Zaxarova Suriyanın nüfuzlu şəxslərinə çağırış etdi
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Suriyadakı vəziyyətdən narahatdır və döyüşən qruplar arasında tezliklə atəşkəsin əldə olunmasına çağırır.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
“Biz Suriyada vəziyyətin kəskin şəkildə pisləşməsindən narahatıq. Bu kritik şəraitdə vəziyyətin gələcək inkişafına təsir göstərə bilən Suriyanın bütün nüfuzlu şəxslərini qan tökülməsinə ən qısa zamanda son qoymaq üçün mümkün olan hər şeyi etməyə çağırırıq”, – bəyanatda deyilir.
Zaxarova vurğulayıb ki, Rusiya demokratiya, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqdir. O qeyd edib ki, Suriyadakı bütün daxili siyasi məsələlər bu prinsiplər nəzərə alınmaqla həll edilməlidir.
Xatırladaq ki, bir neçə gün öncə ələvi dini qruplaşmasının nümayəndələri Suriyada hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əş-Şam” təşkilatına qarşı üsyan qaldırıblar. Martın 6-da Latakiyada tərəflər arasında qarşıdurmalar başlayıb. Tezliklə Suriyanın digər şəhərlərində, o cümlədən Rusiyaya məxsus aviabazanın yerləşdiyi Cəblə və Xmeymimdə iğtişaşlar başlayıb. Bu zaman yeni hakimiyyət üsyanı yatırmaq üçün qüvvələr göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 07 Mart 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















