Zəngəzurdan qaçışın qiyməti açıqlandı KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
İrana dəmir yolunun yalnız Ermənistan ərazisindən çəkilməsi variantı İrəvan üçün son dərəcə baha başa gələ bilər.
KONKRET.az xəbər verir ki, Ermənistan Milli Assambleyasının sabiq deputatı, Aram Manukyan bu marşrutun təxminən 2,5 milyard dollar maliyyət tələb edəcəyini açıqlayıb.
O, bu barədə danışarkən bildirib ki, layihənin icra müddəti 4–5 il təşkil edə bilər. Manukyanın sözlərinə görə, sözügedən təşəbbüs daha əvvəl partiyanın seçki proqramına daxil edilib.
Sabiq deputat vurğulayıb ki, layihə iqtisadi baxımdan deyil, daha çox siyasi məntiqə əsaslanır. Onun fikrincə, layihə reallaşarsa, Ermənistan özünü “Şimal–Cənub” və “Qərb–Şərq” nəqliyyat marşrutlarının kəsişməsində yerləşən əsas tranzit qovşağı kimi təqdim edə bilər.
Bu yanaşma regionda əsas müzakirə mövzusu olan Zəngəzur dəhlizinə alternativ kimi irəli sürülür və İrəvanın geosiyasi mövqelərini gücləndirməyə hesablanıb. Lakin açıqlanan rəqəmlər göstərir ki, Zəngəzurdan yan keçmək Ermənistan üçün həm baha, həm də risklidir.//Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 18 Yanvar 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















