Icma.az
close
up
RU
Zəngəzur anlaşması: Ankara prosesdən niyə narazı qalıb?

Zəngəzur anlaşması: Ankara prosesdən niyə narazı qalıb?

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


“Teokratik rejimin caynaqları qırılmış “qırğı”larının ardınca raşizmin təmsilçiləri də dilə gəlməyə başlayıb. Raşizmin rəsmi təmsilçisi Mariya Zaxarova deyib ki, Azərbaycan və Ermənistan sülh prosesində regional balansı nəzərə almalı və öz xarici siyasətlərini bu balansa uyğun formalaşdırmalıdır. Yəni, Azərbaycan və Ermənistan Moskvanın müəyyən etdiyi şərtlər və prinsiplər çərçivəsində saziş bağlaya bilər. Raşizmin bu mövqeyi bir daha təsdiq edir ki, Moskva hələ də Azərbaycan və Ermənistanı müstəqil dövlət kimi qəbul etmək istəmir.”

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Xəqani Cəfərli bildirib.

“Raşizmin təmsilçiləri hələlik korrekt davaranmağa, Putin Trampla görüşü ərəfəsində Ağ Ev sahibini qıcıqlandıracaq açıqlamalardan yayınmağa çalışsalar da, tamamilə səssiz də qala bilmirlər. İstisna deyil ki, raşizmin təmsilçilərini hərəkətə gətirən İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin “İran ya Rusiya ilə, ya da tək Zəngəzur dəhlizinin açılmasına mane olacaq” sözləri olub. Çox böyük ehtimalla teokratik rejimin “danışan dili”nin bu açıqlaması raşizmin təmsilçilərini mövqe bildirməyə vadar edib. Əgər, Trampla Putinin gözlənilən görüşündə Moskvanı qane edən bir nəticə olmasa raşizm əsl sifətini göstərməyə başlayacaq.” – deyə o, vurğulayıb.

X. Cəfərlinin sözlərinə görə, Ukrayna və Qazaxıstan prezidentləri Volodimir Zelenski və Qasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Azərbaycan–Ermənistan bəyannaməsi və digər sənədlərlə bağlı təbriklərini çatdırıblar:

“Azərbaycan prezidenti də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə zəng edərək ABŞ-a səfəri çərçivəsində Azərbaycan və Ermənistan arasında imzalanmış bəyannamə və digər sənədlərlə bağlı fikir mübadiləsi aparıb. Tərəflər Vaşinqtonda imzalanmış sənədlərin önəmi vurğulayıb, bütün bunların regionda davamlı sülhün, sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyəti rol oyanacağını qeyd ediblər.

Bütün bunlar baş verərkən Türkiyədən hələlik ciddi bir reaksiya, hərəkət yoxdur. Türkiyə mediasının və təhlilçilərin şərhi belə qənaət yaradır ki, Ankara bu prosesdən narazı qalıb. Təhlilçilərin çox böyük əksəriyyəti Azərbaycanın bölgənin məsələlərini 3+3 formatında deyil, ABŞ-ın içtirakı ilə 2+1 formatında həll etməyə üstünlük verməsindən narazılıq ifadə edirlər.”

Xəqani Cəfərli qeyd edib ki, 3+3 formatının işləməyəcəyini illər əvvəl proqnozlaşdırmışdı:

“Azərbaycanın Ermənistanla münasibətlərini 2+1, Cənubi Qafqaz məsələlərini 3+1 formatında həll etməyə çalşmasının doğru olacağı ilə bağlı aylar, illər öncəki mövqeyim haqlı çıxdı. İzləyicilərim bilir ki, 3+3 formatının bəlkə də yeganə barışmaz tənqidçisi idim və bir çox dostlarımızla bu məsələ ciddi fikir ayrılığımız vardı. Özünü təhlilçi hesab edən bir çoxları hələ də anlamaq istəmir ki, 3+3 formatı Rusiya mərkəzli avarasiyaçılığın qorunub saxlaınılmasına xidmət edir. Halbuki, Azərbaycan, Ermənistan və Gürcüstanın 1918-ci ildə müstəqil dövlət kimi tarix səhnəsinə çıxışları Rusiya mərkəzli avarasiyaçılığın dağılmasının, 1920-ci ildə müstəqilliklərini itirmələri həmin geosiyasi düzənin Lenin tərəfindən bərpa edilməsinin nəticəsi idi. Cənubi Qafqaz respublikalarının 1991-ci ildə müstəqilliklərini bərpa etmələri də Rusiya mərkəzli avarasiyaçılığın ciddi zəifləməsinin nəticəsi idi. Rusiya mərkəzli avarasiyaçılığın mövcudluğu Cənubi Qafqazın hər üç respublikasının müstəqilliyi üçün ölümcül təhdiddir. Rusiya mərkəzli avarasiyaçılığın bir parçası olan İran da Cənubi Qafqaz respublikalarının müstəqilliyinə qarşıdır. Buna görə də Azərbaycanın Ermənistanla münasibətlərini 2+1, Cənubi Qafqaz məsələlərini 3+1 formatında həll etmək yeganə doğru yoldur.”


Lalə Novruz,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Avqust 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri