Icma.az
close
up
RU
“Zəfərin uşaqları ilə Oxu Marafonu” layihəsi çərçivəsində region müəllimləri ilə görüş

“Zəfərin uşaqları ilə Oxu Marafonu” layihəsi çərçivəsində region müəllimləri ilə görüş

Icma.az, 525.az saytına istinadən bildirir.

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfərin uşaqları ilə Oxu Marafonu” – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsinin sayca ikinci görüşü müəllimlərlə keçirilib.

525.az xəbər verir ki, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində baş tutan təlimdə ANAİB İdarə Heyətinin sədri Şəmil Sadiq, layihənin təlimçiləri “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, ekspertləri “Qədim Qala Nəşriyyatı”nın direktoru Şöhlət Səlimov, “Libra kitab” nəşriyyatının rəhbəri Veysəl Məmmədov, “Ağıllı bala”  nəşriyyatının rəhbəri Fatimə Alxaz, yazıçı Rövşən Abdullaoğlu, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasıyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Məmmədşah İsrafilov, eləcə də marafonda iştirak edən məktəblərin kitabxana müdirləri və müəllimləri iştirak edib. Layihənin təlimçiləri və ekspertləri seçilmiş məktəblərin müəllim və kitabxanaçılarına layihənin məqsəd və fəaliyyət planı barədə geniş məlumat verib. Onlar üçün məktəbdə kitab oxuma vərdişlərinin və bunun vasitəsilə vətənpərvərlik hisslərinin aşılanması, kitab müzakirələrinin düzgün təşkil olunması və oxuyub-anlama mövzusunda ümumilikdə 6 saatlıq təlim təşkil olunub.

Layihənin təlimçisi Rafiq İsmayılov – “Oxuyub-anlama zəka göstəricisi kimi" və digər təlimçi Səbuhi Şahmursoy – “Şagirdlərə intellektual mirasın ötürülməsi formaları” haqqında geniş məlumat veriblər. Layihənin ekspertləri Veysəl Məmmədov – “Məktəbdə kitab oxuma vərdişlərinin yaradılması”, Fatimə Alxaz – “Sinifdə kitab müzakirələrinin təşkili və təşviq vasitələri” və Şöhlət İxtiyaroğlu – “Vətən haradan başlayır” mövzusunda seminar veriblər.

Sonda verilən seminarların nəticəsi müəllimlərlə müzakirə edilib və layihəylə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, ANAİB-in təşkilatçılığı, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, QafqazTV, Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba Filialı, MUSİAD Azərbaycan və QİAB-ın tərəfdaşlığı, “525-ci qəzet” və edebiyyat və incəsənət.az-ın isə informasiya dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, layihənin sonrakı mərhələsində marafona qoşulan 6 məktəbdən 300 şagirdlə görüşün keçirilməsi nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Sentyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri