Zəngəzur dəhlizi İranın mövqeyinə görə ləngiməyib Politoloqdan MÜHÜM TƏHLİL
Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.
"İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti deyib ki, guya İran Zəngəzur dəhlizinin yaradılması cəhdinin qarşısını alıb. “Bu layihə uğursuzluğa düçar oldu” – deyən Vilayətinin fikrincə, bu layihə əslində İran dəhlizinin parçalanması və Avropaya yolun əngəllənməsi demək idi. Vilayəti İranın hətta Rusiyanın dəstəyi olmadan ağıllı diplomatiya yolu ilə Cənubi Qafqaz regionunda təhlükəsizliyi qorumağa və NATO-nun qarşısını almağa nail olduğunu vurğulayıb.
Vilayəti bu açıqlaması ilə İranın gücünü çox şişirdib. Birincisi, Zəngəzur dəhlizi İranın mövqeyinə görə ləngiməyib. Azərbaycan Ermənistandan açıq dəhliz tələb edir, İrəvan isə dəhlizdə sərhəd və gömrük xidmətinin fəaliyyət göstərməsini istəyir. Yəni Ermənistan hökuməti dəhlizin əleyhinə deyil, əksinə baş nazir Nikol Paşinyan ölkəsinin Zəngəzur dəhlizi vasitəsilə Orta dəhlizin tərkib hissəsi olması istəyir, iki ölkə arasındakı məsələyə baxışdakı fərq sadəcə Zəngəzur dəhlizinin işləmə mexanizmindədir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, bir gün Bakı ilə İrəvan ortaq məxrəcə gələrək Zəngəzur dəhlizinə razılaşarsa, Vilayətinin “İran Zəngəzur dəhlizinin reallaşmasının qarşısını aldı” iddiası puç olacaq: "Vilayətinin simasında İranda qərar verənlər hələ də yanlış olaraq düşünürlər ki, guya Zəngəzur dəhlizi İranın Avropaya yolunu parçalayır. Birincisi, Ermənistan üzərindən belə bir yol yoxdur, ikincisi İran Avropa ilə idxal-ixrac əməliyyatlarını işlək vəziyyətdə olan Azərbaycan və Gürcüstan, o cümlədən Qara dəniz üzərindən həyata keçirə bilər. O ki qaldı, İranın NATO-nun Cənubi Qafqaza daxil olmasının qarşısının alınmasına, Azərbaycanın və Ermənistanın Şimali Atlantika Blokuna üzvlük istəyi yoxdur. Cənubi Qafqazın üçüncü ölkəsi Gürcüstan üzvlükdən imtina etməsə də, Tbilisi ilə Brüssel arasında hazırki münasibətlər şərtləri daxilində bu mümkün deyil. Buna baxmayaraq, Cənubi Qafqazın hər 3 ölkəsi NATO-nun proqramlarında fəal iştirak edir, Azərbaycan və Gürcüstan isə Şimali Atlantika Blokunun əsas dövlətlərindən biri olan Türkiyənin bölgədəki əsas müttəfiqləridir. Bunu da Vilayəti bilməmiş deyil".
Nigar,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 10 İyun 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















