Icma.az
close
up
RU
İranın Zəngəzur konsulluğu: Diplomatik missiya, yoxsa regional təhlükəsizlik aləti? TƏHLİL

İranın Zəngəzur konsulluğu: Diplomatik missiya, yoxsa regional təhlükəsizlik aləti? TƏHLİL

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Zəngəzur bölgəsi Cənubi Qafqazın yeni geosiyasi mərkəzlərindən birinə çevrilməkdədir.

Bu regionda son aylarda artan diplomatik aktivlik - xüsusilə İran və Fransanın konsulluq açması - rəsmi İrəvanın qlobal güclərlə əlaqələrini dərinləşdirməyə çalışdığını göstərsə də, əsl məqsədlər daha mürəkkəb görünür.

İlk baxışdan sıradan diplomatik addım kimi görünən bu konsulluqların fəaliyyət dairəsi əhalinin say və ehtiyac baxımından zəruri görünmür. Nə Fransa, nə də İran vətəndaşları Zəngəzurda geniş şəkildə məskunlaşıb ki, onların konsulluq xidmətinə ehtiyacı olsun. Bu isə belə bir sual doğurur: Zəngəzurda konsulluq açmaq əslində hansı məqsədə xidmət edir?

Bu suala cavab tapmaq üçün diqqəti İranın Qafan şəhərindəki konsulluğunun fəaliyyətinə yönəltmək kifayətdir. Ermənistan ictimaiyyətində səslənən fikirlərə görə, konsulluğun gerçək missiyası təkcə diplomatik prosedurlar deyil. Erməni siyasi analitikləri iddia edirlər ki, konsulluq vasitəsilə bölgədə İranın təsir imkanları artırılır və hətta bəzi hallarda hərbi koordinasiya fəaliyyəti belə həyata keçirilir.

Bu baxımdan, İran konsulluğu klassik diplomatik formatı aşaraq bir növ lokal geosiyasi platforma funksiyasını yerinə yetirir. Regionda Rusiya nüfuzunun zəiflədiyi və Qərbin hələ qərarsız mövqe sərgilədiyi bir vaxtda, Tehran təhlükəsizlik boşluğundan yararlanaraq öz strateji mövqeyini möhkəmləndirməyə çalışır.

Hətta bəzi məlumatlarda konsulluq vasitəsilə İran tərəfindən hərbi təlimlərin keçirildiyi də bildirilir. Rəsmi təsdiq olmasa da, bu iddialar müəyyən dairələrin gözlədiyi, lakin açıq şəkildə dilə gətirə bilmədiyi şübhələri təsdiqləyir.

İran üçün Zəngəzur təkcə Ermənistanla əlaqələrin inkişafı demək deyil, həm də Azərbaycan və Türkiyəyə qarşı balans siyasətinin bir parçasıdır. Xüsusilə Zəngəzur dəhlizi məsələsi gündəmdə olduğu müddətdə, Tehran bölgədə öz nəzarət imkanlarını itirmək istəmir və bu məqsədlə “konsulluq diplomatiyası”ndan istifadə edə bilər.

Son nəticədə, Zəngəzurda konsulluqların açılması artıq sırf diplomatik akt kimi yox, geosiyasi manevr kimi qiymətləndirilir. Konsulluq binasının arxasında gizlənən məqsədlər tədricən aydınlaşdıqca, bölgədə baş verən proseslərin daha ciddi strateji ölçülər aldığı da ortaya çıxır.

Züriyə Qarayeva

Politoloq

Bakıvaxtı.az üçün

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 İyun 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see525

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see248

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see240

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see240

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see228

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see225

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see223

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see222

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see212

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see207

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see204

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see199

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see193

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see170

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see169

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see168

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see166

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri