Zelenski və Tramp arasında vacib müzakirə: Rusiyaya qarşı dəhşətli addım atıla bilər
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla növbəti dəfə telefonla danışıb. Tərəflər Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən uzaqmənzilli imkanların artırılması məsələlərini müzakirə ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski özünün Telegram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, bu, iki lider arasında iki gün ərzində ikinci telefon danışığı olub və çox məhsuldar keçib.
“Bu gün yenidən ABŞ prezidenti Donald Trampla danışdım. Dünən müəyyən mövzular üzrə razılığa gəlmişdik, bu gün onları ətraflı müzakirə etdik,” – deyə Zelenski bildirib.
O əlavə edib ki, söhbət zamanı hava hücumundan müdafiə sistemləri, Ukraynanın dayanıqlığı və uzaqmənzilli raket imkanları, həmçinin energetika sahəsində bir sıra detallı məsələlər müzakirə olunub.
Zelenski vurğulayıb ki, Donald Tramp Ukraynadakı vəziyyətdən yaxşı məlumatlıdır və tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 12 Oktyabr 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















