Icma.az
close
up
RU
ZƏNGƏZUR: Tarixin, ədalətin ulusal simgəsi Əkbər Qosalı yazır

ZƏNGƏZUR: Tarixin, ədalətin ulusal simgəsi Əkbər Qosalı yazır

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zəngəzur… Bu ad artıq sadəcə coğrafi məkan deyil, ulusumuzun tarixi yaddaşı, mübarizə iradəsi və beynəlxalq hüququn məğzidir. Azərbaycan Prezidenti Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki (28.01.2025) nitqində Zəngəzur dəhlizi ilə bağlı danışarkən, əslində, tarixə, hüquqa və gələcəyə dair bir manifest təqdim etdi. Zəngəzur yalnız bir dəhliz deyil; bu, ulusun birləşdirici damarlarının açılması, ayrılıq üzərində qurulmuş hər bir haqsızlıq divarının çökdürülməsi deməkdir.

Azərbaycanın Avrasiyanın nəqliyyat xəritəsindəki mərkəzi mövqeyini təsvir edərkən, bir həqiqət gün kimi aydındır: Azərbaycanın müstəqillik illərində atdığı strateji addımlar onu bölgənin siyasi, iqtisadi və logistik cazibə mərkəzinə çevirib. Gündoğar-Günbatar, Quzey-Güney nəqliyyat dəhlizlərinin keçdiyi bu məkan artıq təkcə yüklərin deyil, həm də mədəniyyətlərin, sivilizasiyaların və inteqrasiyanın keçid qapısıdır. Prezidentin vurğuladığı kimi, rəqəmsallaşma və ortaq layihələr Azərbaycanda işbirliyi mədəniyyətini yeni zirvələrə qaldırır.

Amma tarixin digər bir üzü də var. Bu üz, Zəngəzur üzərindən gedən yolda Ermənistanın qərəzli, qeyri-konstruktiv siyasəti ilə kölgələnir. Ermənistanın Zəngəzur dəhlizi məsələsində beynəlxalq hüququ ayaqlar altına ataraq manipulyasiya oyunları oynaması, əslində, məğlubiyyətin və təcridin ifadəsidir. Prezidentin bir daha açıq şəkildə səsləndirdiyi mövqe isə sadə, ədalətli və beynəlxalq hüquqa əsaslanır: Azərbaycandan Azərbaycana keçid təmin edilməlidir. Bu, məlum 10 noyabr razılaşmasının öhdəliyi və Azərbaycanın haqlı tələbidir.

Zəngəzur dəhlizinin önəmi yalnız iqtisadiyyatla məhdudlaşmır. Bu dəhliz eyni zamanda tarixi ədalətin bərpa simvoludur. Sovet hakimiyyətinin 1920-ci ildə Günbatar Zəngəzuru Azərbaycandan ayırması ilə başlayan faciəvi tarixi xronologiya Prezidentin nitqində bir daha xatırlanır. Çar Rusiyasının erməniləri Qarabağa köçürməsi, Qarabağ xanının qətli, “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması və Xocalı Soyqırımı kimi tarixin qanlı səhifələrini unutmamışıq.

Bu gün Azərbaycanın gücü yalnız iqtisadi inkişafında və beynəlxalq nüfuzunda deyil, həm də tarixin ədalətini qorumaq iradəsindədir. Zəngəzur dəhlizi bu iradənin simvoludur. Ermənistan rəhbərliyi bu gerçəkliyi nə qədər tez qəbul etsə, bir o qədər də öz təcridini yüngülləşdirər. Əks halda, Ermənistan dalan bir ölkə olaraq qalmaya davam edəcək, Azərbaycan isə öz tarixi yolunda irəliləyəcək.

Azərbaycan Prezidenti müşavirədəki nitqi ilə bir daha göstərdi ki, bu torpağın, bu mədəniyyət iqliminin övladı yalnız tarixini bilmir, həm də gələcəyini qurmağa qadirdir. Zəngəzur dəhlizi gələcəyin yol xəritəsidir – qlobal inteqrasiyanın, tarixi ədalətin və milli suverenliyin birləşdiyi xəritə! Bu xəritədə iki ad var: ancaq onun biri Azərbaycan, digəri Ermənistan deyil! Yol bizi Azərbaycandan- Azərbaycana götürəcək! Necə deyərlər, ha Gündoğar ha Günbatar - Zəngəzur Zəngəzurdur! Qarabağa Ar(t)sax, Zəngəzura Sünik deməklə deyil - çün elə o tapıntılar da erməni kökündən gəlmir, illa türk kökənli yer adlarıdır. 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Yanvar 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri