Icma.az
close
up
RU
Ermənistan qurban verilir, Zəngəzur dəhlizi necə açılacaq? SSENARİ

Ermənistan qurban verilir, Zəngəzur dəhlizi necə açılacaq? SSENARİ

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şahmat oyunu çox vaxt siyasətə bənzədilir. Çünki şahmatla siyasət arasında çox oxşarlıq və paralellik mövcuddur. Şahmat debütündə qambit (həmlə) kombinasiya var. Bu zaman tərəflərdən biri piyada və ya yüngül fiqur qurban verməklə strateji üstünlüyə nail olmaq üçün həmləyə keçir. Odur ki, şahmatda bir xeyli qambit var. Vəzir qambiti, Siciliya qambiti, Budapeşt qambiti, Pirs qambiti və s. Məşhur qambitlərdən biri də "Türk qambiti" adlanır. Bu termin şahmatdan daha çox dünya siyasətində daha çox "Türk həmləsi" kimi qəbul edilir. Bu ad Boris Akuninin rus-türk müharibəsindən bəhs edən "Türk qambiti" romanından sonra dünyada siyasi-hərbi termin kimi qəbul edilib. 

"Türk qambiti" nəticəsində Osmanlı dövləti ruslar üzərində möhtəşəm qələbə əldə ediblər.

Şahmatda oyunçular qalib gəlmək üçün müxtəlif kombinasiyalar qurub həmlələr (qambit) etməklə yüngül fiqur qurban verib strateji üstünlüyə nail olmağa çalışdığı kimi, hərbdə və siyasətdə də rəqib və ya düşmən üzərində qələbə çalmaq üçün müxtəlif  hücum, müdafiə, manevr və kombinasiyalardan istifadə edirlər.

Bu gün Ermənistan-Azərbaycan münaqişəsi və bu münaqişənin nizamlanmasındakı proseslərə nəzər yetirsək, o zaman Azərbaycan Prezidenti İlham Əliyevin necə də siyasətdə bacarıqlı qrosmeystr olduğunu görərik.

Prezident İlham Əliyevin bölgədəki geosiyasi prosesləri Azərbaycanın xeyrinə dəyişib qalib olmaq üçün şahmatda olduğu kimi ən müxtəlif kombinasiyalar qurub, gah müdafiə, gah hücum, gah manevr və digər kombinasiyalardan istifadə etməklə düşmən üzərində birmənalı strateji üstünlüklər əldə edə bilib. Nəticədə "Türk qambiti"ndə olduğu kimi, Ermənistan və onun havadarları gözləmədiyi halda Azərbaycan Prezident İlham Əliyevin liderliyi altında qalib dövlət oldu.

İkinci Qarabağ savaşından sonra isə Azərbaycan Prezidenti Ermənistan və onun havadarlarına qarşı uğurlu kombinasiyalar quraraq sarsıdıcı psixoloji zərbələr endirməklə onların oyun planlarını darmadağın edir. 

Nəticədə bölgədə maraqlı olan güclər və Ermənistanın havadarları Ermənistanı şahmatdakı qambit gedişində qurban verilən piyada və ya digər kiçik fiqur rolunda oynadır. Güclü həmlə hesab etdikləri kombinasiyalar Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən gedişlər çox asanlıqla darmadağın olur. Bu səbəbdən də İrəvanın ən uğurlu hesab etdiyi qərarlar, sazişlər və ya atılan addımlar Ermənistanın gözləntilərini doğrultmur və əks effekt verir.

Odur ki, Azərbaycan Prezidentinin səsləndirdiyi istənilən fikir son illərdə Ermənistanda ciddi narahatedici rezonansa səbəb olur. Bu bir daha onu sübut edir ki, İrəvan havadarları və himayədarların köməyi ilə hansı addımı atsa da, Ermənistanın siyasi gündəliyini formalaşdıran Azərbaycandır.
İrəvanın yanvarın 14-də hakimiyyətinə cəmi bir neçə gün qaldığı Bayden hakimiyyəti ilə imzaladığı strateji tərəfdaşlıq saziş və orada əksini tapan müddəalar Ermənistan üçün yaxın perspektivdə uğurlu nəticə deyil, əksinə, ciddi təhdidlər vəd edir.

Bunun bariz nümunəsini Gürcüstanın timsalında görə bilərik. 2009-cu ildə ABŞ ilə Gürcüstan arasında analoji olaraq belə bir sənəd imzalanıb. Nəticə isə göz qabağındadır. Odur ki, İrəvanın ABŞ ilə imzalanan sənədi Ermənistanın uğurlu diplomatiyasının nəticəsi kimi təqdim etməsinin ciddi əsası yoxdur. Bundan sadəcə daxili auditoriyada müəyyən divident qazanmaq üçün istifadə oluna bilər. Reallıqda isə bu sənəd Ermənistanı maraqlı geosiyasi güclərin savaş meydanına çevirəcək ki, bundan da itirən tərəf ermənilər və Ermənistan dövlətçiliyi olacaq.

Bunun səbəbi isə Ermənistanın sadəcə ənənəvi olaraq bölgədə maraqlı güclərin əlində maraqlarının təmin olunması rolunda çıxış etməsidir. Həmin güclər Ermənistandan istifadə etdikdən sonra atırlar. Necə ki, indiyədək belə olub.

Ermənistanın ABŞ ilə imzaladığı saziş İrəvandan daha çox Bakı üçün yeni fürsətlər yaradacaq.

Birincisi, bu saziş Ermənistanı maraqlı geosiyasi güclərin toqquşma məkanına çevirdiyindən zəiflədəcək və daha dərin böhrana sürükləyəcək. Bu toqquşma hətta Ermənistan dövlətçiliyinin böhranına səbəb ola bilər. Çünki maraqlı güclərin, xüsusən də hərbi bazası olan və daha ciddi təzyiq mexanizmləri olan Rusiyanın Ermənistandan asanlıqla əl çəkəcəyini düşünmək sadəlöhvlük olar. 

İkincisi, İrəvanın Qərbə sürətlə meyillənməsi, Ermənistan-İran münasibətlərini kəskinləşdirəcək. 

Üçüncüsü, Qərbin Ermənistanda güclənməsinə Gürcüstanın mövcud hakimiyyətinin maraqlarına cavab vermədiyindən Tbilisi bunu müsbət qarşılamayacaq. Rəsmi Tbilisi İrəvana açıq şəkildə mane olmasa da, pərdə arxasında Ermənistana qarşı hansısa təsir mexanizmlərindən istifadə edəcək. Onsuz da İrəvanın Bakı ilə ehtimal olunan sülh sazişi imzalanması və bunun nəticəsi olaraq kommunikasiyaların açılması heç də Tbilisinin ürəyincə olmayan məsələdir. 

Bu amillər İrəvanın Bakı ilə sülh sazişini imzalamasına əngəllər yaradacaq ki, bu da həm Ermənistanın daha da zəifləməsinə və əhəmiyyətsiz "qurbanlıq keçi" rolunu oynayan ölkəyə çevirə bilər.

Dördüncüsü, yaranmış vəziyyət və çıxılmaz durum Ermənistanı daha çox Türkiyəyə yaxınlaşmağa məcbur edəcək. Və bu zaman İrəvan Türkiyə ilə normal münasibətlərin qurulması üçün Ankaranın şərtlərini qəbul etmək məcburiyyətində qalmalı olacaq. Təbii ki, Ankaranın münasibətlərin qurulmasında İrəvana ilkin şərti Bakının təklifləri əsasında sülh sazişini imzalamaq olacaq. 

Onsuz da İrəvan Bakının güclü gedişləri nəticəsində sülh sazişində nəzərdə tutulan 17 məsələdən 15-ni qəbul edib. Yerdə qalan iki məsələ də prinsipcə İrəvan tərəfindən qəbul olunur. 

İrəvan hazırda Zəngəzur dəhlizinin açılmasında israrlı mövqe sərgiləyərək Bakı və Ankaranın   irəli sürdüyü şərtlər daxilində açmasını istəmir. 

Amma proseslərin gedişi Bakı və Ankaraya Zəngəzur məsələsində də geniş fürsətlər yaradır. Bu bir daha Prezident İlham Əliyevin yanvarın 7-də yerli telekanallara müsahibəsində "Zəngəzur dəhlizi açılacaq və açılmalıdır" bəyanatını səsləndirməklə nə qədər uzaqgörən siyasətçi və oyunçu olduğunu sübut edir.

2020-ci il 10 noyabr sənədindən sonra Azərbaycan güclü mövqeyi nəticəsində ciddi itkilər vermədən öz ərazi bütövlüyünü təmin edib suverenliyini bərpa etməsi, Zəngəzur dəhlizini açılmasına imkan verəcək. İrəvan Zəngəzur dəhlizi ilə bağlı şərtləri qəbul etməkdən başqa alternativi qalmayacaq.

Qeyd edək ki, Zəngəzur dəhlizinin açılmasına qarşı Ermənistandan daha sərt şəkildə çıxan ölkə İrandır.  İrəvanın sürətlə Qərbə inteqrasiyasından sonra Tehran bu məsələdə tam mənada olmasa da, ciddi etiraz edən ölkə olmayacaq.  

Digər tərəfdən isə Qərb də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. 

Qərb, əsasən də ABŞ Ermənistan İran münasibətlərinin yüksək səviyyəsində olmasında maraqlı deyil. Xüsusən də ABŞ-nin yeni prezidenti Donald Trampın İrana münasibəti hamıya bəllidir. Tramp dövründə ABŞ-İran münasibətlərinin daha da kəskin xarakter alacağı proqnozlaşdırılır. 

Bütün bu və digər amilləri nəzərə alsaq görərik ki, proseslər Ermənistanın deyil, daha çox Azərbaycanın xeyrinə inkişaf edir. Düzdür, bu proseslərin müəyyən mərhələsində Azərbaycan üçün bəzi çətinliklərin ortaya çıxması ehtimalı istisna deyil. Ancaq bunlar Azərbaycan üçün Ermənistanın üzləşəcəyi problemlər kimi olmayacaq, yüngül ötəri xarakter daşıyacaq.

Ermənistan tərəfi gözlənilən təhlükələrdən və fəlakətlərdən az itki ilə çıxması ancaq Bakı və Ankara ilə tez bir zamanda dil tapmasından keçir. 

Yoxsa Ermənistan Prezident İlham Əliyevin "Türk həmləsi" nəticəsində növbəti məğlubiyyətinə imza atacaq.

Prezident İlham Əliyev təsadüfən dəfələrlə bəyan etmir ki, Ermənistan dünyadakı prosesləri diqqətlə analiz edərək bundan dərs çıxarmalıdır. Proseslər Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistanın ziyanına inkişaf edir. 

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Yanvar 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see135

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri