Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Zəngəzur dəhlizindən gediş gəliş necə olacaq? “Əsas suallar hələ açıq qalır...”

Zəngəzur dəhlizindən gediş gəliş necə olacaq? “Əsas suallar hələ açıq qalır...”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ermənistanın xarici işlər naziri ilə ABŞ dövlət katibinin qəbul etdiyi TRIPP-in icra proqramı hüquqi baxımdan öhdəlik yaradan sənəd deyil və daha çox siyasi mesaj xarakteri daşıyır”.

“AzPolitika” bildirir ki, bunu politoloq Fərhad Məmmədov Mirzoyan-Rubio görüşünün nəticələrini şərh edərkən bildirib.

Ekspert xatırladır ki, sənədin preambulasında açıq şəkildə qeyd olunur: bu çərçivə proqramı nə ABŞ, nə də Ermənistan üçün hüquqi öhdəlik nəzərdə tutmur. Bu isə Zəngəzur dəhlizindən gediş-gəlişi təmin edəcək TRIPP layihəsinin konkret icra mexanizmlərindən çox, onun mümkün konturları və danışıqların istiqaməti barədə mesaj verdiyini göstərir.

Fərhad Məmmədov bildirir ki, sənəddə artıq razılaşdırılmış məqamlarla yanaşı, ciddi suallar doğuran müddəalar da yer alır. Əsas sual isə dəyişməz qalır: Ermənistanın suverenliyinin tanınması şərti ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz tranzit hansı formada təmin olunacaq?

Maneəsiz tranzit və suverenlik dilemması

Politoloqun sözlərinə görə, sənədin ilk bölməsində TRIPP proqramının Ermənistan ərazisində “suverenliyə, ərazi bütövlüyünə və yurisdiksiyaya hörmət əsasında maneəsiz multimodal tranzit” təmin etməyi hədəflədiyi qeyd olunur. Lakin bu iki anlayışın – maneəsizlik və tam suveren nəzarətin necə uzlaşdırılacağı açıq qalmış əsas məsələdir.

“Uğura sadiqlik” bölməsində Azərbaycanla Naxçıvan arasında hər iki istiqamətdə şəxslər, nəqliyyat vasitələri və yüklər üçün fərqləndirilmiş prosedurların yaradılmasının nəzərdə tutulduğu vurğulanır. Bununla belə, bu prosedurların tam şəkildə Ermənistan qanunvericiliyi, normativ aktları və beynəlxalq sazişlər əsasında həyata keçiriləcəyi açıq şəkildə qeyd edilir.

Fərhad Məmmədov diqqətə çatdırır ki, sənəddə Ermənistanın layihə ərazisi üzərində suverenliyinə dəfələrlə istinad olunur. Buraya məhkəmə yurisdiksiyası, hüquq-mühafizə funksiyaları, sərhədçilərin və gömrük əməkdaşlarının fiziki iştirakı, gömrük və sərhəd nəzarətinin tam şəkildə Ermənistan dövlət qurumları tərəfindən icrası daxildir.

Ekspertin sözlərinə görə, sənəd “TRIPP Development Company” adlı amerikan-erməni birgə şirkətinin yaradılmasını nəzərdə tutur. İlk 49 il ərzində şirkətin səhmlərinin 74 faizi ABŞ-a, 26 faizi Ermənistana məxsus olacaq. Sonrakı 50 ildə Ermənistanın payı 49 faizə qalxsa da, nəzarət paketi ABŞ-də qalacaq və şirkət amerikalı-erməni statusunu saxlayacaq.

Şirkət layihənin tikintisi və idarə olunmasına cavabdeh olacaq. Maraqlı məqamlardan biri isə odur ki, təhlükəsizlik sisteminin təmin edilməsi Ermənistan qanunvericiliyinə uyğun şəkildə həyata keçiriləcək.

“Front-ofis” və “back-ofis” modeli

Fərhad Məmmədov hesab edir ki, sənədin maneəsiz tranzit baxımından ən vacib hissəsi “front-ofis” və “back-ofis” mexanizmidir. “Front-ofis”də “TRIPP Development Company” fəaliyyət göstərəcək, “back-ofis”də isə Ermənistanın dövlət strukturları işləyəcək. Proses maksimum rəqəmsallaşdırılacaq, məlumat mübadiləsi elektron sistemlər vasitəsilə aparılacaq.

Lakin “back-ofis”in səlahiyyətləri ciddi suallar yaradır. Sənədə əsasən, Ermənistanın gömrük və sərhəd xidmətləri aşağıdakı bütün suveren funksiyaları icra edəcək:

-yekun gömrük qərarları və icazələr

-təhlükəsizlik yoxlaması və nəzarət

-immiqrasiya nəzarəti

-hüquq-mühafizə tədbirləri

-icazə və autorizasiyalar

-yoxlama və baxış prosedurları.

Eyni zamanda sənəddə açıq şəkildə qeyd olunur ki, “front-ofis” operatorları yalnız təminedici funksiyanı yerinə yetirir, qərar qəbul etmir və suveren funksiyaların autsorsinqi istisna olunur.

Əsas sual hələ cavabsızdır

Politoloq Fərhad Məmmədovun qənaətinə görə, sənəd ümumi mənzərədə belə bir təsəvvür yaradır ki, Ermənistan öz suveren qərarı ilə Azərbaycan üçün ərazisindən maneəsiz tranzitə razılıq verir, bu prosesə isə amerikan-erməni şirkəti nəzarət mexanizmi kimi cəlb olunur.

Bununla belə, ekspert vurğulayır ki, maneəsiz tranzitin konkret mexanizmləri hələ tam detallandırılmayıb. Ən vacib sual isə bundan sonra yaranır: Azərbaycan bu sənədə necə reaksiya verəcək və Bakı bu məsələ ilə bağlı danışıqları hansı tərəflə – Ermənistan dövləti, yoxsa TRIPP şirkəti ilə aparacaq?

“Bu sualların cavabını yaxın gələcəkdə görəcəyik”, – deyə Fərhad Məmmədov qeyd edir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Yanvar 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see196

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see171

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see146

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see142

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see142

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see137

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see134

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri