Icma.az
close
up
RU
Zəfər günündə İlham Əliyevə xaricdən göndərilən mesaj Ortaq nöqtə nədir?

Zəfər günündə İlham Əliyevə xaricdən göndərilən mesaj Ortaq nöqtə nədir?

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İkinci Qarabağ müharibəsinin beşinci ildönümü münasibətilə Prezident İlham Əliyevə müxtəlif ölkələrin dövlət və hökumət rəhbərləri tərəfindən təbriklər ünvanlanıb. Bu, Azərbaycanın regional və beynəlxalq səviyyədə əldə etdiyi uğurların tanınması kimi qiymətləndirilir. Təbriklər yalnız Azərbaycan ordusunun qəhrəmanlığı və ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı deyil, həm də dövlətimizin diplomatik mövqeyinin, strateji balansının və regiondakı nüfuzunun dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini göstərir.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli qeyd edib ki, Zəfər Günü milli maraqlar baxımından ərazilərimizin bütövlüyü və suverenliyimizin bərpasını ifadə edir:

“Regional və beynəlxalq miqyasda bir münaqişə ocağının söndürülməsi və sülhün bərpasıdır. Ona görə də 8 Noyabr təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün mənəvi, psixoloji və siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Hazırda dünyanın bir çox yerlərində müharibə və münaqişələr davam etdiyi bir vaxtda, dövlətlərin ərazi bütövlüyünün qorunması üçün 2-ci Qarabağ müharibəsi yaxşı bir nümunədir.


Mütəllim Rəhimli

Xarici ölkə liderlərinin Azərbaycan Prezidentinə göndərdiyi təbriklər bir tərəfdən siyasi etiket olsa da, digər tərəfdən böyük siyasi mənaya malikdir. Təbrik göndərənlər dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı hər cür müdaxiləni rədd etdiklərini nümayiş etdirir. Bu həm də siyasi həmrəylikdir, ədalətli qələbənin müdafiəsi və haqsız müharibələrə etirazdır.

Eyni zamanda Azərbaycanın son vaxtlar beynəlxalq siyasətdə oynadığı rol Prezident İlham Əliyevə gələn təbriklərin coğrafi miqyasını daha da genişləndirib”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Noyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri