Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 8-də Xankəndi şəhər stadionunda Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil edilib.
"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Qarabağ Dövlət Universitetinin müəllim və tələbələri, şəhərdə yaşayanlar və qonaqlar konserti böyük maraqla izləyiblər.
Mədəniyyət xadimlərinin və incəsənət nümayəndələrinin ifalarında rəngarəng musiqi nömrələri, o cümlədən vətənpərvər mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.
Bayram konsertindən sonra keçirilən atəşfəşanlıq coşqu ilə qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 08 Noyabr 2024 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















