Icma.az
close
up
RU
Zəngəzurda eşidiləcək qatar səsi Azərbaycanın qələbə marşı

Zəngəzurda eşidiləcək qatar səsi Azərbaycanın qələbə marşı

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

XXI əsrdə hegemonluq dəmir yolundan keçir, bu yol Bakının üzərindədir

Azərbaycanın dəmir yolu üstünlüyünün qlobal təsirləri

Azərbaycanın dəmir yolu siyasəti 44 günlük Zəfər tariximizin yaratdığı yeni gerçəkliklərin nəhəngləri sırasındadır. Bu siyasət regional hüdudları aşır. 
Doğrudur, rəsmi Bakı bundan öncə də dəmir yolunun gücünü, yaratdığı avantajları bildiyi üçün Bakı-Tbilisi-Qars xəttini açmışdı. 
Bu xəttin işə düşməsi ilə Azərbaycan Avropa bazarlarına birbaşa çıxış əldə etmişdi. Bu, Avropa üçün də vacibdir, çünki Asiyadan gələn yüklərin böyük hissəsi məhz Azərbaycan üzərindən daşınır. 
Digər tərəfdən, Şimal-Cənub dəhlizi vasitəsilə Hindistan, İran və Rusiyadan gələn məhsullar da Bakının üzərindən keçməklə dünya bazarına çıxır.
Bu cür layihələr yalnız iqtisadi qazanc gətirmir, həm də Azərbaycanı regional diplomatiyanın mərkəzinə çevirir. Çünki hər bir böyük yük marşrutu siyasi razılaşmalar, beynəlxalq əməkdaşlıq və dövlətlərarası balans tələb edir. 
Şübhəsiz ki, bunlar Azərbaycanın coğrafi mövqeyini iqtisadi gəlirlə yanaşı  siyasi kapitala da çevirir.
Zəngəzur dəhlizi, gələcəyin açarı

Zəngəzur dəhlizi Azərbaycanın dəmir yolu hegemonluğunun şah damarıdır. Bu dəhliz Mərkəzi Asiya ölkələrinin Türkiyəyə və Avropaya çıxışını Azərbaycan üzərindən təmin edəcək. 
Azərbaycan Xəzər dənizi ilə Qara dənizi, Asiya ilə Avropanı birləşdirən əsas tranzit körpüyə çevriləcək.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində özünü saldığı regional izolyasiyadan çıxaracaq, amma bunun açarı Bakının əlində olacaq.
Bu mənada Zəngəzur dəhlizi təkcə iqtisadi layihə kimi dəyərləndirmək doğru olmazdı. Bu, həm də geosiyasi rıçaqdır. Azərbaycan bu dəhlizlə regionun “oyun qurucusu” rolunu daha da möhkəmləndirəcək.


İqtisadi gəlirlərin çoxşaxəliliyi

Dəmir yolu üstünlüyü Azərbaycanın iqtisadiyyatına üç əsas istiqamətdə təsir edəcək.
Tranzit gəlirləri, bu o deməkdir ki, hər keçən yükdən Azərbaycanın büdcəsinə əlavə vəsait daxil olacaq.
Sənaye və istehsal artımı, bu, sürətli və ucuz daşımalar daxili istehsalı canlandıracaq.
Turizm və xidmət sektoru, bu isə regionlara asan çıxış yaradacaq, həm daxili, həm də xarici turistlərin sayını artıracaq.
Qeyd edilən üstünlüklər Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirəcək və birmənalı olaraq qeyri-neft sektorunun inkişafını sürətləndirəcək.

Siyasi hegemonluğun formalaşması

Azərbaycanın dəmir yolu diplomatiyası siyasi hegemonluğun yeni mərhələsini açır. Enerji layihələri ilə tanınan Bakı logistika və nəqliyyat layihələri ilə də beynəlxalq siyasətdə öncül mövqeyə yüksəlir.
Bu gün Rusiya Transsibir xətti ilə Avrasiyada dominantdır. Çin “Bir kəmər, bir yol”la Asiyanı Avropaya bağlayır.
Azərbaycan isə Zəngəzur dəhlizi ilə bu iki gücün ortasında əsas tranzit mərkəz olacaq. 
Bu mövqe Azərbaycanın siyasi çəkisini artırır, beynəlxalq münasibətlərdə söz sahibinə çevirir.
Ən əsası isə Bakının sabahını beynəlxalq müstəvidə sığortalayır.


Azərbaycanın dəmir yolu hegemonluğu

Bütün bunlardan sonra deyə bilərik ki, Azərbaycan yalnız neft ölkəsi deyil. 44 günlük Zəfərdən sonra yaradılan yeni reallıqlar göstərdi ki, Bakı həm dəmir yolu şəbəkəsi, həm də geosiyasi mövqeyi ilə XXI əsrin hegemon güclərindən birinə çevrilməkdədir.
Çünki avtomatik şəkildə tranzit gəlirləri və istehsal artımı iqtisadiyyatımızı gücləndirəcək.
Bölgələrin inteqrasiyası və turizmin inkişafı sosial həyatı gücləndirəcək. 
Yaşıl enerji səmərəli nəqliyyat vasitəsi kimi ekologiyamıza dəstək olacaq. 
Hərbi-logistik üstünlüklər strateji üstünlüklər gətirəcək. 
Regional və qlobal hegemonluq isə siyasi mövqelərimizi möhkəmləndirəcək.
Beləliklə, iddia edə bilərik ki, dəmir yolunun inkişafı Azərbaycanın əlində XXI əsrin yeni güc alətidir. 
Bu güc Bakını regionallqdan böyüdərək Avrasiyanın aparıcı oyunçusuna çevirəcək.
Və əsas odur ki, Bakının qurduğu bu konfiqurasiya dünyanın böyük ölkəlrinin əksəriyyətinin maraqları ilə üst-üstə düşür.

Heç şübhəsiz ki, bu da hər millimetri ölçülmüş ağır zəhmətin, siyasi uzaqgörənliyin, milli maraqlara hesablanmış diplomatiyamızın nəticəsidir.


Elnur ƏMİROV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri