Icma.az
close
up
RU
“Zəfərin uşaqları ilə Oxu Marafonu” layihəsi təqdim olundu Fotolar

“Zəfərin uşaqları ilə Oxu Marafonu” layihəsi təqdim olundu Fotolar

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfərin uşaqları ilə Oxu Marafonu” – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsinin təqdimatı keçirilib.

Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində baş tutan tədbirdə ANAİB İdarə Heyətinin sədri Şəmil Sadiq, layihənin təlimçisi “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, eksperti “Qədim Qala Nəşriyyatı”nın direktoru Şöhlət Səlimov, “Mayak” nəşriyyatının rəhbəri Sadiq Babazadə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Məmmədşah İsrafilov, eləcə də marafonda iştirak edən məktəblərin direktorları – Sevil Allahverdiyeva, Lalə Bədəlova, Kəmalə Sadıxova, Günel Hacıyeva, Lalə İsrafilova, Nigar Ələkbərli və kitabxana müdirləri – Ədiləxanım Rzayeva, Səadət Talıbova, Luiza Ağabəyova, Təranə Bağışova, Aygün Yusifli, Güllüzar Bağırova iştirak edib.
Bu layihənin tərəfdaşları Təhsil, mədəniyyət və icra qurumları, 30-a yaxın nəşriyyat, ADPU-nun Quba filialı, Qafqaz TV, Quba İş Adamlarına Dəstək Platforması, MUSİAD Azərbaycan və digər təşkilatlardır.
“Zəfərin uşaqları ilə Oxu Marafonu” – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsinin məqsədi Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən məktəblərin şagirdləri arasında oxu marafonu təşkil etməkdir. Bu mənada hər rayondan iki fəal məktəb layihəyə cəlb edilib. Bunlar Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbi, Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəbi, Qusar şəhər Tofiq İsmayılov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi, Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi, Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi, Əzizəddin Tahirov adına Köhnə Xaçmaz kənd tam orta ümumtəhsil məktəbidir. Tədbirdə direktor və kitabxanaçılara layihə barədə geniş məlumat verilib, onların sualları cavablandırılıb. Layihə üçün seçilmiş 5 kitabın hərəsindən 15 ədəd həmin məktəbin kitabxanasına hədiyyə edilib. Əziz Sultanın “Mübariz Olmaq”, Arif Əliyevin “Yalama”, Şəmil Sadiqin “Zəfər yolu”, Rövşən Abdullaoğlunun “Mən yeməli deyiləm” və Əzizə Cəfərzadənin “Anamın nağılları” əsərləri layihə boyu oxunulacaq kitablardır.
Məlumat üçün qeyd edək ki, hər məktəbdən 10-15 yaşlı 50 şagird marafona cəlb edilib. Şagirdlər 18 iyul – 15 oktyabr tarixlərində marafon üçün seçilmiş əsasən milli vətənpərvərlik ruhunda olan kitabları oxumalı, 15 – 30 oktyabr tarixlərində təşkil olunacaq imtahanda iştirak etməlidirlər. İmtahanda ən çox bal toplayan ilk 10 şagird müxtəlif pul mükafatı və hədiyyələrlə mükafatlandırılacaq. Mükafatlandırılma mərasimi 31 oktyabr – 2 noyabr tarixlərində Quba şəhərində təşkil olunacaq kitab festivalında keçiriləcək. Bu mərasimdə həmçinin lahiyədə aktivlik göstərən müəllim və kitabxanaçılar da təltif olunacaqlar.
Layihəyə eyni zamanda hər məktəbdən 18 müəllim və bir kitabxanaçı cəlb olunacaq. Müəllimlərlə geniş tərkibli görüş 1 – 5 sentyabr tarixinə planlaşdırılır. Seçilmiş məktəblərin müəllim və kitabxanaçı heyətinə layihənin məqsəd və fəaliyyət planı barədə geniş məlumat veriləcək, onlar üçün məktəbdə kitab oxuma vərdişlərinin və bunun vasitəsilə vətənpərvərlik hisslərinin aşılanması, kitab müzakirələrinin düzgün təşkil olunması və oxuyub-anlama mövzusunda 6 saatlıq təlim təşkil olunacaq.
Qeyd edək ki, layihənin ayrılmaz hissəsi olan kitab festivalında 30-dan çox nəşriyyat və kitab mağazası, 50-yə yaxın yazıçı və ziyalının iştirakı təmin ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 İyul 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri