Icma.az
close
up
RU
Zelenski Azərbaycana niyə başsağlığı vermədi? Bu, həm də Ukrayna dövlətinin...

Zelenski Azərbaycana niyə başsağlığı vermədi? Bu, həm də Ukrayna dövlətinin...

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsinin Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğraması ilə dünyanın bir sıra ölkə başçıları və rəsmi nümayəndələri Azərbaycana başsağlığı veriblər.

Bakıvaxtı.az xatırladır ki, hətta Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

"Bakı-Qroznı reysi nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm.Belə bir faciə kədərə səbəb olmaya bilməz", - Ermənistanın Baş naziri "X"də yazıb.

Diqqət çəkən məqamlardan biri isə Ukrayna prezidenti Vladimir Zelenskinin başsağlığı verənlər siyahısında olmamasıdır. Maraqlıdır, Zelenskinin Azərbaycanın yaşadığı bu faciəni görməzdən gəlməsinin səbəbi nədir?

Mövzu ilə bağlı politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin hələlik heç bir reaksiya göstərməməsi veriləcək bəyanatın xarakteri ilə əlaqəli olacaq.

Onun sözlərinə görə, Zelenski Rusiya ilə aralarında olan müharibəni nəzərə alaraq AZAL təyyarəsinin Çeçenistan üzərində HHM sistemləri ilə vurulması ehtimalının dəqiqlik tapmasından sonra bəyanat verəcək:

"Azərbaycanın AZAL şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqəli Azərbaycan Prezidentinə baş sağlığı verən ölkələrin rəhbərlərinin hərəkətləri rutin prosedurdur. Adətən bu kimi hadisələr zamanı, heç olmasa, ətraf region və özünü həmin ölkəyə yaxın hesab edən ölkələrin rəhbərləri başsağlığı bəyanatı ilə çıxış edirlər. Hətta bir-biriləri ilə konfliktdə olan ölkələr belə bu şəraitdə narazılıqları müvəqqəti də olsa kənara qoyub taziyə bəyanatı verirlər. Eyni zamanda bu kimi kədərli hadisələri fürsətə çevirərək arada olan narazılıqları qaldırmaq üçün istifadə edərək yardım belə təklif edirlər, birbaşa yardım göstərirlər. Məsələn, Türkiyədə zəlzələ zamanı Yunanıstan belə etmişdi. Bu qəzadan sonra Ermənistan baş naziri Nikol Paşinyan belə Azərbaycan prezidentinə başsağlığı mesajı göndərib".

Azər Qasımov: Zelenskinin reaksiya göstərməməsi veriləcək bəyanatın xarakteri ilə əlaqəli olacaq

Qasımov hesab edir ki, Zelenski tərəfindən indi veriləcək bəyanat rəsmi faktlara əsaslanan dəlillər olmadığı üçün yerində olmayacaq.

"Ukrayna prezidenti bu faktlar rəsmiləşəndən sonra Rusiya əleyhinə sərt ritorika istifadə edərək Azərbaycana başsağlığı mesajı verəcək. Məsələ ondadır ki, Zelenskinin Azərbaycan dövlətinə ümumən taziyə mesajı verməməsi üçün heç bir əks durum mövcud deyil. Zelenski Azərbaycana qarşı müsbət mövqedədir. Hətta belə olmasa idi Ukraynanın Azərbaycanla əlaqələrini nəzərə alaraq indiki şəraitdə bunu hansısa şərtlərə bağlayaraq taziyə mesajı verməmək Ukrayna dövlətinə yaraşmazdı. Bu məsələ tək Zelenskinin yox, Ukrayna dövlətinin şərəf məsələsidir", - deyə müsahibimiz qeyd edib.

Qeyd edək ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qəzada 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Təyyarənin Qroznı səmasında Rusiya HHM sistemi vasitəsilə vurulduğu üzə çıxıb. Rusiya səlahiyyətliləri zədələnmiş təyyarənin enişinə icazə verməyərək, onu Aktauya istiqamətləndirib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Dekabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri