Icma.az
close
up
RU
Zəfər Gününün havası açıqlanıb

Zəfər Gününün havası açıqlanıb

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda noyabrın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Missiya.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://missiya.az
archiveBu xəbər 07 Noyabr 2024 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see267

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see247

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see246

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see222

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see192

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see176

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see174

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see170

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see169

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see167

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see167

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see166

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see164

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see164

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see161

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see160

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see158

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see157

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see156

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri