“Zərərli vərdişlərə qarşı mübarizənin artırılması” layihəsinə yekun vurulub
Icma.az bildirir, Sia Az portalına istinadən.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım İctimai Birliyi “Zərərli vərdişlərə qarşı mübarizənin artırılması” layihəsinə yekun vurub. SİA xəbər verir ki, təlimlərin keçirilməsindən sonra 2025-ci il 03-10 iyun tarixlərində layihə çərçivəsində atıcılıq, paintball yarışları və rəsm sərgisi keçirilib. Keçirilən tədbirlər çərçivəsində yarışların və sərginin qalibləri mükafatlandırılıb, onlara kuboklar, medallar, hədiyyələr və sertifikatlar təqdim olunub.
Təşkilat sədri Vüsalə Əliyeva bildirib ki, yarışlarda və sərgidə iştirak edən gənclər bir daha zərərli vərdişlərlə bağlı fikirlərini və iradələrini nümayiş etdiriblər. Keçirilmiş tədbirlərin nəticələri onu göstərir ki, bu cür layihələrinin davamlı olması məqsədəuyğundur.
Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 10 İyun 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















