Icma.az
close
up
RU
Zəngəzurun qapısı Rusiyaya əbədi bağlandı: Yaxın zamanda necə addım atacaq?

Zəngəzurun qapısı Rusiyaya əbədi bağlandı: Yaxın zamanda necə addım atacaq?

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

"Paşinyanın 9 noyabr (bizim 10 noyabr adlandırdığımız) anlaşmanın qüvvədən düşməsi barədə açıqlaması birbaşa Zəngəzur dəhlizi ilə bağlıdır. Çünki ABŞ-da Zəngəzur dəhlizinin açılması ilə bağlı sənəd imzalanıb və bu dəhliz 99 illik müddətə ABŞ şirkətinə icarəyə veriləcək. Buna görə də Paşinyan 10 noyabr anlaşmasının qüvvədən düşdüyünü bəyan edir. Həmin anlaşmanın 9-cu bəndində Mehridən keçəcək nəqliyyat-kommunikasiya marşrutunun Rusiya sərhədçilərinin nəzarəti altında olacağı göstərilirdi".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. 
O bildirib ki, bir müddət əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi də açıqlama verərək bildirmişdi ki, Zəngəzur dəhlizi açılarkən Rusiyanın maraqları mütləq nəzərə alınmalıdır:
"Nazirlik həmçinin qeyd etmişdi ki, üçtərəfli anlaşma hələ də qüvvədədir və tərəflər ondan imtina etməyiblər. Buna görə də Rusiya mövqeyini əsaslandıraraq maraqlarının nəzərə alınmasını tələb edirdi.
Paşinyanın son açıqlaması isə məhz bu mövqeyə cavab xarakteri daşıyır. O, bildirir ki, 10 noyabr anlaşması artıq qüvvədən düşüb, Zəngəzur dəhlizində Rusiyanın maraqları nəzərə alınmayacaq, dəhliz Rusiya sərhədçilərinin nəzarətində olmayacaq və ABŞ-a icarəyə veriləcək".
Politoloq deyib ki, bu, faktiki olaraq Rusiyanın Zəngəzurdan kənarlaşdırılması və Moskvanın bölgə ilə bağlı təsir imkanlarının məhdudlaşdırılması deməkdir:
"Paşinyan hakimiyyəti Rusiyaya açıq mesaj verir ki, Zəngəzur dəhlizi Moskva üçün əlçatmazdır və bundan sonra Rusiya bu istiqamətdə heç bir hüquqi sənədə əsaslanaraq iddia irəli sürə bilməyəcək:
Bu addım, Paşinyan hakimiyyətinin Rusiyaya vurduğu növbəti siyasi zərbədir. Rusiyanın buna hansı formada cavab verəcəyi isə yaxın vaxtlarda özünü göstərəcək".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri