Zelenski Trampa üzrxahlıq məktubu yazıb? Səfir təkzib etdi
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova deyib ki, ABŞ lideri Donald Tramp dünən Konqresdəki çıxışı zamanı prezident Vladimir Zelenskinin X mesajına istinad edib.
Modern.az xəbər verir ki, bu bsrədə səfir O.Markarova Facebook-da yazıb.
"Çox çətin vəziyyətdə biz hələ də irəliləyir, əlaqələri inkişaf etdirir və prioritetlərimizi təqdim edirik. Prezident Donald Trampın xalqa müraciətində prezidentimizin mesajını oxuyub və "ona bu məktubu yazdığına görə təşəkkür edirəm" deyib", - deyə Markarova bildirib.
Xatırladaq ki, Prezident Donald Tramp ABŞ Konqresi qarşısında çıxış edib. Çıxışı zamanı Tramp bildirib ki, ABŞ Rusiyadan guya sülhə hazır olduğuna dair “güclü siqnal” alıb, həmçinin Zelenskinin mümkün qədər tez danışıqlar masasına oturmağa hazır olması barədə “məktubunu” açıqlayıb.
ABŞ mediası iddia edib ki, məktub Ağ Evdə Trampla Zelenski arasında mübahisədən sonra göndərilib.
Bu arada Kreml Vladimir Zelenskinin danışıqlar masası arxasına əyləşməyə hazır olmağını müsbət qiymətləndirib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Baxış sayı:71
Bu xəbər 05 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















