Icma.az
close
up
RU
Zəngəzur dəhlizi reallaşır İran və Ermənistan münasibətləri necə olacaq?

Zəngəzur dəhlizi reallaşır İran və Ermənistan münasibətləri necə olacaq?

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmağa davam edir. Ermənistan Baş naziri Nikol Paşinyandan sonra prezident Vaaqn Xaçaturyan da dəhlizin vacibliyini vurğulayıb ki, bu da bölgədə mühüm dəyişikliklərin baş verəcəyindən xəbər verir.


İran hakimiyyəti hər zaman Zəngəzur dəhlizinin onlar üçün qırmızı xətt olduğunu bəyan ediblər. Rəsmi Tehranın bütün təzyiqlərinə baxmayaraq belə görünür ki, Ermənistan dəhlizin açılmasına razı olacaq. 


Bəs  dəhlizin açılması, burada Qərb şirkətlərinin iştirakı Ermənistanla İranın münasibətlərini soyuda bilərmi?


Sfera.az-a açıqlama verən politoloq Zaur Məmmədov qeyd edib ki, Zəngəzur dəhlizinin açılması artıq şübhə doğurmur. Hazırda Ermənistan dəhlizin hansı marşrutla keçəcəyi və təhlükəsizlik məsələləri üzərində düşünür.

Politoloq bildirib ki, qonşu ölkələr, xüsusilə İran Zəngəzur dəhlizindən ciddi narahatlıq keçirir:

"İranın rəsmi və qeyri-rəsmi dairələri tez-tez bu mövzu ilə bağlı bəyanatlar verirlər. Hərçənd Prezident Pəzəşkian daha yumşaq mövqe nümayiş etdirir, lakin İranın hərbi korpusu və internet resurslarında radikal və ittiham xarakterli açıqlamalar səsləndirilir".

Zaur Məmmədovun fikrincə, bu məsələ Azərbaycanın deyil, Ermənistanın səlahiyyətindədir. O qeyd etdi ki, ABŞ şirkətinin bu layihədə iştirak edib-etməməsinə Ermənistan rəhbərliyi qərar verəcək:

"Azərbaycanın bu prosesə birbaşa aidiyyəti yoxdur və ölkə ərazisində xarici dövlət və ya şirkətin nəqliyyat yollarının idarə edilməsinə icazə verilməyəcək – bu, dəyişməz qərardır".

Politoloq əlavə edib ki, Ermənistan hökuməti hal-hazırda ABŞ şirkətinin iştirak etməyəcəyini bəyan etsə də, daha əvvəl tam əks bəyanatlar səsləndirmişdi.  Ekspertin sözlərinə görə, bu isə onu göstərir ki, 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər Paşinyan Zəngəzurla bağlı radikal addımlar atmamağa üstünlük verəcək:

"Lakin seçkilərdən sonra ABŞ və Rusiya arasında strateji seçim etməsi gözlənilir".

Zaur Məmmədov bildirir ki, Azərbaycan üçün əsas prioritet regional dövlətlərlə əməkdaşlıqdır:

"Bakı həm İran, həm də Rusiya ilə şərq-qərb və şimal dəhlizləri çərçivəsində qarşılıqlı ticarət əlaqələrini inkişaf etdirməyə hazırdır".


Firuzə Əliyeva
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sfera.az
archiveBu xəbər 31 İyul 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri