Zavod direktoru: Karbamidin də dünya bazarında qızıl, neft kimi dəyişən qiymətləri var
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"SOCAR Karbamid" zavodunun ilk hədəfi daxili tələbatı ödəməkdir. Karbamidin də dünya bazarında qızıl, neft kimi dəyişən qiymətləri var".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunun direktoru Kutay Durna zavodun Dünya İqtisadi Forumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul olunması münasibətilə keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, bu qiymət həftəlik, gündəlik dəyişir:
"Məsələn, Misirdə, Səudiyyə Ərəbistanında, Türkiyədə və ya Avropa ölkələrində onun bir tonunun qiyməti təxminən 400 dollardır. Bununla bağlı yeganə müəyyənləşdirici amil logistika xərcləridir. Əgər məhsulu sata bilmədiyimiz bir dövr olarsa, logistika xərclərini də qəbul edərək digər ölkələrə də göndərə bilərik. Keyfiyyətlə bağlı heç bir problem yoxdur. Çünki normal ümumi karbamid qiymətinə nisbətən sırf bu keyfiyyətinə görə onu 10-20 dollar daha baha satdığımız vaxtlar olur".
Direktor əlavə edib ki, zavodun birinci hədəfi ilk növbədə daxili bazarı ödəməkdir:
"Yəni daxili bazardakı bütün fermerləri təmin etdikdən sonra 85-90%-lik yerdə qalan hissəni ixrac edirik. Hədəfimiz maksimum güclə istehsal etməkdir ki, müştəriyə də mal verə bilək. Bir sözlə, nə qədər istehsal ediriksə, hamısını sata bilirik.
Yəni bizim sata bilməməklə bağlı problemimiz yoxdur. Maksimum güclə istehsal etdiyimiz təqdirdə hamısını sata bilirik".
Məhərrəm Əliyev
Baxış sayı:75
Bu xəbər 21 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















