Icma.az
close
up
RU
Prezidentimiz beynəlxalq hüquqa əsaslanır və mənafelərimizin qorunmasında qətiyyətlidir

Prezidentimiz beynəlxalq hüquqa əsaslanır və mənafelərimizin qorunmasında qətiyyətlidir

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Dekabrın 25-də AZAL-a məxsus olan və Bakı-Qroznı reysini həyata keçirən təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi etməsi və nəticədə 38 nəfər insanın həlak olması nəinki Azərbaycan ictimaiyyətinin, eləcə də dünyanın digər sülhsevər insanlarının dərin kədərinə səbəb olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev Sankt-Peterburqa etdiyi səfəri zamanı bu acı xəbəri eşitmiş, ölkəyə qayıtmış və təcili iclas çağırılaraq, dövlət komitəsi yaradılmışdır. Hadisənin baş vermə səbəblərinin hərtərəfli araşdırılması üçün lazımi tədbirlər görülmüşdür”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə qeyd edib ki, artıq qəzanın baş verməsinin müəyyən səbəbləri aydındır və beynəlxalq tədqiqatçıların iştirakı ilə digər araşdırmalar da aparılır və qaranlıq qalan məqamlara mütləq aydınlıq gətiriləcəkdir.

“Cənab İlham Əliyev AzTV-yə verdiyi müsahibəsində bu barədə geniş söz açmış və ilk növbədə pilotlarımızın və ekipaj üzvlərinin fədakarlığını yüksək qiymətləndirmişdir. Prezidentimiz daha çox cavabsız qalan suallar barədə, xüsusən, təyyarəmiz nə üçün Qroznı şəhərinə enə bilmədi, havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticəsinin hansı dərəcədə olmuşdur, təyyarəyə yerdən nə vaxt atəş açılmışdır, təyyarə nə üçün yaxında olan hava limanına enməyə cəhd göstərməyib, sualları barədə öz fikirlərini səsləndirib və bütün suallara aydınlıq gətiriləcəyini qətiyyətlə bildirmişdir.

Dövlətimizin rəhbəri müsahibəsində Rusiyanın bəzi rəsmi dairələrini kəskin tənqid etmiş, çirkin əməllər törədən insanların hadisəni ört-basdır etmək planlarını puça çıxarmış, günahkarların mütləq cəzalandırılacağına əminliyini ifadə etmişdir. Prezidentimizin müsahibəsi bir daha sübut edir ki, Azərbaycan müstəqildir, heç kimdən asılı deyil və hər zaman sözünü deməyi, xalqı və dövləti qorumağı, müdafiə etməyi bacarır. Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidentinə zəng etməsi, baş verən hadisəyə görə dövlət başçımızdan üzr istəməsi, xalqımıza başsağlığı verməsi, tədqiqatın hərtərəfli aparılacağına, lazım olan bütün tədbirlərin görüləcəyinə söz verməsi məhz ölkə rəhbərimizin qətiyyətinin, siyasi iradəsinin, öz xalqına və hər bir vətəndaşa sonsuz məhəbbətinin ifadəsidir.

Rusiya tərəfindən 3 gün ərzində hadisəni pərdələmək, başqa məcraya yönəltmək cəhdləri, söylənilən cəfəng fikirlər Prezidentimiz tərəfindən tamamilə ifşa olunmuş, Rusiya məsuliyyəti etiraf etmiş, Putin üzr istəmiş və sözsüz, bütün qaranlıq məqamların araşdırılmasından sonra təzminat ödənilməsi də təmin olunacaqdır. Prezidentimizin söylədiyi kimi, Rusiya tərəfi üzr istəməli, günahını etiraf etməli, günahkarlar cəzalandırmalı və zərərçəkənlərə təzminat ödənməlidir, ifadələri beynəlxalq hüququn və həm də ədalətin tələbidir. Azərbaycan Prezidenti öz ifadələrində beynəlxalq hüquqa, haqqa, ədalətə əsaslanır və bizim mənafelərimizin qorunmasında qətiyyətlidir. Bu, xalqa məhəbbətdən, vətənə hörmətdən, insana sədaqətdən irəli gəlir. Azərbaycan Prezidentinin, Birinci Xanım Mehriban Əliyevanın pilotlarımızın dəfnində iştirak etmələri, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı vermələri, dərdlərinə şərik olmaları, İqor Kşinyakın, Aleksandr Kalyaninovun və Hökümə Əliyevanın Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmələri bu qayğının, sədaqətin və məhəbbətin nümunəsidir. Cənab İlham Əliyevin qəza hadisəsi ilə əlaqədar nümayiş etdirdiyi qətiyyət və uzaqgörənlik həm də, səbr və təmkin dünyaya bir daha göstərdi ki, Azərbaycan rəhbəri və xalqı bütün hallarda sözünü deməyə, haqqı sübut etməyə, mübarizəni aparmağa və dövləti xoşbəxt günlərə qovuşdurmağa qadirdir”, deyə Tahir Rzayev bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Dekabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri