Icma.az
close
up
RU
Zəngəzur dəhlizi beynəlxalq hüquqa və Ermənistanın öhdəliklərinə əsaslanır

Zəngəzur dəhlizi beynəlxalq hüquqa və Ermənistanın öhdəliklərinə əsaslanır

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Zəngəzur dəhlizinin açılması və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa maneəsiz keçidin təmin edilməsi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir, bu öhdəlik yerinə yetirilməlidir. Prezident İlham Əliyev tərəfindən beynəlxalq gündəliyə daxil edilən Zəngəzur dəhlizi layihəsi Azərbaycanın qərb rayonlarından Naxçıvana, yəni Azərbaycandan Azərbaycana maneəsiz keçidi özündə ehtiva edir. Azərbaycandan Azərbaycana keçid heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən rahat və azad şəkildə olmalıdır.

Ermənistan nəzərə almalıdır ki, bugünkü Ermənistan 1918-ci ildə Batum konfransında əldə edilən razılığa görə, Azərbaycan torpağında yaradılıb və bu razılıq qarşılığında Ermənistan Azərbaycan və Türkiyə qarşısında üzərinə götürdüyü öhdəlikləri belə yerinə yetirməyib. Qərbi Zəngəzur da 1920-ci ildə sovet hakimiyyəti tərəfindən qanunsuz və xalqın iradəsinə zidd olaraq Azərbaycandan alınıb Ermənistana verilib. Sonrakı illərdə Moskva hökuməti tərəfindən qanunsuz olaraq Ermənistana verilən Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisi 9 min kvadrat kilometrdən 29,7 min kvadrat kilometrə çatdırılıb. Bütün bunlar Rusiya tərəfindən Azərbaycan xalqına qarşı törədilən böyük cinayət nəticəsində gerçəkləşib.

1920-ci il aprelin 27-də Azərbaycan Rusiya tərəfindən hərbi güc tətbiq etmək yolu ilə işğal edilərək sovetləşdirildiyindən 1907-ci il Haaqa Konvensiyasının “işğal zamanı suverenliyin işğalçı dövlətə keçməməsi” prinsipinə görə, 1920-ci ilin 27 aprel işğalından sonrakı dövrdə Moskva hökuməti tərəfindən Azərbaycan ərazilərinin xalqın iradəsinə zidd olaraq Ermənistana verilməsi ilə bağlı qəbul edilən bütün qərarlar qanunsuzdur. Sovet hakimiyyəti dövründə Ermənistana verilən Azərbaycan torpaqları üzərində suverenlik hüququ Moskva hökumətinə deyil, Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqı Qərbi Zəngəzur və digər torpaqlarının Ermənistana verilməsinə heç bir razılıq verməyib. Əksinə, bu məsələdə xalqın müqavimətinə qarşı zor tətbiq edilib və onun müqaviməti qırılıb.

Azərbaycandan Azərbaycana maneəsiz və azad keçidi özündə ehtiva edən Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi sovet hakimiyyəti illərində Azərbaycan xalqına qarşı həyata keçirilən böyük ədalətsizliyin və cinayətin ağır nəticələrinin aradan qaldırılması yönündə mühüm bir addım olacaq. Eyni zamanda, bu addım Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına, Azərbaycan torpaqlarında yaradılan Ermənistana “kupça” verilməsinə və onun legitimliyinin qəbul edilməsinə, həmçinin Ermənistanın dalandan çıxarılmasına və kommunikasiyaların açılmasına gətirib çıxaracaq. Bu baş vermədiyi təqdirdə Ermənistan “kupça”sız və qeyri-legitim ərazi kimi bütün kommunikasiya xətlərindən kənar dalan olaraq qalacaq. Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmadan öz gələcəyini təmin edə bilməz. Buna görə də Ermənistan Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışan dövlətlərin əlində bir alətə çevrilmək siyasətindən əl çəkməli, öz gələcəyini düşünməli, reallığı qəbul etməli və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.

Vasif Qafarov

Milli Məclisin deputatı

tarix elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Fevral 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri