Zaxarovadan SENSASİYA: “Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı terror törədiləcək” KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya və Azərbaycan arasında mövcud ziddiyyətlərdən etnik zəmində nifrətin qızışdırılması üçün istifadə etməyə hazırlaşır”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
“Bizdə olan məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti mövcud Rusiya-Azərbaycan ziddiyyətlərindən etnik zəmində nifrət və düşmənçiliyin qızışdırılması üçün istifadə etmək niyyətindədir. Xüsusilə, Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı təxribat törətməyə hazır olan Rusiya vətəndaşlarından istifadə etmək planlarından xəbərimiz var. İdeya ondan ibarətdir ki, bu cür təxribatlar uğurla həyata keçirilərsə, Azərbaycan, Türkiyə və Avropa media məkanında Rusiyanın hansısa təcavüzü barədə viral məlumatlar yayılacaq”, – Zaxarova vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 İyul 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















