlayaq.

- Xalq rəssamının yaradıcılığı milli bədii dəyərlərlə dünya plastikasının sintezini uğurla nümayiş etdirir. Ömər Eldarov həm klassik forma duyumu, həm də fəlsəfi dərinlik baxımından çağdaş Azərbaycan mədəniyyətinin canlı əfsanələrindən biridir. "Zamanın dörd rəngi" əsəri təkcə heykəl deyil - bu, zaman anlayışının vizual və duyğusal interpretasiyasıdır. Heykəldəki dörd qadın fiquru zamanın ayrı-ayrı dövrlərini - uşaqlıq, gənclik, yetkinlik və qocalıq mərhələlərini simvolizə edir.

- Əsər hazırda harada saxlanılır?

- Dəyərli incəsənət nümunəsi Azərbaycan Milli İncəsənət Muzeyində qorunur.

- Kompozisiyanın quruluşu və bədii dili necədir?

- Kompozisiyada ardıcıl dörd qadın obrazı görürük. Onların hər biri fərqli yaş dövrünü əks etdirən bu fiqurlar arasında sanki görünməyən bir emosional əlaqə, zaman keçidinin sakit və qaçılmaz ritmi var. Uşaqlıq - Kompozisiyanın sağ tərəfində yerləşən uşaq fiquru canlı, hərəkətli və dinamik pozada təsvir olunub. Bu fiqur həyatın başlanğıcını, saflığı və enerjini təcəssüm etdirir. Açıq əlləri və geri çəkilmədən irəliyə addımlaması gələcəyə ümidlə baxmağı ifadə edir. Gənclik - İkinci fiqurda gənc qadın təsvir olunub. O, həm emosional, həm də vizual baxımdan uşağa doğru yönəlib. Əlləri ilə uşaqla təmas qurmağa çalışması, həyatın hərəkətli və duyğusal mərhələsini əks etdirir. Yetkinlik - Üçüncü qadın fiquru daha sakit, düşüncəli və qapalı pozadadır. Başını aşağı salması, dizini bir az bükməsi, həyatın ağırlığını və təcrübəsini daşıyan insan obrazını canlandırır. Qocalıq - Ən sol tərəfdəki fiqur artıq zamana boyun əyən, yavaşlamış və keçmişə baxan insandır. Onun duruşu sükunət, qəbul və həyatın sonunda olan müdrikliyi simvollaşdırır.

- Əsərdəki simvolizm və fəlsəfi qat haqqında nə deyə bilərsiniz?

- "Zamanın dörd rəngi" əsəri formadan kənara çıxaraq simvolik təhlilə meydan verir: Hərəkətdən durğunluğa keçid - fiqurlar arasındakı dinamikanın tədricən azalması həyatın gedişini plastik formada çatdırır. Zamanın dövranı - sanki uşaq fiquru yenidən qocalığın içindən çıxır və dövriyyə yaranır. Bu, Şərq fəlsəfəsindəki "zamanın dövriyyə modeli" ilə də üst-üstə düşür. Əllər və baxışlar - fiqurlar bir-birinə baxmasa da, onların bədən dili arasında əlaqə vardır. Bu, nəsillərarası bağ, zamanın qırılmaz əlaqəsi kimi yozula bilər.

- Estetik və texniki cəhətdən hansı məqamları qeyd edərdiniz?

- Ömər Eldarovun bu əsərində kompozisiya bütövlüyü, forma və plastik həll yüksək sənətkarlıqla işlənib. Bədən proporsiyaları, geyim qırışları, saç detallarına qədər dəqiqliklə işlənməsi heykəltaraşın texniki ustalığını və duyğusal zənginliyini nümayiş etdirir. Əsər təkcə texniki deyil, emosional və fəlsəfi zənginliyi ilə də seçilir. Hər bir obrazda insan həyatının ayrı bir mərhələsi bədii dildə danışır.

- Sizcə, bu əsər bizə nə deyir?

- Ömər Eldarovun "Zamanın dörd rəngi" əsəri Azərbaycan heykəltaraşlıq sənətinin ən dəyərli nümunələrindən biridir. Bu əsər təkcə insan həyatını deyil, zamanın özü ilə olan münasibətimizi düşünməyə vadar edir. Həm sənət baxımından, həm də fəlsəfi yükünə görə, bu heykəl klassik və müasir üslubun ahəngli sintezidir.

Aytac SAHƏD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyul 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri