Icma.az
close
up
RU
Zəngəzurda azərbaycanlılara müdaxilə… Paşinyan nəyi nəzərdə tutur?

Zəngəzurda azərbaycanlılara müdaxilə… Paşinyan nəyi nəzərdə tutur?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Paşinyan parlamentdə çıxışı zamanı azərbaycanlıların Zəngəzur dəhlizindən necə keçəcəkləri ilə bağlı sualı cavablandırarkan deyib ki, “sərhəddə pasportların oxunması cihazlarından istifadə edəcəklər, nəticədə insan müdaxiləsi olmayacaq, sərhədçilər yalnız şübhəli şəxslər müəyyən edildikdə müdaxilə edəcəklər”.

Naxçıvana maneəsiz keçidin praktiki olaraq hansı prinsiplərə əsaslanacağı hələlik bəlli deyil. Paşinyanın bu açıqlaması da
“dəhlizin verilməsi Ermənistanın suverenliyinin pozulmasıdır” ittihamlarına qarşı özünümüdafiə xarakteri daşıyır. Lakin Naxçıvana gedəcək azərbaycanlıların erməni sərhədçiləri, yaxud gömrükçüləri ilə təmas qurmaması Azərbaycanın əsas tələblərindən olub. Əliyev də bildirmişdi ki, “bizim yüklər və vətəndaşlar hər dəfə orada erməni sərhədçinin simasını görməli deyil, burada heç bir fiziki təmas olmalı deyil”.

Təmasın olmaması baxımından Paşinyanın “oxuma cihazları” Bakının tələbinə uyğun gəlir. Hərçənd, Azərbaycan “Naxçıvana maneəsiz keçid” dedikdə təkcə heç bir təmasın olmamasını nəzərdə tutur, yoxsa, ümumiyyətlə hər-hansı yoxlamanın olmamasını? Bunun detalları hələ açıqlanmayıb. İstisna deyil ki, Vaşinqton razılaşmasının reallaşmasına maneələrin yaranmaması və Ermənistanın daxili ictimai rəyində Paşinyana qarşı istifadə edilməməsi üçün Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər.

Asif Nərimanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri