Zaqrebdə son gün: 2 cı “qızıl”, 8 ci medal gələcəkmi?
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı bu gün başa çatacaq. “Football-plus.az” xəbər verir ki, DÇ-nin son günündə Azərbaycan güləşçilərinin daha bir qızıl medal qazanmaq şansı var. Həsrət Cəfərov (67 kq) finalda İran təmsilçisi Səid İsmaili ilə qarşılaşacaq. Xatırladaq ki, ölkəmizin güləş yığması indiyə qədər 7 (1-1-5) medal qazanıb. Ülvi Qənizadə (72 kq) dünya çempionu olub, Georgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nurəddin Novruzov (61 kq), Arseni Cioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal qazanıb.
Baxış sayı:92
Bu xəbər 21 Sentyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















