Icma.az
close
up
RU
Menu

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Zəfər və tərəqqi yolu

Zəfər və tərəqqi yolu

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daha bir sevincli, şərəfli və qürurlu gün yaşadıq. Avqustun 21-də Şərqi Zəngəzurun daha bir rayonu əbədi-əzəli sakinlərinə qucağını açdı, 32 illik həsrətdən sonra Kəlbəcərə ilk köç karvanı yol aldı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər şəhərində birinci yaşayış kompleksinin açılışını etdi, sakinlərə mənzillərinin açarını təqdim etdi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva yeni Kəlbəcərin ilk sakinlərini təbrik etdi.
Azərbaycanın ən ucada yerləşən, ən böyük, ən səfalı və strateji baxımdan ən əhəmiyyətli rayonlarından biri olan Kəlbəcərdə həyat yavaş- yavaş öz axarına düşür. Artıq birinci yaşayış kompleksində ilk sakinlər, ilk gecələrini keçirdilər, ilk səhərlərini açdılar və “Sabahın xeyir, Kəlbəcər”, - deyə söylədilər.
Artıq Prezident İlham Əliyev Kəlbəcərdə 3-cü və 4-cü yaşayış komplekslərinin bünövrəsini qoymuşdur və bir müddət sonra Kəlbəcər 10 mindən çox sakinin yaşadığı dağlar qoynunda gözəl bir şəhərə çevriləcəkdir.
Dövlətimizin başçısı Kəlbəcər sakinləri ilə görüşdə söylədi ki, Kəlbəcərin yol infrastrukturu daha da yaxşılaşacaq, tunellər Gəncə-Kəlbəcər arasındakı məsafəni həm qısaldacaq, həm də rahat edəcəkdir. Laçın-Kəlbəcər, Naftalan-Ağdərə-Kəlbəcər yolları da ən müasir səviyyədə qurulmaqdadır.
Bir vaxtlar kəlbəcərli şair Sücaətin öz məcburi köçkün soydaşlarına təskinlik verərək qeyd etdiyi “Ağlaya-ağlaya köçən Kəlbəcər bir gün gülə-gülə qayıdacaqdır”, - ifadəsi həqiqətə çevrildi və bu reallığı yaradan da Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman Azərbaycan xalqı, onun igid oğullarıdır.
Amma bizim Kəlbəcərin bu sevincli günlərinə gəlməyimiz çox da rahat olmamışdır və acı tarixləri də heç zaman unutmamalıyıq, həm ibrət üçün, həm də o faciələri bir daha yaşamamaq üçün. Görənlər bilir ki, Kəlbəcər dağların qoynunda bir qaladır, təbiətin yaratdığl bir istehkamdır. Bəs necə oldu ki, belə bir təbii müdafiə relyefinə malik olan rayonumuz 1993- cü ilin 2 aprelində işğal edildi? Burada xəyanət də var idi, satqınlıq da, səriştəsizlik də. Hətta o vaxtkı xəyanətkar AXC-Musavat hakimiyyətinin bəzi başıboş liderləri utanmadan söyləyirdilər ki, biz Kəlbəcərin işğalına özümüz şərait yaratdıq ki, BMT Ermənistanı işğalçı dövlət kimi tanısın və qoşunları təkcə Kəlbəcərdən deyil, eləcə də işğal olunmuş bütün ərazilərdən çıxartsın. Bəli, bu sözlər
İndi insana gülməli gəlir, nifrət, ən yaxşı halda isə acı təəssüf doğurur, amma 1992-93-cü illərdə məhz bu düşüncənin sahibləri ölkəyə rəhbərlik edirdilər. Məhz bu səbəblərə görə, 1991-ci ildə yaranmış tarixi şəraitdən istifadə edərək öz dövlət müstəqilliyini elan edən xalqımız, 1993-cü ilə qədər dövlət qura bilmədi, siyasi və iqtisadi xaos, dövlət rəhbərliyində olanların səriştəsizliyi, siyasi iradə və konkret siyasi proqramın olmaması, Qarabağda separatçılığın alovlanması, nəinki torpaqlarımızın işğalı ilə nəticələndi, hətta müstəqilliyimizin itirilməsi və respublikanın parçalanması təhlükəsi ilə üz-üzə qaldıq.
Belə bir çətin zamanda Ümummilli Lider Heydər Əliyevin güclü iradəsi, şəxsi fədakarlığı, böyük siyasi təcrübəsi milləti və dövləti xilas etdi. O zaman Naxçıvanda yaşayan, blokada şəraitində və erməni təcavüzü ilə üzləşmiş muxtar respublikaya rəhbərlik edən Heydər Əliyev xalqın çağırışı ilə 1993-cü ilin iyununda Bakıya gələrək xilaskarlıq missiyasını öz üzərinə götürdü, dövlət böhranını, hərbi qarşıdurmanı, vətəndaş müharibəsi təhlükəsini, bir-birinin ardınca baş verən dövlət çevrilişləri cəhdlərini böyük siyasi ustalıq və cəsarətlə aradan qaldıraraq müasir Azərbaycan dövlətçiliyinin təməlini qoymuş oldu.
Sonra isə tamamlayıb başa çatdıra bilmədiyi işləri özü qədər inandığı varisinə Prezident İlham Əliyevə həvalə etdi. Dövlətimizin başçısı 2003-cü ildə prezident kimi ilk and içmə mərasimində bütün dünyaya bəyan etdi: “Bizim yolumuz Heydər Əliyev yoludur! Bu yol bizi işıqlı, xoşbəxt, firavan günlərə aparacaq”.
Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin arzu etdiyi, planlaşdırdığı, lakin yerinə yetirməyə imkan tapmadığı bütün tarixi missiyaları yerinə yetirdi. Bu missiyanın başında isə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanırdı. Bu tarixi və şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyev öz xalqı ilə birlikdə ləyaqətlə yerinə yetirdi.
Ulu Öndər Heydər Əliyevin ideyaları və tövsiyələri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışları və şəxsi nümunələri ilə milli vətənpərvər ruhda böyüyən Azərbaycan gəncliyi 44 günlük Zəfər savaşında Vətənin azadlığı uğrunda ön cəbhəyə atıldı, şəhid oldu, qazi oldu, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Kəlbəcər sakinləri ilə görüşdə dövlətimizin başçısı qarşıda duran növbəti tarixi missiyanı cəmi üç kəlmə ilə çox sərrast ifadə etdi: "Bizim işimiz quruculuqdur!"
Əslində, bu missiya Zəfər savaşı bitən günün səhərindən başlayıb, durmadan, dayanmadan davam edir, Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və məskunlaşma işləri günü-gündən daha böyük vüsət alır. Prezident İlham Əliyevin nəzarəti altında Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı uğurla həyata keçirilir, indiyə qədər bu məqsədlər üçün 25 milyard manat vəsait ayrılmışdır, 2026-cı ilin sonunda 140 mindən çox keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıdıb məskunlaşması təmin ediləcəkdir.
Bu da simvolik və ibrətamizdir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə gəlməzdən bir gün əvvəl Gəncədə Ermənistanın raket terroru nəticəsində şəhid olmuş mülki insanların xatirəsinə ucaldılan Memorial Kompleksdə görülən işlərlə tanış olmuş, terror qurbanlarının xatirəsini yad etmişdilər. Dünyada hər kəsə məlumdur ki, Azərbaycan bölgədə sülh, əməkdaşlıq, tərəqqi tərəfdarıdır və Ermənistanla imzalanacaq sülh müqaviləsi də bizim təşəbbüsümüzlə, bizim təkliflər əsasında hazırlanmışdır. Bununla yanaşı, xalqımıza qarşı törədilmiş müharibə cinayətlərinin unudulmaması, tariximizin gələcək nəsillərə çatdırılması baxımından bu cür komplekslər mühüm rola malikdir.
Mən Azərbaycanımızın bütün bölgələrini gəzmişəm, dünyanın 50-yə yaxın ölkəsində olmuşam, lakin Kəlbəcər qədər füsunkar ikinci bir diyar görməmişəm. Uca, şiş qayalı dağları, dərin dərələri, sıx meşələri, yaşıl ormanları, örüş yerləri, bumbuz bulaqları, gur çayları, dərman bitkiləri, müalicəvi mineral suları Kəlbəcəri daha da qiymətli və əsrarəngsiz edən təbiətin misilsiz bəxşişi, xalqımıza lütfüdür. Prezident İlham Əliyevin çox dəqiq müşahidəsidir ki, “Əgər yer üzündə cənnət varsa, bu Kəbəcər diyarıdır”.
Kəlbəcər həm də mineral ehtiyatları ilə də zəngindir. Amma, fikrimcə, Kəlbəcərin ən böyük neməti və ən doğru təyinatı turizmdir. Heç bir parametri ilə Kəlbəcər dünyanın turizm incisi sayılan Alp yamaclarından geri qalmır. Lazımi işlər görərək müasir sosial təsisatlar və infrastriktur yaradılarsa, qısa müddətdə Kəlbəcər dünyanın nadir turizm mərkəzlərindən birinə çevrilə bilər. Azərbaycan Prezidenti Kəlbəcər sakinləri ilə görüşdə rayonun turistik əhəmiyyətini qeyd edərək söylədi ki, Kəlbəcərdə “İsti su” sanatoriyası ən müasir tələblər səviyyəsində tikilir, başqa turistik obyektlərin, o cümlədən, kanat yolunun tikilməs də nəzərdə tutulmuşdur. Bu həm də iri tutumlu məşğulluq layihələridir. Kəlbəcərdə artıq kənd təssərrüfatının arıçılıq və heyvandarlıq layihələri uğurla tətbiq edilir və yaxşı nəticələr verməkdədir.
Bir fikrimi də diqqət mərkəzinə gətirmək istəyirəm. Kəlbəcərin olduqca böyük dərman bitkiləri potensialı vardır və bu potensialdan səmərəli istifadə etməyimiz lazımdır. Kəlbəcərin rəngarəng florasında 500-ə yaxın növdə dərman bitkiləri vardır ki, bu dərman bitkiləri ürək-damar, mədə-bağırsaq, böyrək, qaraciyər, əzələ- oynaq, ağciyər, dəri, diabet və bir çox digər xəstəliklərin müalicəsində istifadə olunur. Əgər Kəlbəcərin dərman bitkilərinin davamlı olaraq toplanmasını və sənaye üsulu ilə istehsalını təşkil edəriksə, burada bütün Azərbaycanın dərman bitkilərinə olan tələbatını ödəmək imkanı vardır. Hətta dərman bitkilərini eksport da edə bilərik.
Mənim Kəlbəcərli dostlarım, Kəlbəcərlə bağlı çoxlu xoş xatirələrim vardır. Kəlbəcərin təbiəti nə qədər zəngindirsə, insanları da o qədər istedadlı, dürüst, mərd və çalışqandır. Təxminən bir ay qabaq Kəlbəcərdə olarkən, əslən Kəlbəcərin Sarıdaş kəndindən olan tanınmış jurnalist Elşad Eyvazlı ilə onların kəndlərinə, yaylaq yerlərinə də baş çəkdik. Elşad müəllim dərin bir kədər içində evlərinin nişanəsi olan uçulmuş divarları bizə göstərəndə həm ona təsəlli üçün, həm də elə yaxın günlərin reallıqlarını nəzərdə tutaraq dedim ki, heç fikir eləmə, evinizin bünövrəsi qalır, özü də çox möhkəmdir. İnşallah yaxın vaxtlarda eviniz də tikiləcək, kəndiniz də bərpa olunacaq. Mən bünövrəsi möhkəmdir deyəndə bugünkü Azəraycan dövlətinin qüdrətini nəzərdə tuturdum və həssas söz adamı olan Elşad bəy də fikrimi göydə tutdu, “Allah dövlətimizi qorusun!”, - deyə o, qeyd etdi.
Kəlbəcərdə yollara baxıram. Bu yol Zülfüqarlı İstisuyuna aparır, oradan Laçın hava limanına 60-70 kilometrdir. Bu yol isə Dərələyəzə, Safolular İstisuyuna aparır, təpənin o biri üzü isə Qarakilisənin yaylaqlarıdır. Bu yolun o biri başı Göyçədir, Zod kəndidir. Kəlbəcərdə hara baxdımsa Vətəni gördüm, bütün yollar Vətən torpaqlarına aparır.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması sülh müqaviləsinin yaxın zamanlarda imzalanmasına və Zəngəzur dəhlizi də daxil olmaqla bütün kommunikasiyaların açılmasına inamımızı artırmışdır.
Mən çox inananıram ki, sülh müqaviləsindən sonra bütün kommunikasiyalar, o cümlədən Kəlbəcərdən Vətənin qıraqda qalan yerlərinə gedən yollar da açılacaqdır.
Əsas yoldur, yol varsa gec-tez yolçusu da olacaqdır.
Yolçu yolda gərək!

Musa Urud
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Avqust 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see738

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see533

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see523

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see517

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see437

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see329

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri