“TikTok” Böyük Britaniyaya 15 milyon dollardan çox cərimə ödəyəcək
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
“TikTok” Böyük Britaniyanın İnformasiya Komissarlığı Ofisi (ICO) tərəfindən 2023-cü ildə tətbiq edilən 12,7 milyon funt sterlinq (16,8 milyon dollar) cəriməyə qarşı apellyasiya şikayətini geri götürüb.
Yeniavaz.com xəbər verir ki, apelyasiya şikayətinin geri götürülməsi cərimənin ödənilməsi qərarının qüvvəyə minməsi deməkdir.
ICO bildirib ki, cərimə 13 yaşdan kiçik uşaqların şəxsi məlumatlarının emalı qaydalarının pozulmasına əsaslanıb.
ICO-ya görə, xidmətin qeydiyyatdan keçməsini qadağan edən qaydalarına baxmayaraq, 2020-ci ildə bu yaşda təxminən 1,75 milyon britaniyalı uşaq “TikTok”dan istifadə edib.
Böyük Britaniya qanunvericiliyinə görə, şirkətlər 13 yaşdan kiçik uşaqlara onlayn xidmətlər göstərərkən onların məlumatlarını emal etməzdən əvvəl valideynlərindən və ya qəyyumlarından razılıq almalıdırlar.
Qeyd edək ki, sentyabr ayında “TikTok”un qurucusu Çjan İmin hindistanlı sahibkar Qautam Adanini geridə qoyaraq, ilk dəfə Asiyanın ən varlı adamı olub.
Xatırladaq ki. “TikTok” qısa formatlı video paylaşma platformasıdır. Platforma 2017-ci ildə istifadəyə verilib. Platformanın beynəlxalq versiyası isə 2018-ci ilin avqust ayında təqdim edilib. Sosial şəbəkə “ByteDance” Çin texnologiya şirkətinə məxsusdur.
Bu mövzuda digər xəbərlər:Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
25 Sentyabr 2026 10:33
“Google” böyük məbləğdə cərimə ödəyəcək
29 Mart 2025 16:20
Böyük Britaniyaya fırtına yaxınlaşır
03 Aprel 2026 16:29
Yenidən Böyük Britaniyaya qayıdacaqlar
20 Avqust 2026 10:38
Yenidən Böyük Britaniyaya qayıtdılar
26 Avqust 2026 22:32
Baxış sayı:188
Bu xəbər 24 Sentyabr 2026 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















