Icma.az
close
up
RU
“Zəngəzur açılması illik 35 milyon ton yükün daşınmasına imkan verə bilər”

“Zəngəzur açılması illik 35 milyon ton yükün daşınmasına imkan verə bilər”

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

“Gələn həftə Şanlı Zəfərimizin 5-ci ili qeyd olunacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev rəhbərliyi ilə güclü xalq-iqtidar birliyi Zəfərə çatmağımızda əsas şərtlərindən oldu. Vətən savaşında qazandığımız Zəfər Azərbaycanın ərazi bütövüyünün və suverenliyinin bərpasına imkan verdi və uzun müddət işğal altında qalan torpaqlarımız azadlığa qovuşdu. Zəfərimiz nəticəsində regionda formalaşan sülhün hansı iqtisadi dividentləri var?”

Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. 

O bildirib ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi zəfərdən sonra Cənubi Qafqazda formalaşan yeni düzən Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində anlaşmanın əldə edilməsinə imkan yaratdı:

“Şanlı Zəfərimizin regiona gətirdiyi sülhün starteji, siyasi və təhlükəsizlik aspektləri ilə yanaşı iqtisadi təsirləri də az deyil. Bir müddət öncə “Moody’s” beynəlxalq reytinq agentliyinin qeyd etdiyi kimi, anlaşma regional sabitliyi ilə bağlı narahatlıqları aradan qaldıra və inkişaf yönümlü impulsları, eləcə də xarici sərmayə marağını stimullaşdıra bilər. Qafqazdakı sülh Azərbaycanın müxtəlif sahələrdə iqtisadi inkişafını daha da dəstəkləyə bilər. Belə ki, sülhün regionda daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacağı gözlənilir. Xarici investorlar sülhün əldə edildiyi Qafqaza sərmayə qoyluşlarında daha maraqlı olacaqlar. Xüsusilə nəzərə almalıyıq ki, uzun müddət regiona sərmayənin cəlb edilməsinə təsir göstərən faktorlardan biri də konfliktlər olmuşdur. Azərbaycan Prezidentinin yeni dövrünün yeni hədəflərinə uyğun olaraq qeyri neft-qaz sektoruna daha çox sərmayənin cəlb edilməsi əsas prioritetlərdən biridir. O istiqamətdə də aparıcı ölkələr ilə əməkdaşlığın gücləndirilməsi, daha çox sərmayənin cəlbi istiqamətində işlər həyata keçirilir”. 

Onun sözlərinə görə, gözlənilir ki, sülh müqaviləsindən sonra xüsusən inkişaf etmiş ölkələr tərəfindən regionda daha çox sərmayənin cəlbinə şərait yaradılacaq:

“Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında əlaqələrin yenidən bərpası və Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə region üçün yeni inkişaf imkanları demək olacaq. Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Qərb-Şərq nəqliyyat dəhlizlərinə inteqrasiya oluna biləcək. Bu da nəticə etibarilə yeni dəhlizlərin və yeni layihələrin reallaşması üçün bir zəmin yaradır. O baxımdan Zəngəzur dəhlizi Azərbaycan üzərindən daha çox yüklərin daşınması və bütövlükdə, regionun iqtisadi fayda götürməsi üçün mühüm bir imkandır. Çünki Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Bu da Azərbaycanı beynəxalq yükdaşımalarda regional haba çevirəcək. Bütövlükdə, Azərbaycanın əldə etdiyi Zəfər daha stabil və  inkişaf etmiş Qafqaza nail olunmasında vacib addım oldu”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 Noyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see255

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see253

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see228

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see212

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see171

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see171

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see158

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see153

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see147

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see141

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see140

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see138

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see132

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri