Icma.az
close
up
RU
Zaqardan sonra dəriniz soyulursa, bunları edin DERMATOLOQ TÖVSİYƏSİ

Zaqardan sonra dəriniz soyulursa, bunları edin DERMATOLOQ TÖVSİYƏSİ

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edərək, dərisinin bürünc olmasına çalışır. Kimisi isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur.

Solyari təhlükəlidirmi? Bürüncləşdikdən sonra dərinin soyulması sağlam bir vəziyyətdir? Bunun qarşısını almaq mümkündürmü? Günəş vannası qəbul edərkən çoxumuzun seçdiyi kakao yağı, kök yağı istifadə etmək təhlükəlidirmi? Yanıqlardan qorunmaq üçün nələr edilməlidir? Aile.lent.az bütün bu suallara türkiyəli dermatoloq Bülent Bağcının verdiyi cavabları təqdim edir.

Xərçəng riskini artırır

Solyari cihazlarına bağlı olan süni ultrabənövşəyi şüanın təsirləri elmi baxımdan araşdırılıb və məlum olub ki, dəri xərçəngi riskinə əhəmiyyətli dərəcədə təsir edir. 2009-cu ildə Beynəlxalq Xərçəng Araşdırma Agentliyi tərəfindən solyari cihazları birinci qrup kanserogen sinfinə daxil edilib. Dünya Sağlamlıq Təşkilatı, Beynəlxalq Xərçəng Araşdırma Agentliyi kimi bir çox sağlamlıq mərkəzləri və təşkilatları aralarında Almaniya, İngiltərə, Fransa, İtaliya və Kanadanın olduğu 19 ölkədə solyari cihazları 18 yaşdan aşağı insanlara qadağan edib. Braziliyada isə 2009-cu ildən etibarən bütün yaş qrupları üçün solyari cihazlarının istifadəsi qadağan edilib. Avstraliyanın bir çox əyalətində 2015-ci ildən sonra eyni qadağa qərarı qüvvədədir.

Həkim bildirir ki, günəş təbii, solyari cihazları isə süni ultrabənövşəyi şüa qaynağıdır: "Dəri sağlamlığı üçün əhəmiyyətli olan ultrabənövşəyi şüaların müəyyən miqdarı var. Bu miqdar artdıqca ultrabənövşəyi şüaların meydana gətirəcəyi zərər də artır. Günəşdən qorunaraq və solyari cihazlarından uzaq dayanaraq dərimizə təmas edən ultrabənövşəyi şüaların ümumi miqdarını azaltmaq lazımdır".

Dəri soyulmasını sağlamlıq üçün ziyanı

Bürünc dəriyə qovuşduqdan sonra dərinin soyulmasına necə mane olmaq mümkündür? Dərinin soyulması əslində ölü dərilərdən təmizlənməkdir, yoxsa yox? Həkimin sözlərinə görə, günəş yanığı səbəbindən dəri soyulması dərinin fərqli laylarına təsir edən, nizamsız yara və qalıcı ləkələnmələrə səbəb ola bilən təhlükəli bir vəziyyətdir: "Dərinin bu cür soyulması cavanlaşmaq məqsədilə istifadə edilən kimyəvi pilinq və ya "Ablatif lazer" üsulu ilə reallaşdırılan dəri soyulmasından çox fərqlidir. Bu səbəbdən günəş yanığına bağlı olan dəri soyulmasının ölü dərilərdən təmizlənmək baxımından heç bir üstünlüyü yoxdur".

Dərinin soyulmaması üçün nə etmək olar?

Dəri soyulması günəş yanığının əlamətlərindən biridir. Bu səbəbdən günəş yanığından qorunmaq üçün görülən tədbirlər dəri soyulmasına da mane olacaq. Buna əlavə olaraq, hər duşdan sonra və gün ərzində tez-tez nəmləndirici kremlər istifadə etmək, bol su içmək də dəri soyulmasının qarşısını alacaq. Bütün tədbirlərə baxmayaraq, dəri soyulmağa başladısa, soyuq duş qəbul edərək, dəri soyulmasını yavaşlada bilərsiniz. Duş aldıqdan sonra dərini yumşaq bir dəsmalla, yavaş və ovmadan qurulamaq lazımdır: "Soyulmuş dəri üzərindəki qabıqlar əllə soyulmamalıdır. Əks təqdirdə, dəri infeksiyası və qalıcı dəri ləkələri ortaya çıxa bilər.

Qaralmış dərinin sağlam və estetik görünüş verdiyini düşünən insanlar daha sürətlə bürüncləşmək üçün kakao, kök, zeytun yağı kimi məhsullar sürtərək, günəşlənməkdə hər hansı bir qorxu görmürlər. Ancaq bu məhsullar günəş işığının zərərli təsirlərini artıraraq günəş yanıqlarına, dərinin erkən yaşlanmasına və qalıcı dəri ləkələrinin meydana gəlməsinə səbəb ola bilər. Nə olduğu tam bilinməyən, hər hansı laboratoriya testindən keçməmiş məhsulları çəkərək günəş vannası qəbul etmək dəri sağlamlığına mənfi təsir edər. Bundan başqa günəşdən yanan dəriyə diş pastası, qatıq, zeytun yağı sürtmək olmaz. Bunlar ehtiva etdikləri turşu səbəbindən həm dəri yanığını pisləşdirər, həm də yanığın yaxşılaşmasını gecikdirən qalıcı dəri ləkələri yaradar".

B. Bağcı günəş yanığından qorunmaq üçün bəzi qaydalara riayət etməyi məsləhət görür. Məsələn, gündüz 10:00-14:00 arasında günəş vannası qəti qəbul etmək olmaz. Günəşdən qoruyucu kremlər günəş vannası qəbul etməzdən 20 dəqiqə əvvəl sürtülməlidir. Ən azı 30 faktorlu, mümkünsə, suya davamlı günəşdən qoruyucular seçilməli və hər 3 saatdan bir yenidən çəkilməlidir: "Xüsusilə günəş altında üzən və idman edən insanların qoruyucu kremlərdən daha tez-tez istifadə etməsi lazımdır. Geyimlər də günəşdən qorunmada əhəmiyyətli yer tutur. Gözlər və göz ətrafları günəş eynəyi ilə qorunmalıdır. Geniş kənarlı papaqlar istifadə edilməli, az məsaməli, möhkəm toxunmuş, ağardılmamış pambıqdan olan, açıq rəngli paltarlar geyinilməlidir".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri