Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Zəngəzur dəhlizi hara, KTMT hara?

Zəngəzur dəhlizi hara, KTMT hara?

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənab Vasilyevi başa düşmək istəsək də...

Qərb ölkələrinin Ermənistan ətrafında atdığı qeyri-dost hərbi-siyasi addımlar regionda vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Bu fikri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasının fəaliyyətdə olan sədri, Rusiyanın KTMT yanındakı nümayəndəsi Viktor Vasilyev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumundakı çıxışında bildirib.

ARAYIŞ: 1963-cü il təvəllüdlü V.Vasilyev 1993–1997 və 2000–2004-cü illərdə Rusiyanın BMT yanında daimi nümayəndəliyində, 2004–2007-ci illərdə Rusiya XİN-in Beynəlxalq Təşkilatlar Departamentində direktor müavini, 2007–2013-cü illərdə isə ölkəsinin BMT Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifələrində çalışıb. 2024-cü ildən Rusiyanın KTMT yanında daimi nümayəndəsi olan V.Vasilyev 2013–2018-ci illərdə də eyni postu tutub.

Göründüyü kimi, V.Vasilyev kifayət qədər təcrübəli diplomatdır. Amma söylədikləri başqa nəticəyə gəlməyə əsas verir: “Cənubi Qafqazdakı vəziyyət üzərində ayrıca dayanmaq lazımdır. O cümlədən Ermənistanda keçirilən seçkiləri nəzərə alaraq. ABŞ-ın, guya, Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etmək planları, Avropa İttifaqı ölkələrinin Ermənistanı öz hərbi strukturlarına cəlb etmək niyyətləri, eləcə də regionda atılan digər qeyri-dost addımlar perspektivdə vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. Biz vəziyyəti nəzarətdə saxlayırıq”.

Maraqlıdır, Vasilyevin dilə gətirdikləri Rusiyanın mövqeyidir, yoxsa KTMT-nin? Hər halda, tutduğu vəzifə onu deməyə əsas verir ki, diplomat təmsil olunduğu qurumun mövqeyini ifadə edir. O zaman sual yarınır: Ermənistan KTMT-dən kömək istəyir? Kömək istəmirsə, təşkilatın ölkə xüsusunda heç bir səlahiyyəti yoxdur. Bu yerdə Vasilyevin “Aİ ölkələrinin Ermənistanı öz hərbi strukturlarına cəlb etmək niyyətləri, eləcə də bu regionda atılan digər qeyri-dost addımlar” məntiqini bir kənara qoyaq. Onun Zəngəzur dəhlizi və təhlükəsizlik məsələsindən danışmasına toxunaq və bildirək ki, bu danışığa, yumşaq desək, heç bir lüzum yoxdur.

Görəsən, Zəngəzur dəhlizində təhlükəsizliyi təmin etmək istəyən, yaxud belə bir iddiada olan hansı xarici qüvvədir? Axı bu məsələ barədə söz açan yoxdur. Ortada yalnız bir sənəd var. Söhbət ötən il avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin şahidliyi ilə Vaşinqtonda imzaladıqları Birgə Bəyannamədən gedir. O bəyannamə ki, orada Zəngəzur dəhlizi məntiqinə köklənmiş iki müddəa var. Bunlardan birincisində, yəni 3-cü bənddə bildirilir ki, “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”. Sənədin 4-cü bəndində isə bunlar əksini tapır: “Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”.

Göründüyü kimi, heç bir bənddə təhlükəsizlik məsələsindən söz açılmır. Açılmamalıdır da, çünki Naxçıvana gedən yol Ermənistan ərazisindən keçirsə, həmin yolda təhlükəsizliyi məhz Ermənistan dövləti, yəni onun müvafiq strukturları təmin etməlidir. Ermənistan KTMT-yə üzv dövlət kimi qurumdan bununla əlaqədar hansısa kömək istəyibmi? Xeyr. O zaman cənab Vasilyev niyə öz səlahiyyətlərinə uyğun gəlməyən tərzdə dillənir? Ona görə ki, o, KTMT-də Rusiyanı təmsil edir? Bəs qurumun digər üzvləri? Hələ KTMT-nin Nizamnaməsini bir kənara qoyaq, təşkilata üzv dövlətlər üçün Zəngəzur dəhlizinin nə kimi əhəmiyyəti var? Əlbəttə, var, o anlamda ki, onlar Azərbaycanla yaxşı münasibətlərdədirlər və ölkəmizin Naxçıvana yolunun olmasını regional kommunikasiyaların açılmasının göstəricisi, yekun nəticədə regionda sülhə, sabitliyə və inkişafa aparan məqam kimi təsəvvürə gətirirlər və mövqelərini dəfələrlə bildiriblər. Onlar həm də ona görə mövqelərini bildiriblər ki, Azərbaycanın balanslı siyasət kursuna inanırlar. İnanırlar ki, ölkəmiz regionda hansısa hərbi qüvvənin mövcudluğuna imkan verməyəcək.

Regionda kənar hərbi qüvvənin mövcudluğundan söz düşmüşkən, hazırda bu mövcudluq yalnız Rusiyaya məxsusdur. Yəni Ermənistanda rus hərbi biləşmələri var. Parlament seçkilərindən dərhal sonra belə bir məlumat yayıldı ki, həmin birləşmələr Zəngəzur dəhlizinin keçəcəyi yolu nəzarətə götürüblər. Əlbəttə, nəzarət dedikdə söhbətin konkret nədən getdiyi tam şəkildə bildirilməsə də, hadisəyə dair xəbərin Ermənistandakı ruspərəst müxalifətin seçki uğursuzluğunun ardınca dövriyyəyə girməsi təsadüf sayılmamalıdır. Bu durum, istər-istəməz, düşünməyə vadar edir və meydana sual çıxarır: Zəngəzur dəhlizinin, Naxçıvana yolun, böyük anlamda götürsək, TRIPP-in reallaşmasına imkan verməyən, qlobal inkişaf təşəbbüsünü əngəlləməyə çalışan hansı xarici qüvvədir?

Bəli, Avropanın və ya ABŞ-ın regionda hərbi mövcudluğuna dair heç bir cəhd yoxdur. Əlbəttə, sözümüz onda deyil ki, ümumən, kollektiv Qərbin Cənubi Qafqazda hərbi yöndə planlarının olduğunu istisna edirik. Belə bir xoşagəlməz saydığımız durum meydana çıxa bilər. Üstəlik, Qərbin bir vaxtlar Rusiyanın etdiyi kimi, Ermənistanı silahlandırdığı da diqqətimizdən yayınmır. Ancaq Azərbaycan nəticəyə baxır. Nəticəyə doğru isə ləng də olsa, addımlar atılmaqdadır. Söhbət barəsində söz açdığımız Birgə Bəyannamənin TRIPP məntiqinin reallaşmasına doğru atılan addımlardan gedir.

Sözümüz ondadır ki, KTMT indiki şərtlər altında mövcud trayektoriyada heç bir söz sahibi ola bilməz. Əgər cənab Vasilyev təmsil etdiyi qurumun yox, təşkilatda təmsilçisi olduğu dövlətin mənafeyindən çıxış edirsə və narahatlığını bildirirsə, buna görə “tələsməməlidir”. Ona görə “tələsməməlidir” ki, Azərbaycan kimi, Ermənistanda da müstəqil dövlətdir və Birgə Bəyannamə ilə üzərinə öhdəlik götürüb. Başqa sözlə desək, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliyin heç bir kənar qüvvəyə, o cümlədən KTMT-yə hansısa aiddiyyatı ola bilməz.

Sonda onu da bildirək ki, cənab Vasilyev KTMT-də yüksək vəzifə tutanadək, yəni 2018–2023-cü illərdə Rusiyanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı yanında daimi nümayəndəsi olub. Görünür, əvvəlki vəzifəsi onun diplomat bacarıqlarını, belə demək mümkünsə, korşaldıb. Başqa nə deyək, nə düşünək?

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see477

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see291

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see277

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see212

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see211

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see209

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see204

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see199

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see199

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see198

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see195

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see192

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see192

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see191

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see191

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri